MARAL

I. i. deer; şimal ~ı reindeer; Amerika şimal ~ı caribou; buynuzsuz ~ pollard

II. s. deer’s; ~ dərisi deer’s skin; ~ əti venison; ~ balası young deer; ~ buynuzu antlers

MARAQSIZ
MARALÇI
OBASTAN VİKİ
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maral Akşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu və ilk sədri (2017–2024). O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Ağşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu və ilk sədri (2017–2024). O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Poladova
Maral Bahadur qızı Poladova (18 sentyabr 1949, Qasım İsmayılov) — "Elm və həyat" jurnalının məsul katibi. == Həyatı == Maral Poladova 1949-cu ildə Goranboy rayonunda doğulub. 1966-cı ildə 1 saylı orta məktəbi bitirərək 1966–68-ci illərdə rayonda çıxan "Mübariz" qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda baş laborant vəzifəsində çalışıb və həmin vaxtdan "Elm və həyat" jurnalı redaksiyası ilə əməkdaşlığa başlayıb. 1983-cü ilin iyul ayından jurnala müxbir vəzifəsinə işə qəbul olunub. 1995-ci ilədək ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb. 1995-ci ildən jurnalın məsul katibidir. M.Poladovanın 2004-cü ildə nəşr olunmuş "Ömrün izləri" adlı kitabında "Elm və həyat" jurnalında çap edilmiş yazılarının bir hissəsi toplanmışdır. O, "Elm və həyat" nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub.
Maral Quliyeva
Maral Bəyiş qızı Quliyeva (1921, Məmmədbəyli, Zəngilan rayonu – 1990) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == 1921-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində doğulub. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 1969-cu ildə təqaüdə çıxmışdır. 1990-cı ilin noyabrında vəfat edib. == Təltifləri == Lenin ordeni və medallarla təltif olunmuşdur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). == Həyatı == Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. == Yaradıcılığı == 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Maral böcək
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. == Təsviri == Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir. == Yayılması == Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar.
Maral böcəklər
Maral böcəklər (lat. Lucanus) — Buynuzlu böcəklər fəsiləsinə aid böcək cinsi. Bu cinsə 50 növ daxildir. Böyük Plini bildirmişdir ki, Niqidiy maral böcəyini lucanі adlandırmışdır. Bu isə İtaliyada vilayət adıdır. Lukaniya vilayətində onlardan amlet hazırlanır. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. == Qısa təsviri == Bu böcəklərin xarici görkəmi o qədər səciyyəvidir ki, hətta bioloq olmayanlar da onları görən kimi taniyir. Bığcıqları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibulaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir.
Maral böcəkləri
Maral böcəği , (Coleoptera) dəstəsindan bir böcək növü.
Maral böcəyi
Maral böcəği , (Coleoptera) dəstəsindan bir böcək növü.
Maral düşərgəsi
Maral düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə. == Etimologiyası == Böyükdaş dağı yuxarı səki sahəsinin şimal hissəsində, dağın üstünə qalxan yolda 40–50 m qərbdə, 137 və 138 №-li qayadakı çox real çəkilmiş maral təsvirinin şərəfinə “Maral" düşərgəsi adlandırılmışdır. == Arxeoloji tədqiqatlar == Düşərgədən ilk dəfə qısa müddətdə daş, sonralar isə orta əsrlər dövründə maldarlar tərəfindən istifadə olunmuşdur. Burada 1990 və 1993-cü illərdə 60 kv.m sahədə arxeoloji qazıntı aparılmışdır. Burada Daş dövrünə aid material əsas 137 №-li şəkilli daşın şimal-qərb tərəfində və 138 №-li (maral şəkli) daşın cənub tərəfində yerləşir. Səviyyəsindən 80-100 sm dərinlik arasında, cəmi 11-12 kv.m-lik sahədə, 5-15 sm qalınlıq arasında aşkar edilmişdir. == Maddi-mədəniyyət tapıntıları == Buradan çaxmaqdaşı və çaydaşından 1200-ə yaxın qəlpə, lövhə və qırıq, 120-dən çox üzərində müxtəlif məqsədli xüsusi dişəkləmə aparılmış alət nümunəsi aşkar edilmişdir. Çaxmaqdaşından hazırlanmış alətlər kiçik ölçülüdür. Onlar bıçaqvari lövhədən olan qaşov (30), seqment (9), itiuclu (8), şatelperron tipli bıçaq (3), iskənə (14), ox ucluğu (3), biz (1), kəsər (1) və s. ibarətdir.
