kənanilər 2021
kənardakı
OBASTAN VİKİ
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Kənar effekt (Proqramlaşdırma)
Kənar adamlar (film, 1992)
== Məzmun == Film təmiz və ülvi məhəbbət haqqında, dostluq etmək arzusunda olan gənclərin taleyi barədədir. Lakin taleyin hökmü ilə bu cavanlar çirkin adamların mafiya toruna düşürlər. Məhz məhəbbət onları ölümün pəncəsindən qurtarır. == Film haqqında == Filmin çəkilişinə 1 milyon 200 min rubl xərclənib. Film Fərid Hümbətovun "Quşbazlar" hekayəsi əsasında çəkilmişdir.
Bağ divarının kənarında
Bağ divarının kənarında (ing. Over the Garden Wall) — Patrik Makheyl tərəfindən yaradılmış ABŞ istehsalı animasiya mini-serialı. Cizgi-serialda evə gedən yolu axtarmaq üçün sirli bir meşədən keçən iki ögey qardaşın səyahətləri zamanı müxtəlif qəribə və fantastik şeylərlə qarşılaşmasından bəhs olunur. Serial Makheylin "Cartoon Network Studios"da hazırladığı "Bilinməyənin kitabı" (ing. Tome of the Unknown) adlı qısametrajlı animasiya əsasında çəkilib. Elayca Vud və Kolin Din baş qəhramanlar olan Qreq və Virti, Melani Linski mavi quşu səsləndirib. Digər səsləndirmə heyətində Kristofer Lloyd, Tim Karri, Bibi Noyvirt, Kris Ayzek, Şirli Cons, Tomas Lennon, Cek Cons, Ceron Pakston, Con Kliz və Samuel Reymi yer alıb. Serialın soundtrekini "The Blasting Company" bəstələyib. "Bağ divarının kənarında", 2014-cü ilin 4 noyabrından 7 noyabrına qədər cəmi bir həftə ərzində nümayiş olunub. Serial televiziya kanalında yayımlanan ilk mini-serial idi.
Dəniz kənarında gəzinti (film, 1907)
Dəniz kənarıyla qaçan Alabaş
Dəniz kənarıyla qaçan Alabaş — Çingiz Aytmatovun yazdığı povest. == Haqqında == "Dəniz kənarıyla qaçan Alabaş" romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Kənarlaşma
Standart kənarlaşma statistika məlumatların təhlili, ehtimal nəzəriyyəsi və risklərin idarə edilməsində geniş istifadə edilən metoddardan biridir.Standart kənarlaşma qeyd olunan ədədin, ümumi ədədlər toplusunun orta rəqəmindən kənarlaşmasını ( dispersiyanı) göstərir. σ = ∑ ( x − x ′ ) 2 n {\displaystyle \sigma ={\sqrt {\sum (x-x')^{2} \over n}}} Reallıqda bu formula üzrə hesablamağa ehtiyac qalmır, çünki Excel kimi proqramlarda xüsusi formula vardırki, adətən ondan istfadə edilir ( funksiyanın adı: = STDEV.S). Daha rahat izah üçün məsələ üzərində göstərək: Fərz edilsin ki, İnvestor bir valyutaya yatırım etmək istəyir.Və USD seçilir və onun 5 gün üzrə qiyməti təqdim olunur. Rəqəmlər belədir: 0.8 ; 0.78; 0,91; 0.77; 0.54 İndi isə EURO üzrə qiymətlər təqdim edilib: 0.2 ; 0.33; 0,57; 0.11; 0.7 Və minimum riskli investisiya forması tapılmalıdır. Birinci çoxluğun Standart kənarlaşması 0.135093-ə,ikinci çoxluğun Standart kənarlaşması isə 0.248133 bərabərdir. Hər iki çoxluq üzrə Standart kənarlaşmaya baxdıqda görürük ki, 2-ci çoxluğun kənarlaşması daha çoxdur – yəni risk daha artıqdır,qiymət tez-tez enib qalxır.
