Küveyt iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər ==
Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın
ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur.
Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır.
Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən
müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir.
== Küveyt iqtisadiyyatı ==
1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur.
1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln.