Kıtıl

Bu şivə sözünün omonimliyi müşahidə olunur. Füzuli şivəsində “ağuz, süddən hazırlanan pendirə oxşar ağartı”, Cəbrayıl şivəsində isə “şaxələri kəsilmiş budaq” mənalarında işlənir:- Dünən Aydıngildə kıtıl yedik. (Füzuli); - Biz bağımızdan üç araba kıtıl yığdıq. (Cəbrayıl) Bu sözün Qazax dialektində təkrar (kıtıl-kıtıl) formasına və “xırda-xırda” mənasına da rast gəlirik:- Qəndi kıtıl-kıtıl doğroyorux (1, 264)
Kımız
Kıyma

Digər lüğətlərdə