LÜZUMSUZLUQ
LYÜK
OBASTAN VİKİ
Lya-Kupe bərzəxi
Ля-Купе (fr. La Coupée — Dar bərzəx olaraq Sarkı onun digər hissəsi olan Kiçik Sark yarımadası ilə birləşdirir. Lya-Kupe ərazisində 100 m dəniz səviyyəsindən yuxarıda aşırım mövcuddur ki, onun eni 2,5 m təşkil edir. Ərazidə 1900-cu ildə təhlükəsizlik tikililəri inşa edilmişdir. 1945-ci ildə Faşistlər yolu betonla örtürlər. Ərazi turistlər arasında çox məşhurdur. Aşırının hər iki tərəfinə əsrarəngiz mənzərə açılır:Çimərlik və Körfəz.
Jülyen Lyao
Jülyen Lyao (fr. Julien Lahaut, 6 sentyabr 1884 — 18 avqust 1950) —Belçika dövlət xadimi, kommunist. == Həyatı == Jülyen Lyaonun 1884-cü il sentyabrın 6-da anadan olduğu Seren o zaman ingilis sənayeçisi Kogerillin maşınqayırma və metallurgiya zavodları ətrafında meydana gəlmiş kiçik bir şəhər idi. İndi Seren Belçikanın ən böyük sənaye mərkəzi olan Lyej ətrafında fəhlə şəhəridir. Belçikada qərbdən şərqə doğru bütün ölkə boyu bir ensiz sənaye zolağı uzanır. Burada kömür çıxarılır və polad əridilir. Bura şaxtaçılar, metalçılar, maşın qayıranlar və kimyaçılar diyarıdır–fəhlə Belçikasının qəlbidir. Buranın havası həmişə hisli, terrikonları qara, gecə-gündüz sönməyən domna sobaları qara, zavodların boruları qurumdan qaradır, şaxtaçıların hisdən üzləri qara, yaşadıqları qəsəbələri qaradır. Qara Belçika belədir. Kapitalist təsərrüfatını xarakterizə edən şəraitin yüksəldiyi dövrlərdə belə bura–tənəzzül və böhranlar zamanı qonşu rayonlardan və ölkələrdən axışıb gələn yoxsul kəndlilərin ziyarət yeri, ümidsizlik və yoxsulluq diyarı olmuşdur.
Kiçik Lyaxoski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Kiçik Lyaxovski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Lin Çih-lyan
Lupinus lyallii
Lupinus lyallii (lat. Lupinus lyallii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Lyaene-Virumaa
Lyaene-Virumaa (est. Lääne-Virumaa və ya Lääne-Viru maakond) — Estoniyanın vilayətidir. Vilayətin paytaxtı Rakvredir. Sahəsi 3 628 km², əhalisi 66 996 min nəfərdir. Şimaldan Fin körfəzi suları ilə yuyulur. == Əhali == Estonlar əhalinin 84,8 %, ruslar 10,7 %, ukraynalılar 1,4 %, finlər isə 1,5 %, digərləri 1,6 % (beloruslar, almanlar, tatarlar, ermənilər) təşkil edir. == Şəhər və icmalar == Lyaene-Virumaa özündə 12 icmanı və 3 Şəhəri birləşdirir.
Lyaenemaa
Lyaenemaa (est. Läänemaa və ya Lääne maakond) — Estoniyanın qərbində vilayət. İnzibati mərkəzi - Haapsaludur. Əhalisi 27 853 min nəfər, ərazisi isə 2 383 km². == Şəhər və icmalar == Vilayət iki şəhərdən (estonca linn) Haapsalu (alm. Hapsal‎), həmçinin 10 icmadan (vallad) ibarətdir.
Lyamblioz
Lyambliyoz
Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyambliyalar tərəfindən törədilən xəstəlik. == Haqqında == Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyambliya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur. Lyambliyoz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyambliyaların nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyambliyaların bir növü- L.intestinalis parazitlik edir. == Mənbələri == Lyambliyozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyambliyalar it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir.
Lyambliyoz qurd xəstəliyi
Lyamblya
Lyamblyalar
Lyantor
Lyantor — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Lyao sülaləsi
Lyao sülaləsi (Çincə: 遼 pinyin: liáo, 916 - 1125), bugünkü Monqolustan və Çinin şimal hissəsində hakimiyətini quran Qarakitayların (Kidan 契丹 qìdān) xanədanı. == Tarixi == Lyao çayının ətrafında iqamet edən Kıtaylardan Yelu Abaoji (耶律阿保機 Yēlǜ Ābǎojī), 907-ci ildə Kıtay xaqanı olmuş və 916-cı ildə özünü "Tanrı imperatoru" (天皇帝 tiān huáng dì) elan etmiş və Böyük Kitan (大契丹 dà qìdān) qurmuşdu. 947-ci ildə ikinci imperatoru Taizong (太宗 Tàizōng, əsli adı: Yelü Deguang 耶律德光 Yēlǜ Déguāng) ölkənin adını "Lyao" olaraq dəyişdirdi. Ölkənin adı 983-cü ildə təkrar "Kidan", 1066-cı ildə yenə "Lyao" olmuşdu.
