Küveyt

coğ. Koweït ; Kuwait

kütüm
küvən
OBASTAN VİKİ
Küveyt (şəhər)
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt Dövləti
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Küveyt bayrağı
Küveyt bayrağı (ərəb. علم الكويت‎) — Küveytin Dövlət bayrağı Küveytin dövlət bayrağı rəsmi olaraq 1961-ci ildə təsdiqlənib. Bayraqdakı yaşıl rəng otlaqların, ağ rəng işə olan istəyin, qırmızı rəng düşmənlərlə mübarizə zamanı tökülən qanın, qara rəng isə döyüş meydanlarının rəmzidir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Küveyt coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir. Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Küveyt himni
"Dövlət himni" (ərəb. النشيد الوطني‎‎‎‎) – Küveyt dövlət himni. 25 fevral 1978-ci ildə təsdiq olunub. Bu himn kofnə "Əmirə Atəşfəşanlıq" himnini əvəz etmişdir.
Küveyt iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur. Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır. Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir. == Küveyt iqtisadiyyatı == 1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur. 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln.
Küveyt tarixi
Küveyt tarixi — Küveytin keçmişi. == Ümumi tarix == Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq edilmişdir. Eramızdan əvvəl III minillikdə indiki Küveyt ərazisi Dilmun dövlətinin tərkibinə daxil idi. IV əsrin ikinci yarısında Küveyt Ləxmilər ərəb dövlətinin tərkibinə daxil olur. VII əsrin əvvəllərindən Fars körfəzi bölgəsi, eləcə də Küveyt (o zaman Kureyn adlanırdı) ərazisində yerli ərəb tayfalarından olan şeyxlər hökmranlıq edirdi. XVII əsrin ortalarında Küveyt Osmanlı dövlətinin nəzarəti altına keçir və Əl-Həsa, Cənubi İraq və Bəhreynlə birlikdə Bəsrə vilayətinin tərkibində Osmanlı imperiyasına qatılır. Vahid Küveyt əmirliyinin yaranması XVIII yüzilliyin ortalarına təsadüf edir. Ərazidə yaşayan qəbilə şeyxləri Sabah bin Cabir Əl-Sabahı (1756–1762) özlərinin əmiri elan edirlər. 1760-cı ildə əmirliyin mərkəzi Əl-Küveyt şəhəri hasara alınır və dəniz ticarətinin mühüm mərkəzinə çevrilir. XIX əsrin birinci yarısında İngiltərə Körfəz bölgəsində yerli əhəmiyyətli müharibələr törədir.
Küveyt şəhəri
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt əhalisi
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.
Əl-Küveyt
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt Premyer Liqası
Küveyt Premyer Liqası — Küveytdə futbol üzrə ən yüksək diviziondur. == Tarixi == Küveyt Premyer Liqasının tarixi 1961-ci ildən başlayır.
Küveyt əmirlərinin siyahısı
Küveyt əmirləri, Kuveyt'in əmiridir. Ölkəyi 1752'dən bəri Əl-Sabah sülaləsi'nə mensub şəxslər idarə etməkdədir. 29 yanvar 2006'da hakimiyyətə gələn Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah, hakimiyyəti davam etdirir.
Qurtuluş teleqülləsi (Küveyt)
Qurtuluş qülləsi , Küveyt şəhərində 372 metr yüksəklikdəki telekommunikasiya qülləsidir. Ölkənin ikinci ən yüksək tikilisi və dünyanın ən yüksək 39-cu binasıdır. Əvvəlcə Küveyt Telekommunikasiya Qülləsi adlandırmaq üçün nəzərdə tutulan, qüllənin tikintisi İraqın Küveytə işğalından əvvəl, 1990-cı il avqustun 2-də başlamışdır. Gərginliyin baş verdiyi zaman, demək olar ki, yarısı tikilinən qüllənin tikintisi tamamilə dayandı. Lakin tikili heç bir zərər görmədi və İraq qüvvələri 1991-ci il fevralın 27-də çıxarıldıqdan sonra bərpa olundu. 1993-cü ildə başa çatdıqdan sonra qüllə Küveytin İraqdan qurtuluşunun simvolu olan Qurtuluş qülləsi adlandırıldı.
Küveyt milli futbol komandası
== Tarixi == İlk rəsmi oyununu 1961-ci ilin sentyabrın 3-də Mərakeşdə Liviyaya qarşı keçirən komanda 2:2 hesablı heç-heçə edib. Ən böyük hesablı məğlubiyyətləri 0:8 hesablı olub. İki dəfə. 1961-ci il, sentyabrın 3-də Mərakeşdə Misir, 2003-cü ilin noyabrın 19-da Portuqaliyada. Ən böyük hesablı qələbəsi 2000-ci ilin fevralın 14-də rəsmiləşib. Butanı evdə 20:0 darmadağın ediblər. Həmin il Sidney Olimpiadasının iştirakçısı olan Küveyt yalnız Asiya kubokunda uğuru ilə öyünür. 1976-cı ildə gümüş medal əldə edən ərəblər 4 il sonra növbəti yarışda çempion adını qazanıb. Asiya kubokunda (1984-cü ildə) bürünc medal götürərək, ardıcıl üç dəfə mükafatçılar sırasında yer alıblar. Dünya çempionatının final mərhələsinə yalnız 2 dəfə çıxan zəngin neft ölkəsinin təmsilçiləri hər iki halda qrup səddini aşa bilməyib.
