MAT

is. [ fars. ]
1. Heyrət içində olan, təəccüblənmiş. Mən bu işə matam.
□ Mat etmək – bax mat qoymaq.
Yaşı on səkkizə yenicə yetmiş; Gözəllikdə tamam xəlqi mat etmiş. M.P.Vaqif.
Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri öz səxavət və mərhəmətinə mat etmişdi. C.Cabbarlı.

Mat qalmaq – təəccüblənmək, heyrət etmək, heyrətlənmək. Bu işlərə mat qalmışam.
– Ağca xanım … divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. S.S.Axundov.
Məclisdəkilər o qədər şiddətlə bu sözü alqışladılar ki, Cəfərqulu özü də mat qaldı. Qantəmir.

Mat qoymaq – heyrətləndirmək, təəccübləndirmək.
2. Şahmat oyununda: məğlubiyyət, məğlub olma.
□ Mat etmək – məğlub etmək, udmaq, aparmaq. Rəqibi mat etmək.
Mat qalmaq – uduzmaq, məğlub olmaq.
Mat qoymaq – bax mat etmək.

Синонимы

  • MAT məəttəl — təəccüblənmə

Омонимы

  • MAT MAT I is. [ ər. ] Şahmat oyununda: çıxılmaz vəziyyətdə qalma, uduzma. “Rəqib” də şahı kimi yol tapmayır; mat qalır (R

