LENTVARİ GİLLƏR

buzlağın bulanıq suyundan çökmüş narın qum və gillərin birbiri ilə növbələşən nazik təbəqələrindən təşkil olunmuş buzlaqyanı göl çöküntüləri. Laylılıq ilin fəsillərindən (qum-yay, gil-qış) asılı olaraq qırıntı materialların qeyribərabər gətirilməsi ilə əlaqədardır. Hər bir cüt lay illik «lent» əmələ gətirir ki, onun da qalınlığı millimetrdən bir neçə santimetrə qədər olur; lentlərin qalınlığı havanın dəyişməsi və buzlağın ərimə intensivliyindən asılı olur. L. g. illik layların sayından son buzlaşma və buzlaqdan sonrakı vaxtlarının geoxronologiyasında istifadə edilir. ленточные глины varved clay
LEGENDA
LƏLƏKVARİ QUM TİRƏSİ
OBASTAN VİKİ
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Odadavamlı gillər
Odadavamlı gillər - odadavamlı materiallar (kərpic, tigel, tökmə qumlarının sementi və keramika) istehsalında işlənən və odadavamlılığı 1580 °C-də yüksək olan suda islanmayan plastik gillər. Odadavamlı gillər tərkibində kaolinit, montmorillonit, illit, bəzilərində isə diaspor və başqa minerallar üstünlük təşkil edir. Gillərin odadavamlılığı onların tərkibində illit və başqa qarışıqlaylı mineralların miqdarının artması ilə azalır və əksinə, kaolinitin miqdarı artdıqca yüksəlir. Gillər Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.