LAVA KONUSU

başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir. конус лавовый lava cone
LAVA GÖLÜ
LAVA QOVUQCUQLARI
OBASTAN VİKİ
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Gətirmə konusu
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevrilmiş yarım konus şəklində toplanması. Konusun yamacının meyilliyi 30–40° olur.
Vulkan konusu
Vulkan konusu (rus. вулканический конус, ing. volcanic cone) — vulkanın ağızı ətrafında vulkan materiallarının toplanması nəticəsində əmələ gələn, kəsik konus şəklində vulkan qurğusu. Vulkan konusları ən sadə vulkanik relyef formalarındandır.
Şlak konusu
Şlak konusu (rus. шлаковый конус, ing. schlag cone) — şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.
Aa-lava
Aa-lava — kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Lava brekçiyaları
Lava brekçiyaları (ital. breccia-qırma) (rus. брекчии лавовые, ing. lava breccias) — vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Lava gölü
Lava gölü (rus. лавовое озеро, ing. lava lake) — odlu-maye lava ilə dolmuş vulkan krateri və ya sıldırım yamaclı geniş çuxur. Məfhum bəzən bərkimiş L. g. də aid edilir.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.
Lava stalaktiti
Lava stalaktiti (rus. сталактит лавовый, ing. lava stalactites) — ərinti lavanın boş lava tunelinin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Lava stalaqmiti
Lava stalaqmiti (rus. сталагмит лавовый, ing. lava stalagmites) — böyük sütunvari formalı effuziv süxurlar kütləsi. Əsasi tərkibli az qatılıqlı lavanın köhnə lava örtüyü, yaxud lava axımının soyumuş səthi üzərində fəvvarəli püskürməsi zamanı yaranır.
Lava tunelləri
Lava tunelləri (rus. туннели лавовые, ing. lava tunnels) — lava axınlarında dəhlizlər şəkilində uzanan boşluqlar. Ən çox dalğalı lava axınlarında müşahidə edilir, uzunluğu yüzlərlə m-ə, eni 20 – m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kaliforniyada Şesta dağı və İslandiyada Şurtoşellira vulkanı aşkar edilmişdir.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.