Azərbaycanda müqəddəs şəxslərin siyahısı

Yunus Əmrənin qəbri

Azərbaycanda müqəddəs şəxslər – Azərbaycanda yaşamış və ya burada olduğu iddia edilmiş şəxslərin siyahısı.

İbrahimi dinlər

[redaktə | mənbəni redaktə et]
  • Nuh. Əfsanəyə görə Naxçıvan şəhəri Nuh peyğəmbər tərəfindən salınıb. Erməni və fars mənbələri şəhərin salınması ili olaraq eramızdan əvvəl 1539-u verir.[1]
  • Əshabi-Kəhf. Azərbaycan əfsanəsinə görə onların Əshabi-Kəhf (mağara)da qaldığı fikirləşilir.[2]


  • Müqəddəs Yelisey. Müqəddəs Faddeyin tələbəsi olmuş, Həvari Yakov tərəfindən Alban Avtokefal Həvari Kilsəsinin rəhbərliyinə təyin edilmişdir.
  • Müqəddəs Gisa. Uti vilayətində kilsə tikir və qansız qurban verir.
  • Müqəddəs Vaçe. Bütpərəstlikdən imtina edib İrana qarşı döyüşmüşdür.
  • İoannın atası Zaxariyya və Nikomediyada İsa naminə şəhid olan Pantaleon. Cəsədləri Tsri valisi Xoçkorik tərəfindən tapılmışdır.
  • Müqəddəs Qriqoris. Mxitar Qoşun katolikoslar siyahısında adı 8-ci yerdə çəkilir, Amaras monastırında dəfn edilmişdir.
  • Ripsime və Qayane. 35 rəfiqələri ilə birlikdə Çar Tridat tərəfindən öldürülmüşdülər.
  • Şəhid Suxias və əsgərləri. Əfsanəyə görə paqan hökmdar Datian tərəfindən öldürülmüşdülər.
  • Bakılı İohann.
  • Moşe Mizrahi. Özünü Məsih elan edən Şamaxı yəhudisi. Təbriz yəhudilərinnin təqibinə görə Bakıda gizlənmişdi.
  1. Энциклопедический словарь Брокгауза и Ефрона
  2. Азербайджанские сказки, мифы, легенды / составитель Азад Набиев (азерб.)русск.. — Б.: Азербайджанское государственное издательство, 1988. — С. 295-297. — 302 с.