KÖVRƏLMƏK

f.
1. Ovulmaq, dağılmaq. Lavaş kövrəlib.
2. bax kövrəklənmək 2-ci mənada.
[Xavər] sevincindən kövrəlmiş halda qapını açdı… M.İbrahimov.
Qoca sanki öz acı istehzasından özü kövrələrək, yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı.
Arvadın kövrəldiyini görən kişi, Ümidin başına gələn əhvalatı qəti dandı… B.Bayramov.

◊ Ürəyi (qəlbi) kövrəlmək – bax kövrəklənmək 2-ci mənada.
[Mahmud:] Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur. Ə.Haqverdiyev.
Bizimlə görüşərkən ürəyi kövrəlib ağladı. A.Şaiq.
Dodağı nəğməli bu büllur bulaq; Könlümü açmayır, kövrəlir könül. M.Rahim.

Синонимы

  • KÖVRƏLMƏK ağlamsınmaq
  • KÖVRƏLMƏK boşalmaq — yumşalmaq — həlimləşmək

Антонимы

  • KÖVRƏLMƏK KÖVRƏLMƏK – BƏRKİMƏK Səfər tez-tez kövrəlirdi (İ.Tapdıq); Biz mübarizədə böyüyüb bərkimişik (Ə.Vəliyev)

Этимология

  • KÖVRƏLMƏK İndi ağlamağa meyil etmək anlamında işlədilir. Əsli köy (yanmaq), kepimək feili ilə bağlıdır. Qayğı ilə kökdaşdır, yanmaq, kövrəlmək mənasını əks etdi
KÖVRƏLMƏ
KÖVRƏLTMƏ

Значение слова в других словарях