Jan-Lük Qodar
Jan Lyuk Qodar(fr. Jean-Luc Godard, 3 dekabr 1930[…], VII arondisman, Fransa – 13 sentyabr 2022[…]) — fransız rejissor.
== Həyatı ==
Jan Lyuk Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir.
Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır.
Qodarın həmmüəllifi olduğu "Yeni dalğa" burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. "Yeni dalğa" yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar.
Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.