LOVĞALANMAQ

LOVĞALAN(Ş)MAQ Baxıb görkəminə o günü-gündən; Özünə güvənir lovğalanırdı (B.Vahabzadə); Lovğalaşıb, a görməmiş, çox da belə fırıldama; Tərbiyəsiz uşaq kimi boşboşuna hırıldama! (M.Ə.Sabir); ÖZÜNÜ ÇƏKMƏK/DARTMAQ Bu zaman yasavul özünü çəkir, Talıbxana söylənərək bu işə heç bir əhəmiyyət vermədiyini Göyərçinə deyirdi (S.Rəhimov); TƏŞƏXXÜS SATMAQ [Rüstəm bəy:] Mən bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum... (N.Vəzirov); DİKBAŞLIQ ETMƏK/ELƏMƏK, FORSLANMAQ, GÜVƏNMƏK (dan.), HİKKƏLƏNMƏK, İDDİALANMAQ, QÜRRƏLƏNMƏK, MƏNƏM-MƏNƏM DEMƏK, TƏKƏBBÜRLƏNMƏK, TƏŞƏXXÜSLƏNMƏK, YEKƏXANALANMAQ, YEKƏXANALIQ ETMƏK/ELƏMƏK.

LOVĞA
LOVĞALAŞMAQ

Значение слова в других словарях