Этимология

  • MAT Farscadır, “öldü” deməkdir (şahmat - “şah öldü” kimi başa düşülüb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MAŞİNİSTLİK
MAT-QUT
OBASTAN VİKİ
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
AMEA Polimer Materialları İnstitutu
Polimer Materialları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi; Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi; İTK vasitələrinin tətbiqinin genişləndirilməsi, dünya elmi informasiya bazalarından və mənbələrindən məlumatların toplanması; Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrların instituta cəlb edilməsi ilə yanaşı, gənc kadrların hazırlanması və onların aparıcı vəzifələrə yerləşdirilməsi; İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nəticələrin təhlili və tətbiq üçün təkliflərin verilməsi; Beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə layihələr üzrə müqavilələr bağlanması; Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi; == Təşkilatın tarixi haqqında == İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966–1973) k.e.d., professor S. İ. Sadıqzadə olmuşdur. İnstituta 1973–1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M. M. Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A. A. Əfəndiyev, 2007–2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A. M. Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A. H. Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B. Ə. Məmmədovdur.
APC Matador
Matador (kod adı Bəbir) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyor. CAR, Azərbaycan və Qazaxıstan tərəfindən istehsal edilir. 2008-ci ildən hal-hazırkı dövrə qədər aktiv şəkildə istifadə edilir. == Ağırlığı == Boş olarkən: 13.4 ton Döyüş ağırlığı: 17 ton Yük götürmə qabiliyyəti: 6 ton Ekipaj: 2 nəfər Desant: 12 nəfər == Ölçülər == Uzunluğu: 7.27 m Eni: 2.48 m Hündürlüyü: 2.78 m Klirens: 0.42 m Konfiqurasiya: 4x4 Şinlərin bazası: 4.2 m Şinlərin ölçüsü: 14.00 R20 Dönmə radiusu: 20 m Zirehli şinlər == Performans == Dalış dərinliyi: 0.9 – 1.4 m Xəndək keçmə: 0.85 m Şaquli maneə keçmə: 0.5 m Qalxma bucağı: 60% + Ön yaxınlaşma bucağı: 33º Arxa yaxınlaşna bucağı: 46º Güc-ağırlıq dərəcəsi: 19.3 at gücü/ton Meyil bucağı: 70 % Əyim bucağı: 37 % Mühərrik: Cummins ISBe4 turbo-dizel At gücü: 300 a.g. Maksimal sürət: 120 km/saat Mənzili: 700 km Sürətlər qutusu: 12 pilləli avtomat-tiptronik Ötürücünün tipi: tam daimi Asmanın tipi: Resorlu, eninə müstəqil sabit stalibizator və hidravlik amartizator Sükan gücləndiricisi: Hidrogücləndirici Ön əyləc sistemi: Diskli, havadəyişən Arxa əyləc sistemi: Barabanlı ABS: Var Elektrik avadanlıqları : 24 V Kondisioner: 15 kW kompressor == Müdafiə == İkiqat kompozit zireh üstün balistik müdafiə təmin edir. Maşının balistik müdafiəsi NATO-nun STANAG 4569 Level (səviyyə) 3 (12.7x99 mm çaplı mərmi, 60 metr məsafədə 155 mm-lik mərmi partlayışı), minaya qarşı qoruması STANAG 4569 Level (səviyyə) 4A və 4B (korpusun altında 21 kq, təkərin altında 14 kq, ön və yanında isə 50 kq TNT partlayışına) səviyyəsinə uyğundur. Bundan başqa transpartyora aktiv müdafiə sistemi və dinamik zireh əlavə etmək olar. == Silahlanma == Üzərindəki döyüş modulu: İsrailin Rafael şirkətinin istehsalı, “Samson” məsafədən idarə olunan döyüş modulu və Rusiya istehsalı olan 14.5 mm-lik “KPVT” ağır pulemyotu. 14.5 mm “KPVT” pulemyotu Kalibr: 14.5 m Mərmi: 14.5x114 mm Atış tezliyi: 600 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 1005 metr/saniyə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 8 km Təyinatından asılı olaraq zirehli maşının üzərinə digər silahlar – avtomat, qumbaraatan, tank əleyhinə raketlər, müxtəlif çaplı toplarda yerləşdirilə bilər. == Göstəriciləri == Çəkisi 10,8 ton, yükgötürmə qabiliyyəti 4,5 tondur.
