maopərəstlik
maorilər
OBASTAN VİKİ
Maori dili
Maori ya te reo Maori — Avstroneziya dillərinin Şərqi malay-polineziya dilləri qrupuna aid dil. Kuk adaları ilə Yeni Zelandiyada danışılır.1987-ci ildə qəbul edilən Maori dili Qanununa (Māori Language Act) görə Yeni Zelandiyanın iki rəsmi dilindən biridir. Maori dilinin danışanlarının sayı 100–160 min olaraq təxmin edilir. Şərqi Polineziya bölgəsinin kənarında qalan adalardan biri olan Yeni Zelandiya son məskən edilən (MS 800) Polineziya adalarından biridir. Bu tarixdən bəri Maori dili o biri Polineziya dillərindən müstəqil olaraq inkişaf etdi. Avropalı xristian missionerlər Maori dilini bir yazı dili halına gətirdilər. Maori dilində çap edilmiş ilk əsər 1815-ci ildə nəşr olundu. == Dil bilgisi == Maori dili 5 sədalı hərf (hər biri qısa ya da uzun oxuna bilər) və 10 sədasiz hərf (h, k, m, n, ng, p, r, t, w, wh) hərf ehtiva edir.Hecalar tez-tez təkrarlanır.Ümumiyyətlə yoğunluk, qətilik ifadə etmək istəndiyində bu təkrarlamaq müraciət edilər.Ön şəkilçi və son şəkilçilər çox azdır. Adların cəm halları və hərəkət çəkilişləri söz dəyişiklikləriylə göstərilir.
Maorilər
Maorilər — Polineziya kökənli Yeni Zelandiya əhalisi. 800-1300-cü illər ərzində müxtəlif vaxtlarda qayıqlarla Polineziya adalarından Yeni Zelandiyaya köç etmişlər. == Etimologiyası == Maoricə māori sözü "adi", "təbii", "normal" mənasına gəlir. == Dini == Maorilərin dini yerli dinləri olan Maori dinindən başqa eyni zamanda xristianlıqdır. Xristianlıq maorilər arasında ingilis hökumətinin qurulması və ingilis köçünün artması ilə yayılmağa başlamışdır. Buna kimi isə maorilər bütünlüklə öz dinləri olan Maori dinində idilər. Maorilərin təşkilatlanmasında dini rahiblər böyük rol oynayırlar. == Sayları == Maorilər Yeni Zelandiyanın yerli sakinləri olmalarına baxmayaraq Yeni Zelandiya əhalisinin 15%-ni təşkil edirlər. 2013-cü ilin nəticələrin görə Yeni Zelandiyada maorilərin sayı 598,605 nəfərdir. Maorilərin sayının çox olduğu ikinci ölkə isə Avstraliyadır.