MAKSİMAL SƏRF

çayların gursulu və daşqın dövrlərində əmələ gəlməklə ani vaxt və ya qısa müddətdə davam edir. Rusiya ərazisində olan çayların çoxu üçün gursulu dövr yaz fəslində qarın intensiv əriməsi ilə əlaqədardır. Çaylarda daşqının əmələ gəlməsinə yaz-yay və payız fəsillərində şiddətli yağışlar əsas səbəb olur. Əmələgəlmə xüsusiyyətinə görə maksimal sərf üç qrupa bölünür: 1) qar suyundan əmələ gələn maksimal sərf: 2) yağış suyundan əmələ gələn maksimal sərf: 3) qarışıq sular hesabına (qar və yağış suları) əmələ gələn maksimal sərf: Azərbaycan çaylarında maksimal sərf çay hövzələrində qarın intensiv əridiyi, güclü yağışlar düşdüyü yaz aylarında və yayın əvvəllərində təsadüf edilir. Bəzi dağıdıcı qüvvəyə malik maksimal sərfləri qismən tənzimləmək məqsədilə sədlər, suaşırın qurğular, dəmir və şose yollarının maneələrlə kəsişmə yerlərində sahilbərkidici işlər və digər qurğular layihə olunur.
MAKSİMAL-MİNİMAL TERMOMETR
MAKSİMAL TERMOMETR
OBASTAN VİKİ
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Maksimal külək sahələri
Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Maksimal mümkünlük metodu
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.