kürəyəoxşar
küriterapiya
OBASTAN VİKİ
Küri
Pyer Küri
Küri (krater)
Kuri krateri — Mars planetində yerləşən 29,1° şimal və 4,8° qərb koordinatlarında yerləşən kosmik obyektdir. Onun diametri 144.1 kilometrdir və adı fransız fizik-kimyaçı Pyer Kürinin şərəfinə qoyulub.
Küri nöqtəsi
Küri nöqtəsi və ya Küri temperaturu ( T C {\displaystyle T_{C}} ) — ferromaqnit maddələrin kimyəvi xassələrinin dəyişmə nöqtəsi və ya temperaturudur. Bu temperaturdan yuxarı, ferromaqnit maddələr maqnitliyini itirir və paramaqnitli olur. "Küri nöqtəsi" anlayışı ferromaqnitlərin bu xassəsini kəşf edən fransız alimi Pyer Kürinin şərəfinə adlandırılmışdır. Maqnetit üçün Küri nöqtəsi 5800 C, pirrotin üçün 3000 C, hematit üçün 6750 C. Küri nöqtəsidə istilik tutumu, istilik keçirmə və başqa fiziki xassələr kəskin dəyişir. Sinonim: Küri temperaturu. == İstinadlar == == Ədəbiyyat == Horst Stöcker: Taschenbuch der Physik, 4. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 2000, ISBN 3-8171-1628-4 Hans Fischer: Werkstoffe in der Elektrotechnik, 2. Auflage, Carl Hanser Verlag, München/Wien 1982 ISBN 3-446-13553-7 Werner Schröter, Karl-Heinz Lautenschläger, Hildegard Bibrack: Taschenbuch der Chemie, 9. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 1981, ISBN 3-87144-308-5 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Mariya Küri
Mariya Salomea Küri (fr. Marie Curie; pol. Maria Salomea Skłodowska-Curie; 7 noyabr 1867[…], Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 4 iyul 1934[…], Sanselmoz[d]) — polyak əsilli fransız kimyaçısı və fiziki. İki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində). Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir.
Pyer Küri
Pyer Küri (fr. Pierre Curie; 15 may 1859[…], Paris – 19 aprel 1906[…], Paris) — fransız fiziki, radioaktivlik təliminin banilərindən biri. Maddənin ferromaqnit xassəsini itirmə temperaturunu (Küri nöqtəsi) müəyyənləşdirmişdir. 1903-cü ildə Nobel mükafatı almışdır. == Həmçinin bax == Kürilər ailəsi Mariya Küri == Mənbə == Fizika 9. § 7.1. Radioaktivlik atomun quruluşunun mürəkkəbliyini təsdiq edən hadisələrdən biri kimi. səh. 151.
Frederik Jolio-Küri
Frederik Jolio-Küri(fr. Jean Frédéric Joliot; 19 mart 1900[…], XVI arondisman (Paris)[d] – 14 avqust 1958[…]) — fransız fizik, Nobel mükafatı laureatı. == Həyatı == Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi. O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə II Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur. == Elmi fəaliyyəti == Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər. Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər.
Frederik Jolio- Küri

Mariya Sklodovskaya-Küri
Mariya Salomea Küri (fr. Marie Curie; pol. Maria Salomea Skłodowska-Curie; 7 noyabr 1867[…], Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 4 iyul 1934[…], Sanselmoz[d]) — polyak əsilli fransız kimyaçısı və fiziki. İki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində). Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir.
İren Jolio-Küri
İren Jolio- Küri (12 sentyabr 1897[…], XIII arondisman (Paris)[d] – 17 mart 1956[…], Paris) — Nobel mükafatı laureatı. == Həyatı == Mariya Küri və Pyer Kürinin ilk övladı və Frederik Jolio- Kürinin həyat yoldaşı. Frederik Küri ilə yeni radioaktiv elementlərin kəşfinə görə 1935-ci ildə kimya üzrə Nobel mükafatı almışdır. 1926-cı ildə İren Frederik Jolio ilə ailə həyatı qurdu. 1947-ci ildə, SSRİ Elmlər Akademiyasının xarici nümayəndəsi seçilmişdir. Belçika Kral Akademiyasının, Hindistan Elmlər Akademiyasının diplomlarına layiq görülmüşdür. 1940-cı ildə mühüm elmi xidmətlərinə görə Kolumbiya Universiteti tərəfindən ona Barnard qızıl medalı təqdim olunub.O, Fransanın Fəxri legion ordenli kavaleridir. === Uşaqlığı === İren Jolio-Küri ailənin ilk övladı idi. Pyer Küri yaşıdlarından əqli cəhətdən daha tez inkişaf edən, yaşına görə qeyri-adi öyrənmək həvəsi nümayiş etdirən balaca qızına çox vaxt ayırırdı.1848-ci il fransız inqilabçılarına dəstək olan, 1871-ci ildə isə Paris kommunasına köməklik göstərmiş ata tərəfdən babası Ejen Küri hələ İren çox kiçik olduğu zaman onlara köçmüşdü. Anası laboratoriyada çox məşğul olduğundan İren vaxtının çox hissəsini zəngin mənəviyyata və siyasi dünyagörüşə malik babası ilə keçirirdi.
Kürilər ailəsi
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər.
Kürium
Kürium (Cm, Curium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 96-cı element. Element 1944-cü ildə Siborqun rəhbərlik etdiyi amerika fizikləri qrupu tərəfindən plutoniumu helium nüvələri ilə bombardman edərkən alınmışdır. Onu Per və Mariya Kürinin şərəfinə Kürium adlandırdılar. Alimlər yeni elementə ad fikirləşərkən güman ki, bu analogiyanı da nəzərdə tutublar. Elementin simvolunda (Cm) birinci hərf Kürinin soy adını, ikinci Mariyanın adını ifadə edir (və elementin latınca adının Curium son hərfini).