A Matter of Time (Sennek mahnısı)
A Matter of Time (azərb. Zaman məsələsi‎) — Belçikanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sennek "A Matter of Time" mahnısı ilə Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcək. Mahnı ifaçı Laura Qrusıniken və eyni zamanda onun musiqi yoldaşları olan Aleks Kallye və Maksim Tribex tərəfindən bəstələnmişdir.
Abarema mataybifolia
Abarema mataybifolia (lat. Abarema mataybifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. == Növləri == === Təbii abraziv materiallar === Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Abraziv materiallar
Acacia mathuataensis
Acacia mathuataensis (lat. Acacia mathuataensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Fici adaları üçün endemik növdür.
Achyrocline mathiolifolia
Achyrocline mathiolifolia (lat. Achyrocline mathiolifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Adrian Mattenet
Adrian Mattenet (15 oktyabr 1987) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Mattenet Fransanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Afrika materiki
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Akira Matsunaqa
Akira Matsunaqa (futbolçu, 1914) — keçmiş Yaponiya futbolçusu. Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu. Akira Matsunaqa (professor) — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru.
Akira Matsunaqa (futbolçu, 1914)
Akira Matsunaqa (futbolçu, 1914) (21 sentyabr 1914 – 20 yanvar 1943, Quadalkanal) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Akira Matsunaqa (futbolçu, 1948)
Akira Matsunaqa (d. 8 avqust 1948) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 2 qol vurub.
Akira Matsunaqa (professor)
Akira Matsunaqa — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru. == Həyat və fəaliyyəti == Akira Matsunaqa 1960-cı ildə Yaponiyanın Kavasaki şəhərində anadan olmuşdur. O, Keyo Universitetinin Ədəbiyyat və Şərqşünaslıq fakültəsini bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktoru (Ph.D) və Beynəlxalq Layihə Planlaşdırma və İnkişaf üzrə SASAKAWA Sülh Fondunun üzvüdür. Matsunaqa Təfəkkür Universitetinin fəxri professoru və Əl-Farabi Universitetinin qonaq professorudur. Onun tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlıdır.. Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır..
Akustik materiallar
Akustik materiallar — səsi udan və səsi izolyasiya edən materiallar. == Səsi udan materiallar == Səsi udan materiallar (SUM), əsasən, səsin zəiflədilməsinə ehtiyac olan istehsalat binaları və texniki qurğuların səsudan üzlüklərində, həmçinin optimal eşitmə şəraiti yaratmaq, yaxud akustik xassələri yaxşılaşdırmaq üçün istifadə olunur. Səsudma xassəsi materialın strukturundan asılıdır. Belə materiallarda, adətən, bir-biri ilə əlaqəli açıq məsamələr (maksimum diametri 2 millimetrədək) olmalı, həcmi məsaməliik 75%-dən az olmamalıdır. Açıq məsamələrin səthləri hesabına materialın xüsusi səthi böyük alındığı üçün səs rəqslərinin enerjisi sürtünmə itkisi böyük olduğundan aktiv sürətdə istilik enerjisinə çevrilir. SUM lifli, dənəvər və ya özəkli quruluşda və müxtəlif bərklikdə (yumşaq, yarımsərt, bərk) olur. Yumşaq SUM mineral mahlıc, yaxud şüşə liflər əsasında (sintetik bitişdiricilərlə və ya onlarsız) hazırlanır. Bunlara həcmi kütləsi 70 kq/m3-ə qədər olan rulonlar aiddir; yarımsərt SUM-a ölçüləri 500 x 500 x 20 (millimetr) və həcmi kütləsi 80–130 kq/m2 olan mineral mahlıc və ya şüşəlifli tavalar, həmçinin həcmi kütləsi 180–300 kq/m3 ağaclifli tavalar aiddir. Tavaların səthinə məsaməli rəng və ya örtük çəkilir. Özəkli quruluşa malik məsaməli plastik maddələrdən (penopoliuretan, polistirollu penoplast və s.) hazırlanmış tavalar da bu qrupa aiddir.
