LÜTERAN

lüteranlıq dininə mənsub adam.
LOĞMAN
LÜTERANLIQ
OBASTAN VİKİ
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Alman lüteran kilsəsi
Alman lüteran kilsəsi (Göygöl) — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gədəbəy) — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gəncə) — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şamaxı) — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şəmkir) — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Alman lüteran kilsəsi (Bakı)

Alman lüteran kilsəsi (Göygöl)
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə Göygöl Tarix Diyarşünaslıq muzeyi fəaliyyət göstərir. 1817-ci ildə imperator I Aleksandrın icazəsi ilə Şvabiyadan 700 lüteran pietist ailə Cənubi Qafqaza köçdü. Bu ailələrdən 120-i Azərbaycan ərazisinə gələrək burada Yelenendorf koloniyasının əsasını qoydular.Koloniyanın qurulması ilə lüteran icmasının da fəaliyyəti başladı. İlk dini ayinlər məktəb müəlliminin rəhbərliyi ilə aparılsa da sonradan 1832-ci ildə bura Hannover şəhərindən keşiş dəvət edilib.1854-cü ildə Lüteran cəmiyyətinin dini ehtiyaclarını ödəmək üçün kilsə binasının inşa edilməsi qərara alınıb. 1854-cü il aprelin 24-də alman lüteran kilsəsinin əsası qoyulub. Tikinti işləri üç il davam edən neoqotik üslubda olan kirxa 1857-ci il martın 10-da “Müqəddəs İohan kilsəsi” adına layiq görülüb və dindarların istifadəsinə verilib. Bu Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi idi. Kilsədə Lüdviqsburqda yerləşən “E.F.Walcker & Cie” şirkətinin istehsalı olan orqan quraşdırılmışdı.
Alman lüteran kilsəsi (Gədəbəy)
Alman lüteran kilsəsi — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Lüteran kilsəsi 1868-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodiy kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi. Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır. Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodiy adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi. 1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodiy qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.
Alman lüteran kilsəsi (Şamaxı)
Alman lüteran kilsəsi — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi 1869-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Şəmkir)
Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyası olan Yelenendorfdan sonra ondan 40 km aralıda ikinci alman koloniyasını – Annenfeldin əsası qoyulur. 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikilir. Kilsənin memarı Ferdinand Lemkul olub. Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. 1936-1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu.
Müqəddəs Mixail lüteran kilsəsi
Müqəddəs Mixail lüteran kilsəsi (rus. Лютеранская церковь Святого Михаила) – Peterburqun mərkəzində, Vasilyev adası, Orta prospekti 18 saylı binada yerləşən yevangelik-lüteran kilsəsi. Alman icması 1731-ci ildə birinci kadet korpusunun binasında yaranmışdı. 1834-cü ildə icma Arxistratiq Mixailin adını daşımağa başlayır. 1841-ci ildə İmperator I Nikolay kilsənin özəl evlərin birinə köçürməyə əmr edir. Buna baxmayaraq, o həmçinin dövlət xəzinəsindən kilsə üçün az miqdarda vəsait ödəməyi tələb etmişdir. Elə həmin zaman da vahid icma bölünərək, alman və eston cəmiyyətlərinə ayrılmışdı. Təzə yaranmış eston icması Müqəddəs İoann kilsəsinin əsasını qoymuşdu. Alman icması isə (kilsə üzvlərinin sayı 2000 nəfərə yaxın idi) öncə xanım Tiblenin Vasilyev adasında yerləşən özəl evində yığışırdılar. Məhz burada 1842-ci ildə müqəddəs Arxangel Mixail kilsəsi təqdis edilmişdi.
Lüteranizm
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Lüteranlıq

Digər lüğətlərdə