Böyük qara ləkə
Böyük Qara Ləkə və ya GDS-89 — Yupiterin böyük qırmızı ləkəsinə bənzər Neptunun qaranlıq ləkələrindən biridir.
GDS-89 ((G)reat (D)ark — (S)pot — 19 (89)) yəni, Böyük Qara Ləkə 1989, 1989-cu ildə NASA-nın Voyager 2 kosmik roketi vasitəsilə müşahidə edilmiş Neptun ilk böyük qaranlıq ləkəsidir. Yupiterdəki kimi, Böyük Qara Ləkələr də qədim siklon fırtınalarıdır. Habelə, onların daxili hissələri nisbətən buludsuzdur və Yupiterin ləkəsinin yüzlərlə eyni yerdə olmasından fərqli olaraq, bu ləkələr bir neçə ildən bir yenidən yaranmaqda və dağılmaqdaymış kimi görünür. Voyager 2 ilə edilən və o tarixdən sonra, Habbl kosmik teleskopu ilə edilən müşahidələrə əsaslanaraq demək olar ki, Neptun, zamanının yarıdan çox hissəsini Böyük Qara Ləkə(Big Dark Spot) ilə keçirir. Neptun haqqındakı demək olarki bütün biliklər Voyager 2 tərəfindən aparılan tədqiqatlara əsaslanır.
Voyager ən son planet – Neptunla qarşılaşarkən bir neçə maraqlı faktlar ortaya çıxdı. Neptunun üzərində Yupiterdəkinə bənzəyən bir neçə qara ləkələr müşahidə olundu. Bu ləkələrdən Yupiterin Böyük Qırmızı Ləkəyə bənzəyən Böyük Qara Ləkə Yer Kürəsi böyüklükdədir. Neptunun peyklərindən Tritonun üzərində isə qeyzerlər müşahidə edildi.