MƏCUSİLƏR
İranda İslamdan öncə Zərdüştlük dininə etiqad edən insanlar olmuşdurlar.
Bu din xeyir və şər qüvvələrinin mübarizəsi üzərində qurulmuşdur. Buna görə də, məcusilik dualistik xarakter daşıyırdı.
Məcusilər dini ayinlərinin bir çoxunu od üzərində həyata keçirdikləri üçün onlara atəşpərəst deyilirdi. Ərəb istilası məcusilərə ağır zərbə endirmiş və onların mövqelərini zəiflətmişdir. Buna görə də onlar, Hindistana köçməli olmuşdurlar. Hazırda məcusilərin az bir qismi İranın Kirman bölgəsində yaşayırlar.
Hindistanda da məcusi icmaları mövcuddur. “Məcus” sözü Quranın 22-ci surəsinin 17-ci ayəsində keçməkdədir.