Kənarmeşə
Kənarmeşə (əvvəlki adı: Kənarəmeşə) Talışca "Kənoəvişə"-dən tərcümə edilərək adlandırılmışdır("kənoə" — kənar, "vişə" — meşə deməkdir). — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə kənd inzibati ərazi dairəsində yerləşən kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kənarmeşə kəndi Kənarmeşə kəndi adlandırılmışdır. 23 dekabr 2011-ci il prezident fərmanı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib Hal-hazırda da kəndin adı Lənkəranda yerli əhali tərəfindən "Kənoəvişə" adlandırılır. Kəndin ümumumi sahəsi 206 hektar ərazini əhatə edir. == Tarixi == Kəndin hazırkı inzibati-ərazi dairəsinin formalaşması XVIII əsrin ortalarına təsadüf edir.1747-ci ildə İranda Nadir şahın ölümündən sonra onun siyasi təqibə məruz qalmış tərəfdarlarından olan , əslən Ənzəli talışı olan şiə müsəlmanı, Ağası adlı ruhani və onun ailəsi yaşadığı yerdən uzaqlaşaraq kəndin Qərb hissəsində (indiki girişində) məskən salmaqla bu yerlərin ilk sivil sakinlərindən olmuşdur. Daha sonra ailə Ağasının ilk oğlunun adı olan Bağırın adından Bağırovlar kimi adlandırılmışdır. Bağırovlar ailəsi kənddə əkinçiliyin və kənd icmasının əsasını qoyan ilk oturaq ailə olmuşdur. İlkin məskunlaşmadan sonra Qarabağdan, Ərdəbildən, Ənzəlidən və digər İran ərazilərindən müxtəlif insanlar kəndə köçmüşdür. Kəndə köçən əksər nəsillər talışlar olmuş, köçəri Deyləmi xalq olan Qalış(və ya Kalışlar) da Qarabağdan və İran ərazindən kəndə köçüb daimi məskən salmışlar.
Kənarmeşə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kənarçay
Kənarçay — Azərbaycanın Qusar rayonu ərazisindən axan çay. Samurçayın sağ qoludur. Çayın uzunluğu 29 km-dir. Çay öz başlanğıcını 2548 m yüksəklikdən, Keçəlbaş dağından götürür. Çayın hövzəsinin sahəsi 125 km²dir. Mənsəbi 514 m dəniz səviyyəsindsən yüksəklikdə yerləşir.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Kənarçay (dəqiqləşdirmə)
Kənarçay — Kənarçay (Qusar) — Qusar rayonunda kənd.
Qrinviç meridianından... kənarda (film, 2007)
Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir... Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006). Çəkilişlər 2 aya yaxın davam etmişdir. 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.
Qrinviç meridianından... kənarda
Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir... Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006). Çəkilişlər 2 aya yaxın davam etmişdir. 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.
Kənarda (teleserial, 2022)
Kənarda (ing. From; hərfi. -dan²) — Con Qriffin tərəfindən yaradılmış Amerika elmi fantastika və qorxu janrında olan televiziya serialıdır. İlk mövsümün premyerası 20 fevral 2022-ci ildə Epix kanalında baş tutdu. 2022-ci ilin aprel ayında serial ikinci mövsüm üçün yeniləndi və 23 aprel 2023-cü ildə yenidən brend edilmiş MGM+ kanalında yayımlandı. 2023-cü ilin iyun ayında serial üçüncü mövsüm üçün də yeniləndi və bu mövsüm 22 sentyabr 2024-cü ildə yayımlandı. == Məzmun == Amerikanın naməlum bir yerində, kabus kimi bir şəhərə daxil olanlar oradan çıxa bilmir. Oranın məcburi sakinləri, ətraf meşədən gələn dəhşətli gecə varlıqlarının hücumları ilə üzləşərək sağ qalmağa çalışırlar. Onlar həmçinin şəhərin daxilində və kənarında gizlənmiş sirləri tapmağa çalışaraq qaçış yolu axtarırlar. == Aktyorlar və personajlar == === Əsas === Harold Perrino - Boyd Stivens; Özünü təyin etmiş polis rəisi və qəsəbənin de-fakto meri, oğlu Ellis ilə əlaqəsi qırılmışdır.

Значение слова в других словарях