LEQALİZASİYA

(ingilis légal-qanuni) qanuniləşdirmə: 1. konsul L.-sı – sənədlərdəki və aktlardakı imzaların həqiqliyinin və onların konsulun olduğu dövlətin qanunlarına uyğunluğunun müəyyən və təsdiq edilməsi; 2. “çirkli pulların” L.- sı – qeyri-qanuni (o cümlədən: rüşvət, mənimsəmə, oğurluq, qarət, kontrabanda, bronkonyerlik, dələduzluq, “insan alveri”, narkotik maddələrin və silah-sursatın qeyri-qanuni alveri və s.) üsul və vasitələrlə əldə edilmiş “kriminal bioqrafiyalı” pulların, qanunların boşluqlarından və “məmur tamahkarlığından” istifadə edərək təmizə çıxarılması, “yuyulması” cəhdləri; 3. bax həmçinin legitimasiya, naturalizasiya.
LEGİTİMASİYA
LİBERALİZM