Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mircəfər
Mircəfər və ya Mir Cəfər — ad. Mircəfər Bağırov — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi (1933 – 1953) Mircəfər Əyyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.). Mircəfər Seyidov — azərbaycanlı yazıçı və jurnalist.
Mərcəğəl
Mərcəğəl — İranın Gilan ostanında yerləşən şəhər. Mərcəğəl əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Mircəfər Bağırov
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926). Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla[mənbə göstərin] ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir. M. Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış.
Mircəfər Mirişli
Mir Cəfər Mirişli - Naxçıvan MR Əməkdar müəllimi, ilk Lenin ordenli müəllimlərdən Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.
Mircəfər Seyidov
Seyidov Mircəfər Əyyub oğlu — azərbaycanlı yazıçı və jurnalist. Mircəfər Əyyub oğlu Seyidov 1952-ci il 22 fevral tarixində anadan olmuşdur. 1969-cu ildə Bərdə şəhər 5 nömrəli orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Filologiya fakültəsini bitirmişdir. 1975-ci ildə ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra uzun müddət “Bərdə” (“Kommunizm yolu”) qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. 1995-1998-ci illərdə “Üzbəüz” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Sonrakı illərdə “Elm” qəzetinin və “Elm” nəşriyyatının redaktoru, Bakı Biznes Universitetində mətbəə direktoru vəzifələrində çalışmışdır. 2014-2023-cü illərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi olmuşdur. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. 1980-1985-ci illərdə iki ədəbi almanaxda hekayələri nəşr edilib.
Mircəfər Əyyubov
Mircəfər Əyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.).
Mercedes
Mercedes-Benz — 1926-cı ildə Almaniyada əsası qoyulan avtomobil şirkəti. Almaniya tərəfindən istehsal olunub və istehsal üçün müəyyən miqdarda büdcə ayırlıb. 2022-ci ilədək Mercedes milyonlarla maşın istehsal edib. 1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir. Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır. 1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi. Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi.
Sərçələr
Sərçələr (lat. Passeridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Sərçələr Azərbaycanda geniş yayılmışdır. Boyları minimal 5.5 sm, maksimal 10 sm olur və göyərçinlərə nisbətən daha kiçikdir.
Adi sərçələr
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Mercedes-Benz
Mercedes-Benz — 1926-cı ildə Almaniyada əsası qoyulan avtomobil şirkəti. Almaniya tərəfindən istehsal olunub və istehsal üçün müəyyən miqdarda büdcə ayırlıb. 2022-ci ilədək Mercedes milyonlarla maşın istehsal edib. 1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir. Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır. 1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi. Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Sarı Mercedes
Sarı Mercedes— Tunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi. Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür. Filmdə bir detal qabarıq verilib.
Mercedes (brend)
Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Mercedes-Benz W124
Mercedes-Benz W124 — Mercedes-Benz E sinifinin ən çox istehsal olunan modellərindən biridir. Avtomobil 11 il ərzində 2,562,143 sayda istehsal olunub. 1985-ci ildən istehsalı başlayan W124 özündən əvvəlki əvvəlki E-klass (W123) modelinin davamçısıdır. Avtomobil 2.0-6.0 Litr həcmli benzin və 2.0-3.0 Litr həcmli dizel mühərrikləri ilə təchiz olunmuşdur. W124 az sayda Brabusda istehsal edilmişdir. Brabus modelinin mühərriki V12 7.3L həcmindədir. 1993cü ildə avtomobilin kuzovunda kiçik dəyişikliklər olur. Bu dəyişikliklər əsasən radiator barmaqlığında, işıqlarda və yük hissəsi qapağında göstərib.
Mercedes-Benz A-Class
Mercedes A-Class — alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 1998-ci ildən başlayaraq istehsal olunan 4-qapılı bir kompakt avtomobildir. Bu seriyanın son nəsli olan W176 modeli 2012-ci ildə istehsal olunmuşdur.
Mercedes-Benz B-Class
Mercedes-Benz B-klass — 2005-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi kompakt avtomobillər. Avtomobil A-klassdan bir az böyükdür və onun asqı və mühərriklərindən istifadə edir.
Mercedes-Benz C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Mercedes-Benz CL-Class
Mercedes-Benz CL-klass (Comfort Leicht Klasse — alm. Comfort Leicht Klasse‎) — ilk dəfə 1950-cı illərdə yaranmış, formal olaraq isə 1996-cı ildən 2013-cü ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi avtomobillər. Əsas olaraq S-klass avtomobilləri götürülür və kupe kuzovunda istehsal olunur. 2013-cü ildə ləğv olunub S-Coupe-yə adı dəyişildi.
Mercedes-Benz CLA-Class
Mercedes CLA-Class — alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 2013-cü ildən A və B klassların platformu əsasında qurulub istehsal olunan kompakt prestij sedandır.
Mercedes-Benz CLK-Class
Mercedes-Benz CLK-klass (Coupe Leicht Kurz — alm. Coupe Leicht Kurz‎ — "kupe yüngül qısa") — 2006-cı ildən 2009-cu ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi orta ölçülü kupe və kabrioletlər. CL və Sl-lardan aşağı və SLK-lardan yuxarı mövqedə yerləşdiyi sayılır.
Mercedes-Benz CLS-class
Mercedes-Benz CLS-class — Mercedes-Benz markası altında Almaniyanın Zindelfingen zavodunda istehsal olunan dördqapılı kupe. Avtomobil W211 E-class markasının bazasında yaradılmışdır. 2004-cü ilin payızından istehsal olunur. CLS-class-ın ikinci nəslinin buraxılışı 2011-ci ilə planlaşdırılır.
Mercedes-Benz E-Class
Mercedes E-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, rəsmi olaraq 1993-cü ildən istehsal olunan biznes sedandır. Bu seriyanın son nəsli olan W212 modeli 2009-cu ildə istehsal olunmuşdur.
Mercedes-Benz G-Class
Mercedes-Benz G-klass (G — alm. Geländewagen‎ — ɡəˈlɛːndəvaːɡn, "yolsuzluq maşını") — 1979-cu ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınları.
Mercedes-Benz GL-Class
Mercedes-Benz GL-klass (G — alm. Geländewagen Lang‎ — ɡəˈlɛːndəvaːɡn lang, "uzun yolsuzluq maşını") — 2006-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü krossover maşınları.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.