KÜFR

Allahın varlığı və birliyini inkar etməkdir. İslam məzhəblərinin əksəriyyətinə görə İslamdan başqa bütün inanclar küfr hesab edilir. Əhli-sünnənin qəbul etdiyi iki böyük etiqadi məzhəbi Əşərilik və Maturidilik imanı qəlbin təsdiqi olaraq tərif edərlər. Tanınmış kəlamcı (I) Qəzali də bu fikri təsdiq etmişdir. Küfr isə qəlbin təsdiq etməməsi və ya qəlbin təsdiqinin inkar edilməsidir.
KÜBRAVİLƏR
KÜLEYNİ MƏHƏMMƏD
OBASTAN VİKİ
Küfr
Küfr (ərəb. الكفر‎) — Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı (c.c.) və Rəsulu Muhəmməd sallallahu əleyhi və səlləmin gətirdiyi şəriətinə inanmamaq və ya şəriətdə hər hansı bir şeyi inkar etməkdir. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar. Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir. == Termin mənası == Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir.

Digər lüğətlərdə