Alayne Mata-Baquerot
Albaniya-Azərbaycan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 08.02.2000 Ta Qali BT Albaniya – Azərbaycan 1:0 27.03.2002 Tirana YO Albaniya – Azərbaycan 1:0 17.08.2005 Tirana YO Albaniya – Azərbaycan 2:1 19.11.2008 Bakı YO Azərbaycan – Albaniya 1:1 11.11.2011 Tirana YO Albaniya – Azərbaycan 0:1 07.06.2024 Qrats, Avstriya YO Albaniya – Azərbaycan -:- === U-21 === 17.10.2007 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Albaniya 1:1 10.09.2008 Vlyora, Albaniya AÇSO Albaniya – Azərbaycan 0:0 05.09.2009 Dürres, Albaniya AÇSO Albaniya – Azərbaycan 1:0 04.09.2010 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Albaniya 3:2 26.01.2016 Antalya, Türkiyə BT Azərbaycan – Albaniya 4:0 21.01.2018 Antalya, Türkiyə YO Azərbaycan – Albaniya 0:1 26.01.2018 Antalya, Türkiyə YO Azərbaycan – Albaniya 1:0 23.03.2023 Antalya, Türkiyə YO Azərbaycan – Albaniya 2:1 === U-19 === 31.10.2003 Xorvatiya AÇSO Albaniya – Azərbaycan 1:1 08.08.2014 Avstriya YO Albaniya – Azərbaycan 1:2 18.09.2014 BƏƏ YO Albaniya – Azərbaycan 3:1 09.09.2023 Elbasan, Albaniya YO Albaniya – Azərbaycan 2:0 11.09.2023 Tirana, Albaniya YO Albaniya – Azərbaycan -:- === U-17 === 20.11.2017 Türkiyə BT Azərbaycan (U-16) – Albaniya (U-16) 1:0 29.10.2018 Elbasan, Albaniya AÇSO Albaniya – Azərbaycan 1:0 04.05.2023 Tirana Albaniya BT Albaniya - Azərbaycan 1:0 === Klublar === 02.07.2011 Avstriya YG Neftçi – Skenderbeu 1:1 17.07.2013 Bakı UEFA ÇL seç. mər. Neftçi – Skenderbeu 0:0 23.07.2013 Korça UEFA ÇL seç. mər. Skenderbeu — Neftçi 1:0 12.01.2014 Marbelya, İspaniya YO Bakı – Laçi 4:0 15.01.2014 Antalya YO Neftçi Bakı – Partizani 2:0 22.01.2014 Antalya YO Qarabağ – Flamurtari 1:2 23.07.2014 Avstriya YO Simurq – Teuta 0:0 24.06.2015 Avstriya YO Neftçi – Kukesi 0:2 02.07.2015 Laç UEFA AL Laçi — İnter Bakı 1:1 09.07.2015 Bakı UEFA AL İnter Bakı – Laçi 0:0 01.07.2016 Avstriya YO Qarabağ – Skenderbeu 0:1 13.01.2017 Antalya, Türkiyə YO Sumqayıt – Skenderbeu 1:3 13.01.2017 Antalya, Türkiyə YO Qəbələ – Partizani 1:2 15.01.2017 Antalya, Türkiyə YO Neftçi – Kukesi 2:4 15.01.2017 Antalya, Türkiyə YO Qarabağ – Skenderbeu 1:0 16.01.2017 Antalya, Türkiyə YO Qəbələ-2 – Partizani 2:6 23.06.2018 Sloveniya YO Qəbələ – Kukesi 1:1 25.07.2018 Kukes, Albaniya UEFA ÇL Kukesi – Qarabağ 0:0 01.08.2018 Bakı, Azərbaycan UEFA ÇL Qarabağ – Kukesi 3:0 10.07.2019 Tirana, Albaniya UEFA ÇL Partizani – Qarabağ 0:0 17.07.2019 Bakı, Azərbaycan UEFA ÇL Qarabağ – Partizani 2:0 27.08.2020 Bakı, Azərbaycan UEFA AL Keşlə – Laçi 0:0 (pen.
Aleksandr Matrosov
Aleksandr Matveyeviç Matrosov və ya Şakircan Yunus oğlu Məhəmmədcanov (başq. Шәкирйән Юныс улы Мөхәмәтйәнов) Yekaterinoslavda (hazırda Dnepr) anadan olmuş. İkinci Dünya Müharibəsi dövründə Sovet İttifaqının əsgəri idi və 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adını . Bədəni ilə alman pulemyotunu blokladığı və müharibədə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. == Həyatı == Rəsmi versiyaya əsasən, Aleksandr Matveyeviç Matrosov, 1924-cü il fevralın 5-də Ukrayna SSR-in Yekaterinoslav vilayətinin Yekaterinoslav şəhərində, hazırkı Dnepropetrovsk bölgəsinin inzibati mərkəzi Dnepr şəhərində anadan olub. Başqa bir versiyaya görə, Matrosovun əsl adı Şakiryan Yunusoviç Muxamedyanovdur və doğulduğu yer Başqırd MSSR-in Tamyan-Katayski kantonudur (hazırda Başqırdıstanın Uçalı rayonu). Bu versiyaya görə, o evsiz qalarkən (atasının yeni nigahından sonra evdən qaçdıqdan sonra), bir uşaq evində Matrosov adı ilə qeydiyyatdan keçmişdir. Eyni zamanda Matrosov özünü məhz Matrosov adlandırmışdı. Digər versiyaya görə Aleksandr Matrosov Samara vilayətinin Stavropol diyarının Yüksək Kolok kəndində anadan olub (hazırda Ulyanovsk vilayətinin Novomalyklinski rayonunda). 