LİVER

[ing.] сущ. ливер (якӀарай гудай малдин, хпен недай рад-руфун, къенер).
LİTVACA
LOBBİ
OBASTAN VİKİ
Ayaks 5–1 Liverpul (1966)
Ayaks 5–1 Liverpul — 7 dekabr 1966-cı ildə Amsterdamın Olimpiya stadionunda keçirilən və Ayaks klubu ilə Liverpul klubu arasında baş tutan futbol oyunudur. Görüş UEFA Çempionlar Kuboku 1966/1967 mövsümünün ikinci mərhələsinin ilk oyunu nəznində keçirilmişdir. Oyun çox dumanlı havada baş tutduğu üçün Holland dilində "De Mistwedstrijd" (Niderlandca tələffüz: [də ˈmɪstˌʋɛt.strɛi̯t]; "Duman oyunu") adını almışdır. Ayaks klubu Avropa Kubokuna Erediviziyanın 1965-66 mövsümünün qalibi olduqdan sonra üçüncü dəfə vəsiqə qazanmışdır. Onlar ilk mərhələdə Türkiyə komandası olan Beşiktaş klubu ilə üz-üzə gəlmiş və iki oyunun nəticəsinə görə 4-1 hesabı ilə qalib gələrək ikinci mərhələyə yüksəlmişdir. Bu mövsüm Liverpulun Avropa Kubokunda ikinci mövsümü idi: İlk dəfə 1964-65 mövsümündə çıxış edən klub yarımfinala qədər irəliləyə bilmişdi. Lakin yarımfinalda mövsümün qalibi olan İnter klubuna məğlub olmuşdur. Onlar ilk mərhələdə Rumıniyanın Petrolul Ployeşti üz-üzə gəldilər. İki oyunun nəticəsinə görə hesab 3-3 olsa da, Liverpul pley-off oyununda rəqibinə 2-0 hesabı ilə qalib gəldi. Oyunu 55722 nəfər tamaşaçı stadiondan canlı izləyirdi.
Conas Liveröd
Yonas Livrod (isv. Jonas Liveröd; d. 1974, Göteborq, İsveç) — İsveç rəssamı və heykəltaraşı. O, Azərbaycanpərəstdir.
Livermorium
Livermorium (Lv) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 116-cı element. Element Ernst Lourens adına Livermorsk milli laboratoriyasında sintez olunmuşdur və bu ad həmin laboratoriyanın şərəfinə verilmişdir. Laboratoriya Kaliforniya ştatında Livermor şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adı isə 1816-cı ildə İngiltərədən Kaliforniyaya mühacirət etmiş və bu şəhərin əsasını qoymuş fermer Robert Livermorun adını daşıyır. Beləliklə, bu elementin adında faktiki olaraq heç kimə tanış olmayan fermerin adı əbədiləşib. Adı 30 may 2012-ci ildə IUPAC tərəfindən qəbul edilmişdir. Livermoriumun beş izotopu məlumdur. Kütlə sayı 288 və 290-293 daxil olmaqla; onların arasında ən uzunömürlü olanı təxminən 60 millisaniyəlik yarımparçalanma dövrü ilə Livermorium-293-dür. Kütlə sayı 294 olan altıncı mümkün izotop haqqında məlumat verilmiş, lakin hələ təsdiqini tapmamışdır. Dövri cədvəldə p-blok transaktinid elementidir.
Liverpul
Liverpul — Böyük Britaniyada şəhər. Mersisayd qraflığının mərkəzi, Mersi çayının sağ sahilindədir. Mühüm nəql qovşağı. İlk dəfə mənbələrdə Liverpul adı təqribən 1191-ci ildə çəkilir. 1207-ci ildə şəhər hüququ almışdır. Klassisizm üslubunda Old-Blü-Kot qospitalı (1714–18) və ratuşa (1748–97), neoklassisizm üslubunda Sent-Corc-Holl şəhər zalı (1842–54) və ingilis bankı (1845–48), neoqotika üslubunda kilsə (1904–24). Katolik kilsəsi (1967) var.