Maral fiquru
Mаrаl fiquru — Şərurun аrхеоlоji аbidələrindən аşkаr еdilmiş mаrаl fiquru sоn dərəcə оrijinаl bir tаpıntıdır. Mаrаl fiqurunun çiyin hissəsinə zəncir birləşdirilmişdir. Mаrаlın buynuzu və bоynunа kоnusvаri fоrmаlı, bucаq əmələ gətirən əlаvə bir fiqur birləşdirilmişdir. Gümаn еdirik ki, mаrаl fiqurundаn dəvə kаrvаnlаrındа istifаdə еdilmişdir. Görünür, fiqurun аşаğı hissəsinə əlаvə zəng birləşdirilmişdir. Kаrvаn hərəkət еtdikcə zəng səslənirdi. Maral fiquru III əsrə aid edilir. S.M.Qаzıyеvin fikrincə, mаrаl qədim Аzərbаycаnlılаrın tоtеmi оlduğu üçün оnun fiqurunu hаzırlаmışlаr.
Maral fındığı
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Maral gölü
Maralgöl — Azərbaycanın dağ göllərindən biridir. Göygöl yaxınlığında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 hektardır. Ən dərin yeri 60 m-dir. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.
Maral kökü
Maral oyunu
Maral oyunu və ya Maraloyunu – maralı təmsil edən bir oyunçunun zurnanın müşayiəti ilə heyvanın hərəkətlərini yamsılamasıdan ibarət kukla oyunu. == Tarixi == Keçmiş toylarda gəlin bəy evinə gətirilən zaman oynanılmışdı. Gəlini atdan düşürdükdən sonra camaat qövsvari şəkildə düzülərdi. Bir tərəfdə gəlin üzündə örpək, digər tərəfdə isə bəy yanında sağdişi, soldişi ilə durardı. Gəlinin qarşısında əvvəl “Maral oyunu” oynanar, sonra "Kilimarası" göstərilərdi. Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı. Müasir dövrümüzdə bu ənənə bəzi bölgələrimizdə yenə də davam etdirilir. Elçin Aslanovun yazdığına görə, Azərbaycanın şimal-qərb rayonları üçün xarakterik olan bu oyun “keyik oyunu” və ya “dəvə oyunu” kimi də tanınmışdır (Aslanov, 134). “Maral oyunu” nakam sevgi motivi üzərində qurulmuşdur. Əfsanələrdən tutmuş dastanlara qədər fərqli janrlarda rast gəlinən bu motivdə iki gəncin məhəbbətindən, lakin sosial, dini fərqlər üzündən bir-birinə qovuşa bilməmələrindən bəhs olunur.
Maral Şirinova
Maral İbrahim qızı Şirinova (1 yanvar 1930, Kortala, Balakən rayonu – 2010) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002) == Həyatı == 1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub. 1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir. 1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb. Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur. 2010-cu ildə 80 yaşında vəfat edib. == Mükafatları == 1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni və "Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur. Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Nəcib maral
Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir. Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir.
Nəhəng maral
Nəhəng marallar (lat. Megaloceros) — Marallar fəsiləsinə aid nəsli kəsilmiş heyvan cinsi. Onlar əsasən Avrasiya və Şimali Afrika boyunca yayılmışdır. Bu cinsə daxil olan növlər arasında Megaloceros obscurus alt pleystosen dövründə yaşamışdır. Onlar Böyük buynuzlu marala yaxınlığı ilə seçilir. Böyük buynuz marallar isə 400 000 il önçə yaranmış və 7 500 il önçə isə nəsli kəsilmişdir. Onların qalıqlarına Qərbi Avropa, Şimali Afrika, Sibir və hətta Çinə qədər olan ərazilərdə rast gəlinir. Xüsusi ilə İrlandiya və Almaniyanın bataqlıqlarında çoxlu qalıqlar aşkarlanmışdır. Bu onu göstərir ki, bu marallar təkcə çöllüklərdə deyil, həmdə seyrək meşələr və onların yaxınlığında da yayılmışdılar. Buzlaşma dönəmində artıq Avropada nəhəng marallar tükənmişdi.
