LÖVHÜL-MƏHFUZ

üzərində Allahın sonsuz elmi həkk olunmuş bir lövhədir. Quranın əsli də Löhvül-Məfhuzdadır. Allahın elmi yaradılışdan öncə Löhvül- Məfhuzda yazılmışdır. İlahiyyatçılara görə bu lövhənin mahiyyətini insan əqli ilə qavramaq mümkün deyildir. Lövhül-Məhfuz haqqında Quranın 85: 21-22 ayələrində məlumat verilir. Rəvayətlərə görə Löhvül- Məfhuzdan Musa peyğəmbərə Tövratın lövhələri nazil olunmuşdur. Orada Allahın qanunları yazılmışdır. Bu barədə Quranın “Əraf” surəsinin 145-ci ayəsində məlumat verilir.
LOĞMAN
LÖVHÜL-MƏHFUZ
OBASTAN VİKİ
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.

Digər lüğətlərdə