Liverpul (dağ)
Liverpul (ing. Liverpool Range) — Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisində yerləşən dağ silsiləsi. Liverpul vulkanik mənşəli dağ silsiləsidir. Liverpul sıra dağlarının ən yüksək nöqtəsi olan Oksli dağının hündürlüyü 1372 m-dir. Dağın cənub yamacları çoxlu çayın, o cümlədən Hanter və onun qollarının mənbəsidir. Şimal yamacları Pil və Muki çaylarının mənbəsidir.
Liverpul (dəqiqləşdirmə)
Liverpul — Böyük Britaniya da şəhər. Liverpul — İngiltərənin Liverpul şəhərinin peşəkar futbol klubu. Liverpul (dağ) — Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisində yerləşən dağ silsiləsi.
Liverpul (şəhər)
Liverpul — Böyük Britaniyada şəhər. Mersisayd qraflığının mərkəzi, Mersi çayının sağ sahilindədir. Mühüm nəql qovşağı. İlk dəfə mənbələrdə Liverpul adı təqribən 1191-ci ildə çəkilir. 1207-ci ildə şəhər hüququ almışdır. Klassisizm üslubunda Old-Blü-Kot qospitalı (1714–18) və ratuşa (1748–97), neoklassisizm üslubunda Sent-Corc-Holl şəhər zalı (1842–54) və ingilis bankı (1845–48), neoqotika üslubunda kilsə (1904–24). Katolik kilsəsi (1967) var.
Liverpul FK
Liverpul FK (ing. Liverpool Football Club) — İngiltərə Premyer Liqasında Liverpul şəhərini təmsil edən peşəkar futbol klubu (ləqəbi – Qırmızılar). Klub 6 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Avropa Liqasını, 4 dəfə UEFA Superkubokunu, 19 dəfə İngiltərə Premyer Liqasını, 8 dəfə İngiltərə Federasiya Kubokunu, rekord sayda - 9 dəfə İngiltərə Liqa Kubokunu və 15 dəfə İngiltərə Milli Futbol Superkubokunu qazanmışdır. Klub 1892-ci ildə yaradılıb və növbəti il futbol liqasına qoşulmuşdur. Klub yaranandan bəri oyunlarını Enfild stadionunda keçirir. Liverpul 1970-1980-ci illərdə Uilyam Bil Şenkli və Bob Peyslinin başçılığı altında həm İngiltərədə həm də Avropada ümumilikdə, 11 dəfə İngiltərə çempionluğunu və 7 dəfə Avropa miqyaslı kuboku qazanmaqla, özünü böyük bir güc olaraq qəbul etdirdi. Rafael Benitezin məşqçiliyi və Stiven Cerrardın kapitanlığı ilə Liverpul 2005-ci ildə matçın ilk hissəsində 0-3 hesabı ilə geridə olduğu "Milan"a qarşı oyunda geri dönüş edərək növbəti dəfə UEFA Çempionlar Liqasının qalibi oldu. Liverpul 2016-17 mövsümündə 424.2 milyon funt sterlinq gəlirlə dünyanın ən çox gəlirli olan doqquzuncu klub olmuşdur və 2018-ci ildə dünyanın səkkizinci ən gəlirli klubu olmuşdur ki, ümumi məbləğ 1.994 milyard $ dəyərində qiymətləndirilmişdir. Komanda dünyanın ən çox tərəfdarı olan klublardan biridir. Liverpulun "Everton" və "Mançester Yunayted" ilə uzun müddətdir davam edən rəqabəti mövcuddur.
