Litosfer
Litosfer (yun. λίθος (litos)— daş və σφαίρα (sfera)— təbəqə) – Yerin üst bərk qatı.
Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir. Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz.
== Litosfer qatları ==
Yer qabığı
1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Keçid qabığ(Böyük materiklərin kənar hissələri üçün xarakterikdir).
Materik qabığı 3 qatdan ibarətdir:
Çökmə qat
Qranit qat.
Bazalt qat.
Qranit qata silisium və alüminium çox olduğu üçün SiAl təbəqəsi,bazalt qata isə silisium və maqnezium çox olduğu üçün SiMa təbəqəsi deyilir.
Okean qabığı isə 2 qatdan ibarətdir.Qranit qat yoxdur.
Çokmə qat.