1. Mərkəzdə, ortada olan. Şəhərin mərkəzi hissəsi.
– Səfarətxananın maşınları bizi tozlu yollardan keçirərək mərkəzi küçələri daşla döşənmiş şəhərə gətirir.
2. Əsas, ümdə sayılan, ən mühüm. Mərkəzi rollarda çıxış etmək.
– “Molla Nəsrəddin”in din əleyhinə mübarizəsi bütün feodalpatriarxal və burjua-meşşan həyata qarşı hərtərəfli mübarizənin mərkəzi məsələsi idi.
3. Rəhbərlik edən; baş. Mərkəzi hakimiyyət orqanı. Həmkarlar ittifaqlarının mərkəzi komitəsi.
// Əsas vəzifələri, fəaliyyəti əlaqələndirmə, birləşdirmə vəzifəsini özündə cəmləşdirən. Mərkəzi teleqraf. Mərkəzi seçki komissiyası.