1935-ci ildə anası üç övladı ilə tək qaldığından, onu aclıqdan qurtarmaq üçün Melekesski yetimxanasına verdi.
Aleksey Mateeviç
Aleksey Mixayloviç Mateeviç (rum. Alexei Mateevici; 27 mart 1888, Kainarı[d], Kauşanski rayonu[d] – 24 avqust 1917, Kişinyov, Bessarabiya quberniyası[d]) — Bessarabiyada ən məşhur rumın şairlərindən biri idi. Rusiya İmperator Ordusunun hərbi Rahibi olmuşdur. == Bioqrafiya == Aleksey Mateeviç, 1888-ci il martın 27-də Bessarabiyanın Kaynarı kəndində rahib Mixayıl Mateeviç və Nadejdanın ailəsində anadan olub. Tezliklə ailə Zaim kəndinə köçdü. 1897-1902-ci illərdə Mateeviç Kişinyov İlahiyyat Məktəbində və 1902-10-cı illərdə İlahiyyat Seminariyasında oxudu. 1906-cı ildə Bessarabiya qəzetində "Payız" Oçerki , "Bizə nə lazımdır?" Və "Moldovalıların hüquqları uğrunda mübarizəsi" adlı məqalələri dərc edilib. 1907-ci ildə "Al. M. " imzası ilə "Dorul" ("Arzu") şeiri nəşr olundu. Tezliklə, "Bessarabiya Lira" başlığı altında Al.
Aleksey Mixayloviç Mateeviç
Aleksey Mixayloviç Mateeviç (rum. Alexei Mateevici; 27 mart 1888, Kainarı[d], Kauşanski rayonu[d] – 24 avqust 1917, Kişinyov, Bessarabiya quberniyası[d]) — Bessarabiyada ən məşhur rumın şairlərindən biri idi. Rusiya İmperator Ordusunun hərbi Rahibi olmuşdur. == Bioqrafiya == Aleksey Mateeviç, 1888-ci il martın 27-də Bessarabiyanın Kaynarı kəndində rahib Mixayıl Mateeviç və Nadejdanın ailəsində anadan olub. Tezliklə ailə Zaim kəndinə köçdü. 1897-1902-ci illərdə Mateeviç Kişinyov İlahiyyat Məktəbində və 1902-10-cı illərdə İlahiyyat Seminariyasında oxudu. 1906-cı ildə Bessarabiya qəzetində "Payız" Oçerki , "Bizə nə lazımdır?" Və "Moldovalıların hüquqları uğrunda mübarizəsi" adlı məqalələri dərc edilib. 1907-ci ildə "Al. M. " imzası ilə "Dorul" ("Arzu") şeiri nəşr olundu. Tezliklə, "Bessarabiya Lira" başlığı altında Al.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Almaniya-Azərbaycan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === Azərbaycan və Almaniya milli komandaları indiyə dək rəsmi oyunlarda 5 dəfə qarşılaşıb. Görüşlərin 5-i də almanların qələbəsi ilə başa çatıb. Almanlar bu görüşlərdə millimizin qapısına 19 qol vurub, cavabında isə milimiz rəqibi 3 dəfə məyus edib. İlk oyun dünya çenpionatının seçmə mərhələsi çərçivəsində 2009-cu ildə Bakıda baş tutub. Görüş Alman millisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyununda isə almanlar millimizə 4 cavabsız qol vurub. 2009-cu ildə Hannover şəhərində keçirilən oyun 4-0 hesabı ilə yekunlaşıb. Növbəti oyunlar isə "AVRO 2012"-nin seçmə mərhələsi çərçivəsində baş tutub. Köln şəhərində keçirilən ilk oyunda Almaniya milli komandası 6-1 hesabı ilə qələbə qazanıb. Bakıda keçirilən oyunda isə almanlar 3-1 hesablı qələbəyə seviniblər.
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. == Həyatı == Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Amblyseius matinikus
Amblyseius matinikus (lat. Amblyseius matinikus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius matinikus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.

Значение слова в других словарях