Mənim komam kənardadır. (Mənlik deyil. Mən heç nə bilmirəm.)

I have nothing to do with it. / That is nothing to do with me. / It’s no business of mine. / It’s no business concern me. / Leave me out of this, it is not my pigeon. / It’s not my headache. / It’s got nothing to do with me. / Cf. It’s not me and it’s not my dog. = Моя хата с краю. / Я не я, и лошадь не моя и я не извозчик. / Я не я, и хата не моя. (Ничего не знаю, я к этому не причастен.)
Mənim dilim
mənim qədər (mən gördüklərimi - görsün, mən çəkdiklərimi - çəksin)
OBASTAN VİKİ
Mən bilirəm ki, mən heç nə bilmirəm
"Mən bilirəm ki, mən heç nə bilmirəm" (q.yun. ἓν οἶδα ὅτι οὐδὲν οἶδα ; lat. scio me nihil scire və ya scio me nescire) — qədim yunan filosofu Sokrata (filosof Platona görə) aid olan ifadə . Bununla belə, 1968-ci ildə “Apologiya” nəşrinin qeydlərində A. A. Taho Qodi bu ifadəni Dilsə istinadən Demokritə aid edir. Bəzi sitatlarda bir qədər dəyişdirilmiş formada rast gəlinir - “ Mən nə qədər çox bilsəm, bir o qədər də başa düşürəm ki, heç nə bilmirəm ” və “ Təkcə onu bilirəm ki, heç nə bilmirəm.” Sokrat öz fikrini belə izah edirdi: insanlar adətən nəyisə bildiklərini düşünürlər, amma məlum olur ki, heç nə bilmirlər. Belə çıxır ki, mən öz bilgisizliyimi bilə-bilə, əslində mən hamıdan çox bilirəm . Görünür, burada məntiqi cəhətdən ziddiyyətli bir ifadə var: əgər insan heç nə bilmirsə, deməli bilmədiyi haqqında da bilə bilməz. Bu, bir növ koqnitiv təvazökarlıq prinsipini formalaşdırmaq cəhdidir. Bunu belə təsəvvür etmək olar: təsəvvür edin ki, bütün biliklərimiz şarın içindədir, bilgisizlik isə şarın çölüdür. Biliklərimiz nə qədər çox olarsa, şarın səthi bir o qədər çox olur və buna görə də əslində bilgisizlik ilə "təmas" getdikcə çoxalır.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə edilə bilər. "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Mən bilirəm siz keçən yay nə etmisiniz
Mən bilirəm siz keçən yay nə etmisiniz — 1997-ci ildə çəkilmiş sleşer, mistika, triller janrlı ABŞ filmi. Filmdə gənclərin gecə vaxtı maşınla gedərkən bir nəfəri vurduğunu görmək olar. Hadisədən qorxan gənclər bunu ört-basdır etmək qərarına gəlirlər. Bu məqsədlə də onlar gəncin cəsədini dənizə atırlar. Hadisədən 1 ildən sonra gənclərin hər birinə bir anonim məktub gəlir. "Mən bilirəm siz keçən yay nə etmisiniz" başlığı ilə olan məktub gənclərin qorxusuna səbəb olur. Bu naməlum şəxs isə gənclərdən birini qətlə yetirəndə isə vəziyyət aydınlaşır. Qisas. Bəs kim? Bu suala cavab tapmağa çalışaraq eyni zamanda da gənclər xilas olmağa çalışacaqlar.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Məhəbbətim mənim, kədərim mənim
"Məhəbbətim mənim, kədərim mənim" (rus. Любовь моя, печаль моя) — SSRİ və Türkiyənin birgə istehsalı olan film. Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. Film Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında çəkilmişdir. Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Konstantin Petriçenko Quruluşçu rəssamlar: Boris Nemeçek, Boris Blank, Vladimir Kirs Bəstəkar: Murad Kajlayev Səs rejissoru: Olqa Burkova Geyim rəssamı: Olqa Kruçinina Şeirlərindən istifadə olunmuş şair: Nizami Gəncəvi Tağızadə, Ş. "Qəribə adam" Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana Mən yaramazam — Internet Movie Database saytında.
Mənim Addımım
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Mənim həyatım
Mənim həyatım — Anton Çexovun 1896-cı ildə nəşr olunan kitabı Hekayənin baş qəhrəmanı olan Misail Poloznev atası, bacısı və həyat yoldaşı ilə münasibətini xatırlayır. Atası əyalətın memarı, kübar və zadəganlığı ilə öyünən adamdır. Ətrafındakı insanların onun haqqında nə düşündüyü onun üçün dünyada ən vacib şeydir. "Soylu cəmiyyətin" razılığı ilə ailəsi arasında seçim etmək məcburiyyətində qalır və birincini seçir əvvəlcə oğlu, sonra qızı ilə ünsiyyətini kəsir. А. П. Чехов.
Mənim mübarizəm
"Mein Kampf" (azərb. Mənim mübarizəm‎) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı bir kitabdır. Hitler uğursuz qiyam qaldırıb həbs ediləndə Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosial-siyasi bünövrəsini incələmişdir. İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivə qiyamında (9 noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur.
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Nə faydası (mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. Rəsmdə iki taitili qız əks olunub. Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Həyat nə qəribəsən
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Mən bilirəm siz keçən yay nə etmisiniz (film, 1997)