Azərbaycan–Küveyt münasibətləri — Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Küveyt münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Küveytdaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Emil Kərimov[rus.][1] | ||||
Ünvan | Küveyt (şəhər), Al-Yarmouk, blok 2, 1-ci küç, 15 | ||||
Azərbaycandaki Küveytin səfirliyi | |||||
Səfir | Saud Abdulaziz Mohammad Al-Shamlan Al-Roomi | ||||
Ünvan | Bakı, S. Dadaşov küç., 523 | ||||
Digər | |||||
Quruluş tarixi | 10 oktyabr 1994 | ||||
Dövriyyə | 753,68 min doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan ilə Küveyti dini və tarixi amillər birləşdirir.[2]
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabrın 7-də qurulmuşdur[3].
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.[4] Küveyt bu təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycana iqtisadi və humanitar yardımın göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan Respublikasını həmişə dəstəkləyir.[5]
İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.
Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) Səfirliyi təsis edilmişdir[6]
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[7] O, 24 iyun 2010-cu il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[8]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[9]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şaitdin Əliyev olmuşdur[10]. 4 mart 2016-cı il tarixindən Hüseynbala Mirələmov işçi qrupunun rəhbəridir[9].
Küveyt Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə hələ 1992-ci ilin mart ayının 1-də Bakıya gəlmiş Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O, həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəlmişlər. Həmin vaxt Küveyt tərəfinə təklif edilmişdir ki, Bakıda yeni beynəlxalq aeroportun tikintisini müəyyənləşdirmək imkanını nəzərdən keçirsin. Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın digər məsələləri də müzakirə edilmişdir.[5]
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[11] | 255,82 | 76,81 | 332,63 |
2021[12] | 288,35 | 81,82 | 370,17 |
2022[13] | 579,21 | 174,47 | 753,68 |
Azərbaycan Respublikası hökuməti ilə Küveyt hökuməti arasında 18 sənəd imzalanmışdır.[4]
Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah 9 fevral 2009-cu il tarixində "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.[14]
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |