KƏSALƏT

is. [ ər. ] Fəaliyyətsizlik, hərəkətsizlik; ölgünlük, süstlük, əzginlik, kefsizlik. Çox yatmaq kəsalət gətirər. ( Ata. sözü ).
Bu nə heyrət, bu nə xəcalətdir; Səndə, axır, bu nə kəsalətdir? S.Ə.Şirvani.
Nə kəsalətlə iş görürsən sən; Niyə bunca ağır hörürsən sən? M.Ə.Sabir.
Dağıldı qəmləri, üzləri güldü; Bayaqkı kəsalət tamam töküldü. H.K.Sanılı.

□ Kəsalət basmaq – ağırlaşmaq, süstləşmək, tənbəllik basmaq.
Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb, daha cənnəti səyahət etmək həvəsindən düşdüm. Ə.Haqverdiyev.

Синонимы

  • KƏSALƏT ağırlıq — hissizlik
  • KƏSALƏT süstlük — tənbəllik — keylik — təsirsizlik — fəaliyyətsizlik — ölgünlük
  • KƏSALƏT kəsalət bax süstlük
KƏSAFƏTLİ
KƏSALƏTLİ

Значение слова в других словарях