Luvr Piramidası
Luvr Piramidası – Napoleonun həyətində yerləşən şüşədən piramida, Luvr üçün əsas giriş kimi xidmət edir və Parisin simvollarından biridir. 1985-ci ildən 1989-cu ilə qədər inşa edilən layihə, məşhur çinli Bey Yuymin memarı tərəfindən yaradılmışdır.
== Tarixi ==
Fransa İnqilabından 200 il sonra, prezident Fransua Mitteran «Böyük Luvr» layihəsini təklif etdi. Mitteran kral sarayını dünyanın ən böyük muzeyinə çevirmək istədi. Yelisey bağı boyunca keçən doqquz kilometrlik perspektiv - onun fikirin də Parisin tarixi oxunu uzadılması idi.
Tamamlandıqdan sonra, piramida Luvrın əsas girişinə çevrildi. Böyük piramidanın ətrafında üç kiçik piramida yerləşir, onlar yalnız illüminator kimi xidmət göstərir.
== Rəqəmlər və faktlar ==
Piramid 21 mm qalınlığında 603 diamond şəkilli və 70 üçbucaqlı şüşə seqmentlərdən ibarətdir .
Piramidin hündürlüyü 21,65 m, əsas tərəfinin uzunluğu 35 m, meyl açısı isə 52 ° təşkil edir.
Piramidin çəkisi təxminən 180 tondur.