Ağbəniz maral
Ağbəniz maral (lat. Cervus albirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Maral Manafova
Manafova Maral Cəbrayıl qızı (3 iyul 1947, Bakı) — Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor == Əmək fəaliyyəti == Maral Manafova 1970-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Mədəniyyət və İncəsənət Universitetində müəllim (1985), baş müəllim (1992) kimi fəaliyyət göstərib. 1993-cü ildə müsabiqə yolu ilə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasına dosent vəzifəsinə seçilib. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Pedaqogika üzrə fəlsəfə doktorudur. 1996–2007-ci illər ərzində "Mədəniyyətşünaslıq" kafedrasının müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsində çalışıb. 2014–2022-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının "İctimai fənlər" kafedrasının müdiri vəzifəsində çalışaraq mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verib. == Elmi fəaliyyəti == M. Manafova 11 dərsliyin, 6 dərs vəsaitinin, 1 monoqrafiyanın, 7 metodiki işin, 50 proqramın, 150-dən çox elmi-nəzəri məqalələrin müəllifidir. M. Manafova respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi-nəzəri konfransların və simpoziumların iştirakçısı olmuşdur.
Maral Məndərəs
Meral Menderes (1933, İstanbul – 27 dekabr 2011) — soprano kimi türk opera müğənnisi idi. == Erkən Həyatı == Meral Menderes 1933-cü ildə Türkiyənin qərbində, Aydın vilayətinin Quşadasında anadan olub. İlk müğənnilik dərslərini İstanbul Bələdiyyə Konservatoriyasında Münir Ceyhandan alıb. O, daha sonra yeni yaradılmış Opera Studiyasında təhsil alıb. Ona xarici və türk səs məşqçiləri tərəfindən mentorluq edilib. == Karyera == Menderes 19 mart 1960-cı ildə 1959-cu ildə qurulan İstanbul Şəhər Operasında səhnəyə qoyulan Cakomo Puççininin "Toska" operasında çıxış edərək səhnəyə çıxdı. Onun növbəti çıxışı Puççininin "Madama Butterfly" operasında oldu. Onun sonrakı rolları Pietro Mascagni tərəfindən Cavalleria rusticana və Puccini tərəfindən La Bohème filmində Santuzza rolu idi. Puççininin Ankarada səhnəyə qoyulan "Turandot"unda o, həm şahzadə Turandot, həm də kəniz Liu obrazlarını canlandırıb. O, Cüzeppe Verdinin Makbet, Jak Offenbaxın Hoffman nağıllarında Antoniya, Verdinin maskerada Un ballo, Bedrix Smetana tərəfindən Barter edilmiş gəlin və Verdinin Il trovatore kimi operalarında çıxış edib.
Əsl maral
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Maral buynuzu
Maral buynuz — hər il maralın başında böyüyən və yıxılaraq yenidən başına çıxan sümüklü buynuzdur. Bu buynuzlar maral ailəsinin üzvlərinin kəllə sümüyü boyunca tapılır. Rezervuarlar sümük, qığırdaq, birləşdirici toxuma, dəri, periferik sinir və qan damarı quruluşuna malikdir . Şimal maralı və karibu istisna olmaqla, onlar adətən kişilərdə olur. Buynuzlar hər il əridilir və onların əsas funksiyası cinsi cazibə və hərəmi idarə etmək üçün döyüşən kişilərin buynuzlarıdır . Tökülmədən fərqli olaraq, keçi, qoyun, bizon və mal-qara kimi pronghornlarda və mal-qaranın buynuzları adətən tökülməyən ikitərəfli quruluşlardır. Sümük buynuzunun içərisində keratindən (zülal) (insan dırnaqları ilə eyni material) hazırlanmış xarici örtük var.
