LANDŞAFTIN KOMFORTLUĞU

müəyyən landşaftda əhalinin ekobioloji və sosial-psixoloji həyat şəraitini əlverişli hala gətirmək üçün tədbirlər (komfort, diskomfort). L.k. sərvətlərdən səmərəli istifadə olunması və yaşayış mühitinin mühafizəsi məsələlərinin həllində nəzərə alınır.
LANDŞAFTIN KLİMAKS VƏZİYYƏTİ
LANDŞAFTIN KOMPONENTLƏRİ
OBASTAN VİKİ
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).