2011-ci il Küveyt iğtişaşları
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib. Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı.
Azərbaycan–Küveyt münasibətləri
Azərbaycan–Küveyt münasibətləri — Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Azərbaycan ilə Küveyti dini və tarixi amillər birləşdirir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabrın 7-də qurulmuşdur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. Küveyt bu təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycana iqtisadi və humanitar yardımın göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan Respublikasını həmişə dəstəkləyir. === Fövqəladə və səlahiyyətli səfirlər === İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) Səfirliyi təsis edilmişdir Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 24 iyun 2010-cu il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şaitdin Əliyev olmuşdur.
Azərbaycan–Küveyt futbol matçları
== Kişilər ==
Azərbaycan-Küveyt futbol matçlarının siyahısı
== Kişilər ==
Küveytdə ali təhsil
Küveytdə ali təhsil — Küveyt Dövlətinin ali təhsil sistemi. == Dövlət dəstəyi == Müasir Küveyt cəmiyyəti üçün ali təhsilin inkişafı mühüm əhəmiyyət kəsb edir. 1988-ci ildə yaradılmış Ali Təhsil Nazirliyi ölkədə tətbiqi və universitet təhsili, elmi tədqiqat ilə bağlı məsələlərə, bu sahələri inkişaf etdirməyə məsuldur. Ali Təhsil Nazirliyi, həmçinin ali təhsili tətbiqi təhsil və universitet təhsili istiqamətləri üzrə inkişaf etdirmək üçün strategiya və planları müəyyənləşdirir, işçi qüvvəsinin hazırlanması üçün plan və proqramlara nəzarət edir, müxtəlif ali təhsil müəssisələri və onların qurumlarının arasında elmi tədqiqat fəaliyyətini əlaqələndirir. Ali Təhsil Nazirliyi kolleclər və ali təhsil müəssisələrində həyata keçirilən elmi tədqiqatların qeydiyyatını aparır və onlardan səmərəli istifadə olunmasının üsullarını araşdırır. Nazirliyin ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər həmin ölkələrdə oxuyan küveytli tələbələrin təhsilinə nəzarət edilməsində mühüm rola malikdir. Dövlət tərəfindən maliyyələşən yaşlıların təhsili Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi tərəfindən təşkil olunur. Küveyt dövləti bir neçə ali dini məktəbə, Musiqi Akademiyasına və Müəllimlər İnstitutuna maliyyə dəstəyi verir. Küveyt ali məktəblərində əcnəbi tələbələr də oxuya bilərlər.
Küveytdə nəqliyyat
Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır. == Dəmiryol nəqliyyatı == Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır. Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.
Küveytdə təhsil
Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
Küveytdəki Yəhudilərin tarixi
Küveytdəki neft quyularının yandırılması
Hərbi konfliktlərlə bağlı olan ekoloji fəlakətlərə bir misal kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında "Səhrada fırtına" əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 500-dən artıq neft qazma quyusunu partlatdılar. Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 km² dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-nin gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanı və İranda qara yağışlar, Kəşmirdə qara qar yağırdı. Havanın neft hisi ilə çirklənməsi, həmçinin, əhalinin sağlamlığına da, pis təsir edirdi.
Küveytin dövlət quruluşu
Küveytin dövlət quruluşu - 1962-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Küveyt mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır . Milli bayram günü olan milli gün (1950) 25 fevralda qeyd olunur. Ölkə Konstitusiyası 11 noyabr 1962-ci ildən qüvvədədir. == İnzibati bölgüsü == Küveyt ərazisi inzibati cəhətdən 6 vilayətə (Əl-Əhmədi, Əl-Fərvaniyyə, Əl-Asima, Əl-Cəhra, Həvalli, Mübarək Əl-Kəbir) bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə Hökumətin başçısını təyin etmək, Parlamenti buraxmaq, qanun layihələrini imzalamaq və ya onları yenidən işlənilməsi üçün Məclisə (Parlament) qaytarmaq və s. mühüm səlahiyyətlərə malik olan Əmir - dövlətin başçısı və Küveyt silahlı qüvvələrinin ali baş komandanıdır. Ölkənin idarə edilməsində de-yure müstəsna və şəriksiz hüquqlara malik olan, de-fakto isə ölkəni təkbaşına idarə edən Əmirin toxunulmazlıq hüququ vardır, bununla belə Küveyt Əmirliyinin kütləvi informasiya vasitələrində onun tənqid edilməsinə qadağa mövcud deyil. Əmir taxt-tac vəliəhdini təyin etmək hüququna malikdir. Vəliəhdin namizədliyi hakim ailənin üzvləri tərəfindən bəyənilməli və ölkə Parlamenti tərəfindən təsdiq edilməlidir.
