LİBERTARİZM

(ingilis liberty-azadlıq) özünü klassik liberal ənənələrinin davamçısı, müasir dövrün əsil yeganə liberalizmi elan etmiş ideya, siyasi istiqamət. Onun mahiyyəti: “şəxsiyyətin azadlığı fəlsəfəsi”, “səbatlı individualizm”- dir. L. tərafdarları dövlətin siyasi sisteminin iqtisadi, sosial və siyasi aspektlərinə, fərdlərin qarşılıqlı münasibətlərinə, dövlət və cəmiyyət münasibətləri məsələlərinə yanaşmada, hətta liberallardan da sağ mövqe tuturlar, həmin mövqedən çıxış edərək kapitalizmin dövlət-monopolist əsaslarının dəyişdirilməsini tələb edir, individualizmin prinsiplərinin bərpasını və cəmiyyətin bütün sahələrdə qeyriməhdud rəqabətin olmasını istəyirlər. L. tərəfdarlarının idealı214 azad sahibkarlığın kor-təbii bazar qaydalarıdır. Onlar azad bazara-azadlığın maddi təcəssümü kimi baxırlar: “minimum dövlət” (“kənarlaşdırılmış dövlət”) tələbini irəli sürərək “istehsalçılar demokratiyası” adından kiçik mülkiyyətçilərin müdafiəçisi kimi çıxış edirlər. L. nəzəriyyəçilərinin fikrincə (P.Nozirk, D.Qilder, T.Xayek və b.), azad sahibkarlığın “eroziyası”, fərdin və ailənin məsuliyyəti staqnasiyaya və yoxsulluğa aparıb çıxarır. L. İdeyalarının surətli inkişafı XX əsrin 70-ci illərindən rövnəqlənir.
LİBERALİZM
LİDER