Məngələnata dağı
Məngələnata dağı — Azərbaycanda, Füzuli rayonu ərazisində, Füzuli şəhərinin mərkəzindən 3 km qərbdə yerləşən zirvə. Hündürlüyü 720 metrdir. 1993-cü ilin aprel ayında Məngələnata əməliyyatı keçirilmiş zirvə Azərbaycan ordusunun nəzarətinə keçmişdir. Bununla da Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı üçün yaranan təhlükə aradan qaldırılmışdır.