KÜNFƏYƏKÜN

[ ər. ] : künfəyəkün etdirmək – alt-üst etdirmək, darmadağın etdirmək.
[Məstəli şah:] Xanım, buyurursunuzmu Pariji künfəyəkün etdirim, altını üstünə çevirtdirim. M.F.Axundzadə.

Künfəyəkün etmək – alt-üst etmək, darmadağın etmək. [Məşədi:] …And olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam.
Artıq almışamsa, Allah mənim evim künfəyəkün eyləsin… Ə.Haqverdiyev.

Künfəyəkün olmaq – alt-üst olmaq, darmadağın olmaq; məhv olmaq, dağılmaq.
Qərəz, ailə bir neçə ilin içində künfəyəkün oldu. S.Rəhman.

KÜNƏ
KÜNG

Значение слова в других словарях