Lökü
“Qarğıdalı və ya düyü unundan bişirilən çörək” mənasında Sabirabad, Lənkəran, Ağdaş şivələrində işlənir. Qeyd etməliyik ki, bu söz Sabirabad şivəsində “lökü”, Lənkəran və Ağdaş şivələrində “lökün” formasında işlənir: - Nənəli, löküm yaman ləzətdiydü, sən pişirmişdün? (Lənkəran);
Bayram süfrəmizdə bu il lökü olmadı. (Ağdaş) (1, 310)