Liverpul FK-nun tarixi (1892-1959)
"Liverpul"un əsası "Everton"un prezidenti və "Enfild"in sahibi Con Houldinq arasında olan mübahisəsi nəticəsində yaranmışdı. 1891-ci ildə “Everton” İngiltərə çempionu olur. Həmin vaxt Con Holdinq sözügedən komandanın ev oyunlarını keçirdiyi “Enfild Roud” stadionuna sahib çıxır və arenanın icarə haqqını 2 dəfə artırır. “Everton” rəhbərliyi bu məbləği ödəməkdən boyun qaçırır və “Qudison Park”a köçür. Con Holdinq şəxsi klubunu yaratmaq qərarına gəlir. Beləliklə, 1892-ci ildə futbol dünyasında “Liverpul” adlı futbol klubu təşrif buyurur. Holdinq Şotlandiyaya gedərək, oradan 13 peşəkar futbolçunu komandasına gətirir. "Liverpul" Lankaşır liqasında çıxış etməyə başladı. Artıq 2 il sonra, 1893/94 sezonunda, "Liverpul" 2-ci diviziona qalxaraq, İngiltərənin Futbol Liqasına daxil oldu. İlk çempionluq titulunu 1900/01 sezonunda qazanan "Liverpul", 5 il sonra, 1905/06 sezonunda, eyni uğuru təkrarlaya bildi.
Liverpul FK-nun tarixi (1959-1985)
Pis göstəricilərə görə "Liverpul"a yeni məşqçi gəlir - Bill Şenkli. Şenklinin gəlişindən sonra, "Liverpul"un heyəti yeniləndi. Komandaya nə az, nə çox, düz 24 futbolçu cəlb olunmuşdu. Şenkli "Enfild"dəki zirzəmini yeniləyərək, məşqçilərin müzakirə otağı etmişdi - Buts otağı (Boot room). "Liverpul" 1-ci diviziona 1961/62 sezonunda qalxa bildi. Şenklinin komandası 17 illik çempionsuzluğu son qoyaraq, 1963/64 sezonunda İngiltərə çempionu olmuşdu. 1965-ci ildə finalda "Lids Yunayted"i məğlub edən "Liverpul", tarixində ilk dəfə İngiltərə Kubokunu qazanmışdı. 1965/66 sezonunda "Liverpul" 7-ci dəfə İngiltərə çempionu olur. 1973-cü ildə, finalda "Borussiya Mönxenqladbax"ı məğlub edərən "Liverpul", UEFA Kubokunu qazanmışdı. Növbəti ildə isə "Liverpul" İngiltərə Kubokunu qazanmışdı.
Liverpul FK-nun tarixi (1985-hazırda)
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur. 1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular.
Liverpul Universiteti
Liverpul Universiteti ― İngiltərənin Liverpul şəhərində yerləşən, Böyük Britaniyanın nüfuzlu tədqiqat universitetlərindən biri.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Robert Liverpul
Robert Banks Cenkinson, Liverpul qrafı (ing. Robert Banks Jenkinson; 7 iyun 1770[…], London – 4 dekabr 1828[…], Surrey) — ingilis dövlət və siyasi xadimi, 1812-1827-ci illərdə Böyük Britaniyanın Baş naziri. 1812-1827-ci illərdə İngiltərə hökumətinə mühafizəkar R.Liverpul başçılıq etmişdi. Əhali R.Liverpul hökumətinin daxili və xarici siyasətindən narazı idi. 1816 və 1819-cu illərdə ölkə iqtisadi böhran keçirmişdi. Sosial etiraz hərəkatı güclənmişdi. Fəhlələrin fəallığı artsa da mübarizəyə xırda burjua radikalları başçılıq edirdi. Xırda burjuaziyanın əsas tələblərindən biri ümumi seçki hüququ idi. Sol radikallara H.Xant və U.Kobbet başçılıq edirdi. Əhali seçki islahatı keçirilməsini, vergilərin və işsizliyin azaldılmasını, «taxıl qanunlarının» və kilsə onda birinin ləğvini tələb edirdi.

Digər lüğətlərdə