Makroiqtisadiyyat

ölkə iqtisadiyyatı ümumi, tam şəkildə təqdim edən, öyrənən elm, iqtisad elmi.
Makroiqtisadi Triada
Makromühit
OBASTAN VİKİ
Makroiqtisadiyyat
Makroiqtisadiyyat (q.yun. μακρός — "böyük" və q.yun. οἶκος — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir. Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir. Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır. Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.
Yeni klassik makroiqtisadiyyat
Yeni klassik makroiqtisadiyyat — təhlilini yalnız neoklassik nəzəriyyəyə söykənən makroiqtisadiyyatdakı düşüncə məktəbidir. Xüsusilə mikroiqtisadiyyata əsaslanan nəzəri bir çərçivənin, rasional gözləntilər baxımından əhəmiyyətini vurğulayır. Yeni klassik makroiqtisadiyyat, makroiqtisadi analiz üçün yeni nəzəri əsaslar yaratmağa çalışır. Bu, erkən keynsçilik versiyalarına bənzər makroiqtisadi modellər yaratmaq üçün qiymət əlaqələri və mükəmməl rəqabət kimi mikro təməllərdən istifadə edən yeni keynsçilik rəqibi məktəbi ilə ziddiyyət təşkil edir. Klassik siyasi iqtisad ilk müasir iqtisadiyyat məktəbi üçün istifadə olunan termindir. 1776-cı ildə Adam Smit tərəfindən "The Wealth of Nations" adlı kitabın nəşri bu məktəbin doğuşu hesab olunur. Əsas fikir bazarın özünü düzəltməyə qadir olması və mənbələrin bölgüsündə ən yaxşı qurum olmasıdır. Klassik siyasi iqtisadiyyatın əsas fərziyyəsi bütün insanların öz faydalarını maksimum dərəcədə artırmasıdır. XIX əsrin sonlarında Avropada Karl Menger, Uilyam Stenli Cevons və Leon Valrasın rəhbərlik etdiyi marjinal inqilab, Alfred Marşall tərəfindən rəsmiləşdirilən neoklasik iqtisadiyyatı doğurdu və Valrasın ümumi tarazlığı iqtisadi tədqiqatları riyazi və deduktiv vasitələrlə gücləndirərək möhkəmləndirməyə kömək etdi. 1930-cu illərin Böyük Depressiyasına qədər neoklassik məktəb bu ərazidə hakim idi.
Makroiqtisadiyyatın tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Qeyri-müvazinət makroiqtisadiyyatı
Qeyri-müvazinət makroiqtisadiyyatı — iqtisadiyyatda qeyri-tarazlığın roluna diqqət yetirən bir araşdırma ənənəsidir. Bu yanaşma eyni zamanda Nevalras nəzəriyyəsi, dəyər əsaslı müvazinət nəzəriyyəsi, bazar olmayan klirinq yanaşması və bazar nəzəriyyəsi kimi də tanınır. Bu sahədə erkən işlər Don Patinkin, Robert Klauer və Aksel Leyonhfvud tərəfindən həyata keçirilmişdir. Onların işləri 1970-ci illərdə təsirli olan ümumi tarazlıq modelləri şəklində rəsmiləşdirildi. 1970-ci illərin sonlarında Amerikalı iqtisadçılar bu modellərdən böyük ölçüdə imtina etdilər, lakin Fransız iqtisadçılar ənənələrə davam etdilər və sabit qiymət modelləri hazırladılar. Neoklasik sintezdə tarazlıq modelləri qayda idi. Bu modellərdə sərt əmək haqqı işsizliyi tarazlıqda modelləşdirdi. Bu modellərə Don Patinkin və daha sonra müvazinət nəzəriyyəçiləri tərəfindən etiraz edildi. Patinkin işsizliyin tarazlığın nəticəsi olduğunu müdafiə etdi . Patinkin, Robert Klauer və Aksel Leyonhfvud qeyri-bərabərlik roluna diqqət yetirdilər .

Digər lüğətlərdə