LANDŞAFTIN KONSERVASİYASI

landşaftı ilkin, az dəyişilmiş və ya dəyişilməmiş şəkildə saxlamaq məqsədilə ondan istifadəni dayandırmaq; landşaftda qoruq rejimi yaratmaq yolu ilə həyata keçirilir, xüsusi qoruq ərazisi təşkilinin bir forması sayılır.
LANDŞAFTIN KOMPONENTLƏRİ
LANDŞAFTIN OPTİMALLAŞDIRILMASI
OBASTAN VİKİ
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Arxeoloji abidələrin konservasiyası və bərpası
Arxeoloji obyektlərin konservasiyası və bərpası — arxeoloji obyektin mühafizəsi və lazım gəldikdə bərpası üçün arxeoloqlar, konservatorlar (tarixi artefaktları qoruyan şəxslər) və ziyarətçilər arasında birgə səydir. Konservasiya üsulları və ya bərpa ehtiyacları barədə qərar verməzdən əvvəl estetik, tarixi, elmi, dini, simvolik, maarifləndirici, iqtisadi və ekoloji dəyərlərlə bağlı məsələlərin qiymətləndirilməsi lazımdır. Arxeoloji qazıntı prosesi mahiyyət etibarilə dağıdıcıdır, çünki qazıntılar sahənin təbiətini və kontekstini və onla əlaqəli məlumatları daimi olaraq dəyişdirir. Buna görə də, arxeoloqlar və konservatorlar riskə atdıqları ərazilərə qulluq etmək və qorumaq üçün məsuliyyət daşıyırlar. Arxeoloji sahələr bir çox mərhələdən keçir. Abidənin yaradılması: Abidə qurulur və mədəniyyət daxilində hər hansı bir funksiyaya xidmət edir. İlkin pozulma: Abidə istifadədən çıxıb və ya tərk edilib. Külək və su kimi təbii qüvvələr sahəni dəyişdirə və qeyri-sabitliyə səbəb ola bilər. Heyvanlar və həşəratlar qorunan ərazidə məskunlaşa və üzvi maddələrlə qidalana və abidəni məhv edə bilərlər. İdentifikasiya: Sahə arxeoloqlar, yerli insanlar və yaxud digər qeyri-peşəkar insanlar tərəfindən müəyyən edilir.