İnternet estetikası
İnternet estetikası və ya mikroestetika — bəzən moda üslubu, submədəniyyət və ya musiqi janrı ilə müşayiət olunan, adətən internetdən yaranan və ya onun üzərində populyarlaşan vizual sənət üslubu. 2010-cu və 2020-ci illər ərzində onlayn estetika xüsusilə "Tumblr", "Pinterest", "Instagram" və "TikTok" kimi sosial media platformalarında artan populyarlıq qazanmış, tez-tez insanlar tərəfindən fərdiliyini və yaradıcılığını ifadə etmək üçün istifadə olunmuşdur. Onlar eyni maraqları bölüşən insanlar arasında icma və aidiyyət hissi yaratmaq üçün də istifadə edilə bilər. Estetika termini "akademik mənşəyindən tamamilə ayrılmış" kimi təsvir edilmişdir və ümumiyyətlə sifət kimi istifadə olunur.
İnternet estetikası vizual üslubu ilə xarakterizə olunur və müəyyən edilir. "Vogue" əməkdaşı Sara Spellinqs qeyd etmişdir:
"The Atlantic" əməkdaşı Ketlin Tiffeni bildirmişdir:
Estetika üçün bir çox adlar, "The Washington Post"a görə, "hardkor" sözündən yaranan "-kor" kimi şəkilçilərdən istifadə edilir.
"Dark academia", "Cottagecore", "Art Hoe", "Coquette/Nymphet" və "Weirdcore" kimi internet estetikası hesab olunan cərəyanlar "Tumblr"da yaranmışdır.
"Fandom"da yerləşdirilən "Estetika Viki" onlayn estetika ilə bağlı geniş məlumat bazasına sahib olduğuna görə tez-tez istinad edilir. "The Atlantic"ə görə, viki 2020-ci ildə trafikdə 9,974% artım əldə etmişdir.
2022-ci ildə "Vox" jurnalisti Rebekka Cenninqs "TikTok"dan bir çox trendin bir trend altına düşdüyü fikrini müdafiə etmişdi.