KƏLLƏPAÇA

is. [ fars. ]
1. Kəsilmiş qoyun və ya keçinin başı və ayaqları. Kəlləpaça bişirmək. Kəlləpaça almaq.
– Qazı durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. (Nağıl).

2. aşp. Qoyun və ya keçinin kəlləsi və ayaqlarından bişirilən duru xörək; başayaq. Sirkə-sarımsağını hesab edən kəlləpaça yeməz. ( Ata. sözü ).
[Zərbəli:] Yaxşı lətif piti var, küftəbozbaş, kəlləpaça var, kotlet var. Ə.Haqverdiyev.

Синонимы

  • KƏLLƏPAÇA KƏLLƏPAÇA [Məmiş:] Nə danışırsan beçə balı, camış qaymağı, tut arağı, erkək toğlunun kəlləpaçasıynan (H

Этимология

  • KƏLLƏPAÇA Bəzən xaş və kəlləpaça sözlərini eyniləşdirirlər. Əslində, kəlləpaça kəllə (baş) paça (ayaq) sözlərindən əmələ gəlib, yalnız “qoyun başayağı” kimi baş
KƏLLƏMAYALLAQ
KƏLLƏPƏZ
OBASTAN VİKİ
Kəlləpaça
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.

Значение слова в других словарях