Maral Sadıqova
Maral Sadıqova (1917, Nuxa rayonu) — Azərbaycan-sovet tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Maral Sadıqova 1917-ci ildə Azərbaycan SSR Nuxa rayonunun (indiki Şəki rayonu) Aşağı Şabalıd kəndində anadan olub. Azərbaycan SSRİ-in ustası.(1960). 1946-cı ildə Sov. İKP üzvü olmuşdur. 1935–1967-ci illərdə Şəki rayonunun "Azərbaycan" kolxozunda manqa başçısı olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 iyul 1949-cu il tarixli fərmanı ilə 1948-ci ildə yüksək tütün məhsulu əldə etdiyinə görə Maral Sadıqovaya "Oraq və çəkic" medalı və "Lenin" ordenləri təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Sovet İKP 22 və AKP 28-ci, Azərbaycan SSR 4-cü qadınlar və 3-cü kolxozçular qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinə (6-cı çağırış) deputat seçilmiçdir.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kərim bəy Maralyanlı
Kərim bəy Məşədi Ağası bəy oğlu Maralyanlı (1797-1870)-yüzbaşı == Həyatı == Kərim bəy Məşədi Ağası bəy oğlu 1797-ci ildə Xırdapara-Dizaq mahalının Maralyan kəndində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Kəndlərinin kədxudası olmuşdu. Kərim bəy rus-İran müharibəsində iştirak etmişdi. “Cəbrayıl” kitabında yazılır: “1826-ci il əməliyyatında Cəbrayılda Qasım bəy, Maralyandan kəndxuda Mövlud bəy (?-Ə.Ç.), Kərim Məşədi Ağası oğlu və Xanəhməd Abbas mirzənin qərargahında vəziyyəti öyrənmək məqsədilə 1826-cı il oktyabrın 1-də qorxu bilmədən Arazı keçib Abbas mirzənin yanına getdilər və onu inandırdılar ki, maralyanlılar ruslara ərzaq verməkdən imtina etmişlər. Abbas mirzə onlara inanaraq həttta mükafat da verib yola saldı. Xanəhməd göstərir ki, Abbas mirzə onlara demişdi ki, şah məni vəliəhdlikdən (Şahlıq taxtının varisliyindən) məhrum etməklə hədələyir ya gərək öləm, yaxud da səhvimi düzəldəm. Şah hətta istəyir ki, mənim gözlərimi çıxartdırsın”. Kərim bəy 1842-ci ildə də kəndlərinə başçılıq edirdi. == Ailəsi == Kərim bəy Pərzad xanımla ailə qurmuşdu.
Maral gölü (Şimali Amerika)
Maral gölü — Kanadanın mərkəzində yerləşən göl, Saskaçevan və Manitoba vilayətləri arasında yerləşir. Böyük hissəsi Saskaçevan ərazisində yerləşir. Göl buzlaq məşəllidir. Ümumi su tutumu 60 000 km². Su səthinin sahəsi 5650 km², ümumi sahəsi 6650 km² təşkil edir. Noyabrdan iyuna qədər göl buzla örtülü olur. Sahəsinə görə Saksaçevanın ikinci Kanadanın doqquzuncu gölüdür. Sahilləri parçalıdır. Burada 5500 kiçik adalar vardır. Şərqində Kinoosao, şimalında Broşe (Brochet), cənubunda Sauthend yaşayış məntəqələri yerləşir.
Maral xanım Əfəndiyeva
Maralbulaq yaşayış yeri
Mаrаlbulаq yаşаyış yеri — Quyuludаğ аbidəsinin şimаl-şərqində, yахınlıqdа оlаn bulаğın ətrаfındа, dаğlаrın аrаsındа yеrləşir. Аbidənin yахınlığındа kiçik həcmli süni göl düzəldilmişdir. Dördkünc fоrmаdа dаşdаn tikilmiş binаlаrın qаlıqlаrı hаzırdа yаşаyış yеrində qаlmаqdаdır. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinin ərаzisində çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаr Sоn Оrtа əsrlər dövrü üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIX əsrə аid еtmək оlаr.
Maraldam
Maraldam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Maralgöl
Maralgöl — Azərbaycanın dağ göllərindən biridir. Göygöl yaxınlığında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 hektardır. Ən dərin yeri 60 m-dir. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.

Значение слова в других словарях