MƏRCAN RİFLƏRİ

(alm. Riff-sualtı qaya) dənizlərdə mərcan poliplərinin skeletlərindən əmələ gələn tikintilərə (ada, qaya, tirə) deyilir. M.r. üç tipə bölünür: sahil rifləri, baryer rifləri və atollar. Sahil rifləri bilavasitə sahilin yamacına qovuşur və özünün kənar tərəfi ilə sahil xəttini təşkil edir. Baryer rifləri sahilə paralel uzanır və onunla sahil arasında su zolağı qalır. Ən böyük baryer rifləri Avstraliyanın şərq sahil boyunca uzanır ki, onun uzunluğu 2000 km, orta enliliyi 30 km-dir. Atollar üzüyəbənzər adalardan ibarətdir.
MEZOTROF SU HÖVZƏSİ
MIKROIQLIMŞÜNASLIQ
OBASTAN VİKİ
Böyük mərcan rifləri
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir. == "Kəşf" və adlandırma == Böyük Bariyer rifi uzun müddətdir ki, aborigen Avstraliya və Torres Boğazı Adalı xalqları tərəfindən tanınır və istifadə olunur və yerli qrupların mədəniyyətlərinin və mənəviyyatının mühüm hissəsidir. Böyük Səd rifini ilk görən avropalı 1770-ci ildə Avstraliyanın şərq sahillərini üzərək xəritəni çəkən Ceyms Kuk olmuşdur. 11 iyun 1770-ci ildə Kukun gəmisi HMS Endeavour, Kuktaun şəhərinin indiki yerləşdiyi yerin cənubundakı sahildə quruya oturdu və təmir üçün yeddi həftə tələb olundu.
Mərcan adaları
Mərcan adaları (ing. Coral island)- Ya zəlzələ, ya suyun səviyyəsinin qalxması, ya da yer qabığının yerdəyişməsi nəticəsində materiklərdən ayrılanlar, vulkan lavalarının və mərcan kaloniyalarının ölmüş qalıqlarinin üst-üstə yığılıb qalmasından yaranan adalar. Mərcan adaları əsasən altışüalı mərcan poliplərinin və qırmızı yosunların qalıqlarının üst-üstə yığılması nəticəsində yaranır. Ekvator və tropik qurşaqlarda, suyun temperaturu il boyu 200 C-dən yuxarı olan sahələrdə geniş yayılmışdır.
Mərcan dənizi
Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.
Mərcan lili
Mərcan polipləri
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Mərcan adası (Sinqapur)
Mərcan adası (ing. Coral Island) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Sentosa adasından cənub-qərbdə yerləşir. Ada bahalı istirahət ərazilərdindəndir. Burada burada villalar, kazinolar, çimərliklər, Kempinq üçün yerlər vardır.
Xacə Mərcan (Şəbüstər)
Xacə Mərcan (fars. خواجه مرجان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 631 nəfər yaşayır (152 ailə).
Əl-Mərcan adaları
Əl-Mərcan adaları — Fars körfəzində yerləşən süni arxipelaq. Arxipelaq dörd allüvial adadan ibarətdir. Adalar bir-birinə avtomobil körpüləri vastəsi ilə birləşmişdir. İnzibati baxımından Birləşmiş Ərəb Əmirlinin tərkibinə daxil olan Ras əl-Xayma əmirliyinə aiddir. Adalar Əl-Mərcan-Aylend şirkətinə məxsusdur. Arxipelaq turistlər arasında olduqca populyardır. 2014-cü ildə adaları yüz mindən artıq turist ziyarət etmişdir. 2013-cü ildən bu günə qədər adalar turizm sənayesi, eləcə də bitişik infrastruktur obyektlərinin istifadəsi hesabına inkişaf edən tam təchiz edilmiş yaşayış sahəsi formalaşmışdır. 2014-cü ildə adalara gələn yüz min ziyarətçinin 23 %-i BƏƏ-nin sakinləri olmuşdur. Ras əl-Xaymaya gələn turistlərin əksəriyyəti Rusiya, Şərqi Avropa və Böyük Britaniya vətəndaşlarıdır.
Mərcan dənizi adalarının ərazisi
Mərcan dənizi adalarının ərazisi (ing. Coral Sea Islands Territory) — Avstraliyanın Kvinslend əyalətinin şimal-şərqindəki Mərcan dənizinin kiçik və əsasən yerləşməmiş tropik adaları və qayalarının qrupuna daxildir. Bu adaların hamısı Avstraliya xaricindədir. Adalar tərəfindən işğal edilən dəniz sahəsinin ümumi sahəsi 780 min km²-dir. Torpaq sahəsi — 10 km²-dən az. Onlar Herald və Bekon adaları, Osprey qayaları, Uillis adaları qrupu və on beş digər qaya qrupları və adalar daxil olmaqla Böyük Sədd rifinin şərqində və cənubunda yerləşirlər. XVIII–XIX əsrlərdə dənizçilər üçün çox ciddi bir təhlükə təmsil etdilər, Mərcan dənizinin dibi ölü gəmilərin əsl qəbiristanlığıdır. 1921-ci ildə adalarda meteoroloji stansiya yaradıldı. 1969-cu ildə adalar Avstraliya ərazisi elan edildi. 1982-ci ildən Lixou və Korinq rifləri, 1987-ci ildən isə Elizabet və Middlton Seylor qayaları Avstraliyanın milli qoruqları elan edildi.