Lyaodun körfəzi
Lyaodun körfəzi — Sarı dəniz akvatoriyasına aid olan körfəz. Körfəz Lyaodun yarımadası ilə materik arasında yerləşir. Çin və Şimali Koreya sahillərini yuyur. körfəz materik daxilinə 220 km daxil olur. Çıxacaqda eni 185 km-dir. Dərinliyi isə 10 - 50 metr arasında dəyişir. Qabarmmanın maksimal hündürlüyü 4,4 metrdir. Çinin Hebei və Lyaonin vilayətlərinin sahillərini yuyur. Körfəzin şimal-şərqində İnkou limanı yerləşir. Körfəzin ərazisində dərinlik 50 m təşkil edir.
Lyaodun yarımadası
Lyaodun yarımadası (çin. 遼東半) — Çinin şimal-şərqində, Lyaodun körfəzi ilə Qərbi Koreya körfəzi arasında yerləşən yarımada. Yarımadanın uzunluğu 225 km, eni isə 80 - 130 км arasında dəyişir. Sahilləri düzəndir. Reylefi təpəli və ancaq dağlıqdır. Ərazisi meşə və kolluqlarla zəngindir. Cənub qutaracağında iri şəhər və liman Dalyan şəhəri mövcuddur. XX əsrin sonları XXI əsrin əvvəllərindən şəhərin iqtisadi sıçrayışı müşahidə edilir. == Toponim == Yarımadanın çincə adı Lyaodun «Lyaoxe» çayının adından götürülmüşdür. «Dun» sözünün mənası isə «şərq» anlamını verir.
Lyatoşinski adına Xarkov Musiqi Məktəbi
Boris Lyatoşinski adına Xarkov Musiqi Məktəbi (ukr. Харківське музичне училище імені Бориса Лятошинського) — Ukraynanın Xarkov şəhərində yerləşən ali təhsil müəssisəsi (I–II səviyyəli akkreditasiya). == Tarixi == 8 sentyabr 1883-cü ildə İmperator Rus Musiqili Cəmiyyətinin Xarkov şöbəsinin əsasında açılmışdır Təsisçi və ilk direktoru İlya Slatin olmuşdur. 16 yanvar 1909-cu ildə "Yujni kray" qəzetində məktəbdə 445 şagirdin təhsil aldığı yazılmışdır. XX əsrdə (inqilabdan sonra) təhsil ocağın adı və statusu bir neçə dəfə dəyişdirilmişdir: Musiqi Akademiyasının əsas şöbəsi (1921-ci ilə qədər), Musiqi Texnikomu (1921–1923), Musiqi İnstitutu (1923–1924), yenidən Musiqi Texnikomu (1925–1928), Muzprofshkola (1928–1930), Musiqi və Teatr Texnikomu (1930–1934), institut hüququ olan Musiqi və Dram Kolleci (1934–1935) və 1936-cı ildən yenidən Musiqi Məktəbi. 1968-ci ilin sentyabr ayında məktəbə Ukrayna bəstəkarı Boris Lyatoşinskinin adı verildi. == Məktəbin direktorları == 1883–1921: İlya Slatin 1921–1922: Lüdviq Fannenştil 1922–1923: Semyon Boqatıryov 1925–1928: Aleksandr Altşuller 1949–1955: Tamara Veske 1955–1966: Qriqori Ostapenko 1966–1972: Anna Semenenko 1972–1974: Lidiya Potyomkina 1975–1977: Boris Mixeyev 1978–1984: Yuri Şerbinin 1984–1997: Marqarita Malomuj 1997 — hh: Yelena Yefremenko == Məşhur pedaqoqları == Andreys Yuryans == İstinadlar == == Ədəbiyyat == Харківському музичному училищу ім. Б. М. Лятошинського — 120 років / За ред. О. Єфременко. — Харків: Оригінал, 2003.
Lyaxmaerin binası (Rostov-na-Donu)
Lyaxmaerin gəlirli binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Voroşilov prospekti, Ulyanovskaya 60/1 ünvanında yerləşir. Rostov vilayəti administrasiyasının 1998-ci il 20 dekabr 488 saylı "Rostov vilayətinin tarixi və mədəni obyektlərinin qoruma altına alınması haqqında qanuna əsasən bina dövlət tərəfindən qorunur. == Tarixi == Bina Rostov-na-Donu şəhərinin tarixi mərkəzində yerləşir. Binanın artıq XIX əsrin sonlarında mövcud volması faktdır. 1899-cu ilin yanvarında Yekaterina Petrovna Lyaxmaer binanın sahibi olmuşdur. Bu onun şəhərfə çox saylı mülklərindən biri idi. Binanın ümumi sahəsi 940 m² təşkil edir. Mövcud olan sahədə Yekaterina Petrovna Lyaxmaer dörd mərtəbəli bina inşa edilmişdir.
