KÖYNƏK

is.
1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. İpək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək.
[Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli.
Nazlı əynindəki tünd şabalıd rəngli … köynəyini çıxartdı… S.Rəhman.

// məc. Libas, paltar mənasında (adətən rəng adları ilə).
Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənövşə. S.Vurğun.
Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim.

2. Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol.
…Bəlli Əhməd sazı ipək köynəkdən çıxartdı. Koroğlu”.
Çıxartsın köynəkdən Ələsgər sazı; Genə cuşa gəlsin eşqi, avazı… Aşıq Ələsgər.
[Pərşan:] İki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi. M.İbrahimov.

3. tex. Örtük, sipər.
…Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş oynaqlı iki yarımhissədən ibarətdir. M.Süleymanov.

4. Baramanın iç qatı.
// Buğdanın üstündə olan nazik qabıq.
5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə.
◊ Köynək-köynək (bir köynək) ət tökmək – bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək.
Qədir buraxıldısa da, məscid həyətində bir köynək ət tökdü. Mir Cəlal.
[Nəcəfalı:] Bu gün qolu-qıçı sınanları yığıb şəhərə apardıqlarını eşidəndə köynək-köynək ət tökmüşəm. B.Bayramov.

Köynəyinin yaxasından keçirmək etnoqr. – övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət.
Xala, qızı köynəyinin yaxasından keçirib, özünə övlad etmişdi. B.Bayramov.

Этимология

  • KÖYNƏK Bir neçə ehtimal söyləmək olar: 1. Geymək feili zəminində yaranıb. Əsli geynək kimi olub, sonra formasını dəyişərək köynək şəklinə düşüb
KÖYLÜ
KÖYNƏK-ŞALVAR
OBASTAN VİKİ
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Köynəkotu
Qara köynəklilər
Qara köynəklilər (italyanca: Camicie nere və ya Squadristi) Birinci Dünya Müharibəsindən sonra yaranmış olan və ondan sonrakı İkinci Dünya Müharibəsinin sonuna qədər İtaliyada mövcud olmuş hərbiləşdirilmiş faşist təşkilatıdır. Onlar 1919–1923-cü illər arasında Squadre D'azione (Hərəkət Qrupları), 1923–1943-cü illər arasında isə Milizia Volontaria Fascista Per La Sicurezza Nazionale (Milli Təhlükəsizlik üçün Könüllü Faşist Milisi) adlandırılmış və Benito Mussolini rəhbərliyi altında olan, Milli Faşist Partiyasının üzvlərindən ibarət olan kvazi-hərbi silahlı birləşmələr idilər. Bu yarımhərbi təşkilata Milliyətçi baxışları ilə tanınan ziyalılar, keçmiş ordu zabitləri və bəzi torpaq sahibləri də dəstək verirdilər.

Значение слова в других словарях