MÜQƏDDƏS

sif. [ ər. ]
1. din. Allaha aid olan, ilahi, ilahi qüvvəyə malik. Müqəddəs ruh. Müqəddəs su.
// Dini sitayişlə əlaqədar yer və ya şeylərin adlarının daimi epiteti kimi işlədilir. Sözüm yoxdur.
Xorasan bir müqəddəs yerdir. Ə.Haqverdiyev.
[Adil:] Elə bilin ki, dünyada ən müqəddəs bir türbəni çirkaba atırdım. B.Bayramov.

2. Pak, təmiz, eyib və nöqsanlardan biri.
// Mənəvi cəhətdən təmiz, saf, ləkəsiz. Müqəddəs adam.
– Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət.
Ana müqəddəsdir, ana doğmadır; Ən böyük məhəbbət yalnız ondadır. S.Vurğun.

// İs. mənasında. Mömin, dindar.
Bizim köhnəpərəstlərimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eləyirik. C.Məmmədquluzadə.

3. məc. Çox əziz, sevimli.
De görək şimdi müqəddəs vətənin; Hansı bir müşkülü asan oldu? M.Ə.Sabir.
Hər bir vətəndaş Vətənin müqəddəs hüdudlarını göz bəbəyi kimi qoruyur. M.Rzaquluzadə.

4. məc. Nəcib, ülvi, ulu, yüksək, təmiz, pak. Müqəddəs hiss.
– Bir müqəddəs məhəbbət ilə müdam; Vətəni, xanimanı çox sevirəm. A.Səhhət.
Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm.

// Yüksək, şərəfli. Müqəddəs vəzifə. Vətəni müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur.
// Toxunulmaz, sarsılmaz.
Müqəddəs kitaba əl basıb həmən; Dedi: – Şəkkim yoxdur, bu kitab haqdır. B.Vahabzadə.

Синонимы

  • MÜQƏDDƏS 1. MÜQƏDDƏS Azadım, sev könüldən bu müqəddəm torpağı (S.Rüstəm); ƏQDƏS (köhn.) (ən müqəddəs) Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi?! (M
  • MÜQƏDDƏS pir — ocaq
  • MÜQƏDDƏS pak — ülvi

Этимология

  • MÜQƏDDƏS Ərəb mənşəlidir, qüds sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜQƏDDƏRAT
MÜQƏDDƏSLİK

Значение слова в других словарях