1. Kəsərti vasitəsilə bütövdən bir hissə ayırmaq; bölmək, parçalamaq. Çörəyi kəsmək. Ağacın budağını kəsmək. İpi kəsmək.
// Öz vəzifəsini görmək (kəsici, iti şey haqqında). Bıçaq yaxşı kəsir. Balta kəsmir.
2. Kəsən alətlə yarmaq, yaralamaq. Əlini kəsmək. Barmağını kəsmək.
// Kəsən alətlə ucunu almaq, kəsib götürmək. Saç kəsmək. Dırnaq kəsmək.
// Kəsib atmaq, kəsib götürmək (cərrahiyyə əməliyyatı zamanı). Sağ qıçını kəsmək. Baş barmağını kəsdilər.
// Boğazlamaq, başını bədənindən ayırmaq. Toyuq kəsmək. Qoyun kəsmək.
// Təkərləri ilə üzmək, kəsib aralamaq (qatar, tramvay və s. haqqında). Tramvay oğlanın sol qıçını kəsdi.
□ Bir-birini kəsmək – kəsişmək, birbirinin üstündən keçmək.
3. Bədəni sıxan bir şeydən ağrı hiss etmək. Rezin ayağımı kəsir. Toqqa belimi kəsir.
4. Qısaltmaq, gödəltmək. Saçını kəsmək. Paltarın ətəyindən kəsmək.
5. Şiddətli təsir etmək, kəskin ağrı vermək, göynətmək. Şaxta kəsir. Soyuq adamı kəsir.
6. Dayandırmaq, saxlamaq, son vermək, daha davam etdirməmək.
□ Qabağını kəsmək – qarşısına çıxmaq, getməyə qoymamaq, dayandırmaq. Korun qabağını əliağaclı kəsməzlər. ( Ata. sözü ).
7. Daha verməmək, məhrum etmək, istifadəsini dayandırmaq. Qazı kəsmək. Suyu kəsmək. İşığı kəsmək. Telefonu kəsmək.
8. Bir yeri tutub dayanmaq. Qapını kəsib durmaq.
9. Ara vermək, dayanmaq, sakitləşmək.
// Sakitləşdirmək, dayandırmaq, nəhayət vermək.
10. Örtmək, mane olmaq, qabağını tutmaq.
11. Kəsici bir şeylə öldürmək.
12. Cəza təyin etmək, cəza vermək. Tənbeh kəsmək. İş kəsmək.
13. Qırmaq, doğramaq.
// Ağacın, meynənin və s.-nin quru və artıq hissələrini qırmaq; budamaq. Meynələri kəsmək.
14. Hər hansı bir səbəbə görə tutmaq, saxlamaq, verməmək (əmək haqqının, maaşın bir hissəsini, ya hamısını). Maaşını kəsmək.
// Qət etmək, üzmək (əlaqəni, münasibəti).
15. Qəlibə tökmək və ya döyməklə hazırlamaq. Kərpic kəsmək.
// Pul haqqında. Pul kəsmək.
16. Boyuna, bədəninə görə ölçüb biçmək. Paltar kəsmək. Kostyum kəsmək.
17. Çəpərləmək, hasarlamaq, ayırmaq, aranı hasar (barı, arakəsmə) ilə bölmək. Otağı ortadan kəsmək.
18. Bir işi görüb başa çatdırmaq, tamamlamaq. Xana kəsmək.
19. Oğurlamaq, yarmaq. Ev kəsmək.
20. Qarşısını almaq, toxtatmaq, dayandırmaq. Ağrını kəsmək. Əlinin qanını kəsmək. Qızdırmanı kinə kəsər.
21. məc. dan. Ürəyindən keçmək, ürəyində sevmək, istəmək, meyli olmaq.
22. məc. dan. Ağır təsir etmək, çox toxunmaq, yandırmaq. Bu söz məni kəsdi.
23. köhn. Sünnət etmək. Uşağı kəsmək.
24. dan. Pis qiymət vermək (imtahanda və s.-də). Tələbəni kəsmək. Ədəbiyyatdan kəsmək.
25. Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ayağını kəsmək, gözünü kəsmək, dil kəsmək, sözünü kəsmək, ətini kəsmək.