Lyaxovski adaları
Lyaxovski adaları (saxa Ляхов арыылара) — adalar qrupu Yeni Sibir adalarının cənubunda yerləşir. İki iri Kiçik və Böyük Lyaxovski adaları, bir elədə böyük olmayan Stolbovoy, iki kiçik Zatoplyaemı, Yaya və iki keçmiş Semyonovski adası, Vasilevski adası daxildir. Ümumi sahəsi 6100 km² təşkil edir. Adalar Ust Lenski qoruğu ərazisinə daxildir. Adaları materikdən Dmitri Laptev boğazı, Anju adalarından isə Sannikov boğazı. Relyefi düzəndir. Ən hündür nöqtəsi Emiy-Tas dağıdır (311 m). Zirvə Böyük Lyaxovski adasında yerləşir. Adalar 1712-ci ildə Yakov Permyakov və Merkuri Vaqin tərəfindən aşkarlanmışdır. Adalar Yakutiyalı tacir İvan Lyaxovun şərəfinə adlandırılmışdır.
Lyayora burnu
Lyayora burnu (çuk. Лялёран) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İlpinski rayonu ərazisində yerləşir. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur. Çukot dilindən tərcümədə "Saqqalı insanların yaşayış yeri" mənasını verir.
Mariya Lyalkova
Mariya Lyalkova (çex. Marie Ljalková; 3 dekabr 1920 – 7 noyabr 2011[…], Brno) — Çexiyalı snayper, Böyük Vətən müharibəsinin iştirakçısı. Polkovnik. == Bioqrafiyası == 3 dekabr 1920-ci ildə Polşanın Qorodenka şəhərində (indi İvano-Frankovsk vilayəti) Volın çexlərinin ailəsində anadan olmuşdur. 12 yaşında valideynlərini itirir və xalası onu yanına aparır. Daha sonra Mariya, texniki məktəbdə oxuduğu Stanislavova (indiki İvano-Frankovsk) köçür. Almanların SSRİ-yə hücumundan sonra Qırmızı Ordunun 1-ci Çexoslovakiya piyada taborunun qurulduğu Orenburq vilayətində yerləşən Buzuluk şəhərinə təxliyə edilir. 1 mart 1942-ci ildə tibb kurslarını və ilk hərbi hazırlığı bitirdikdən sonra bu bölmənin sıralarına qəbul edilir. Sonra snayper kurslarına gedir. İlk döyüşü 1943-cü ilin martında Sokolovoda baş verir.
Natalya Lyapina
Natalya Lyapina (d. 14 may 1976) — Ukraynanı təmsil edən həndbolçu. Natalya Lyapina Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Novaya Lyalya
Novaya Lyalya — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Otto Lyaş
Otto Lyaş (alm. Otto Lasch‎) — II Dünya Müharibəsi illərində Vermaxtın 64-cü Ordu Korpusuna komandanlıq edən alman generalı. O, həmçinin palıd yarpaqlı Dəmir Xaçlı Cəngavər Xaçı ilə təltif olunub. Birinci Dünya Müharibəsindən sonra Lyaş Şərqi Prussiyanın Lyuk şəhərində yerləşən Freykorpsda xidmət etmişdi. 1935-ci ildə Vermaxta qatıldı və daha sonra 1941-ci ilin iyununda Riqanın tutulmasında əsas rol oynayaraq Barbarossa əməliyyatında iştirak etdi. Piyada generalı rütbəsinə yüksəldi və 1944-cü ilin noyabr ayından etibarən Şərqi Prussiyada Köniqsberq komandiri olaraq fəaliyyət göstərdi. Köniqsberq qala komendantı olaraq şəhərin qorunması və irəliləyən Qızıl Ordunun hücumundan qaçan qaçqın seli arasında nizamın qorunması üçün məsuliyyət daşıyırdı. İvan Çernyaxovskinin rəhbərliyindəki 36 divizyadan ibarət olan 3-cü Belorusiya Cəbhəsi tərəfindən Köniqsberq döyüşü zamanı ağır döyüşlərdən və üç aylıq şəhər mühasirəsindən sonra Lyaş Hitlerin əmrlərinə itaət etmədən Köniqsberqi 9 aprel 1945-ci ildə Qırmızı Orduya təslim etdi. Bu təslimdən sonra Hitler onun asılaraq edam olunmasına əmr verdi, ailəsi o vaxt Danimarka və Berlində həbs edildi. Laş Sovet əsirliyinə keçdi və Sovet İttifaqında müharibə cinayətkarı olaraq məhkum edildi və iyirmi beş il islah əmək düşərgəsində cəzaya məhkum edildi.

Значение слова в других словарях