Küveytin işğalı
Küveytin işğalı — 2 avqust 1990-cı il tarixində İraq tərəfindən qonşu dövlət olan Küveytin ərazisini işğal etmək məqsədilə həyata keçirilmiş iki günlük əməliyyata verilən addır. İraq tərəfindən həyata keçirilmiş bu əməliyyat nəticəsində Küveyt ərazisi yeddi ay boyunca işğal altında qalmışdır. İraqın öz işğalçı qoşunlarını BMT tərəfindən müəyyənləşdirilmiş vaxt ərzində Küveytdən geri çəkməkdən imtina etməsi ABŞ-nin rəhbərliyi altında təşkil olunmuş koalisiya qüvvələrinin işğal olunmuş əraziyə hərbi müdaxiləsi ilə nəticələnmişdir. Bu hadisələr tarixə birinci Körfəz müharibəsi adı ilə daxil olmuş və koalisiya qüvvələrinin hücumu nəticəsində işğalçı İraq qoşunları Küveyt ərazisini tərk etmiş, həmçinin geri çəkilərkən Küveytə məxsus 600-ə yaxın neft buruğunu yandırmışdır. 1990-cı ilin əvvəllərində İraq hökuməti Küveyti neft oğurlamaqda ittiham etdi. Digər tərəfdən, bəzi İraq mənbələrinin verdiyi məlumata görə İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etmək barədə planı hələ aylar əvvəldən qərara alınmışdı. Bəziləri isə İraqın İran-İraq müharibəsi ərzində xaricdən aldığı 14 milyard ABŞ dollarından çox məbləğdə olan borcunu ödəyə bilmədiyi və Küveytin tədarük etdiyi neftin çox olmasının İraq neftinin dəyərini düşürməsi kimi səbəblərin hücumu tətiklədiyini bildirmişdir. 2 avqust 1990-cı ildə başlayan hücum nəticəsində iki gün ərzində Küveyt Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi ya iraqlılarla döyüşdə dağıdıldı, ya da qonşu Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrə çəkildi. İşğaldan sonra İraq tərəfindən burada "kukla dövlət" yaradıldı və bir neçə gündən sonra Səddam Hüseyn Küveyti İraqın 19-cu vilayəti olaraq adlandırdı. == Maliyyə borcu üzərində münaqişə == İran-İraq müharibəsi başladıqda Küveyt müharibənin əvvəllərində neytral mövqe nümayiş etdirmiş, hətta İran və İraq arasındakı danışıqlarda vasitəçi olmağa cəhd göstərmişdir.
Küveytlilər
Küveytlilər — Küveyt ərazisində yaşayan ərəblər. Küveytlilər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzi sahili bölgədə yaşayırlar. == Sayları == 1957-ci il məlumatına görə ölkədə 206,4 min nəfər yaşayırdi. 1985-ci ildə 1,712 mln, 1995-ci ildə 1,576 mln, 2001-ci ildə 2,275 mln nəfər təşkil etmişdir. Əhalinin sürətli şəkildə artımı ölkənin miqrantlar üçün əlverişli bölgə olması ilə əlaqədır. == Etnik tarixi == Küveytlilərin əcdadları 2,5 min il öncə Ərəbistan yarəmsdasının digər hissələrindən gəlmiş köçəri ərəblər olmuşdur. Onlar əsasən dəvəçilik ilə məşğul olurdular. == Dili == Küveytlilər ərəb dilində danışırlar. Əsasən burada ərəb ədəbi dili və müxtəlif dialektlər yayılmışdır. Xüsusi olaraq onların dilinə türk dili, fars dili, ingilis dili və hindistan xalqlarının dilləri təsir göstərmişdir.
Küveytli
Küveytlilər — Küveyt ərazisində yaşayan ərəblər. Küveytlilər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzi sahili bölgədə yaşayırlar. == Sayları == 1957-ci il məlumatına görə ölkədə 206,4 min nəfər yaşayırdi. 1985-ci ildə 1,712 mln, 1995-ci ildə 1,576 mln, 2001-ci ildə 2,275 mln nəfər təşkil etmişdir. Əhalinin sürətli şəkildə artımı ölkənin miqrantlar üçün əlverişli bölgə olması ilə əlaqədır. == Etnik tarixi == Küveytlilərin əcdadları 2,5 min il öncə Ərəbistan yarəmsdasının digər hissələrindən gəlmiş köçəri ərəblər olmuşdur. Onlar əsasən dəvəçilik ilə məşğul olurdular. == Dili == Küveytlilər ərəb dilində danışırlar. Əsasən burada ərəb ədəbi dili və müxtəlif dialektlər yayılmışdır. Xüsusi olaraq onların dilinə türk dili, fars dili, ingilis dili və hindistan xalqlarının dilləri təsir göstərmişdir.