Məqalə
1) qəzet janrlarından biri: elmi, ədəbi, gündəlik hadisələr haqqında qəzet və ya jurnallarda dərc olunan yazı;
2) səhifəlik;
3) jurnalistikanın əsas janrlarından biri. Mühum həyat hadisələrinin qanunauyğunluqlarını və səciyyəvi cəhətlərini aydınlaşdırmaq, faktların ictimai-siyasi mahiyyətini, əməli əhəmiyyətini aşkara cıxarmaq məqalənin fərqləndirici xüsusiyyətləridir. Məqalədə müasir həyatla səsləşən hər hansı mühüm məsələ tədqiq və təhlil olunmalı, qabaqcıl təcrübə ümumiləşdirilməli, düzgün siyasi, praktiki nəticə çıxarılmalıdır. Məqalədə mütləq partiyalılıq, aktuallıq, mübariz ruh, nəzəri dərinlik, yuksək prinsipiallıq, siyasi kəskinlik olmalıdır. Məqalələr siyası, təbliğati, problematik, publisistik, tənqidi, tərbiyəvi, elmi, nəzəri və s. olur;
4) məcmuə, jurnal və ya qəzetdə kiçik elmi və ya publisistik yazı. Məsələn, qəzet məqaləsi, tənqidi məqalə, baş məqalə.