Filip Mauntbetten
Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort (10 iyun 1921[…], Kerkira, Yunanıstan Krallığı – 9 aprel 2021[…], Vindzor sarayı, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort.
Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur, Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib. Kraliça II Elizabetin həyat yoldaşıdır.
Yunanistan və Danimarka Kralı Andrey'in 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georq'un nəvəsidir. Anadan olandan Yunanistan və Danimarka Şahzadəsi adını daşıyırdı. Baba, Yunanıstanda hökm sürən Danimarka Glucksburg evinə mənsub idi. Ata nənəsi Olga Konstantinovna Romanova, I Nikolayın nəvəsi idi. Philipin anası, Şahzadə Alisa Hessianın Battenberg ailəsindən idi. Filipp Danimarka Kralı IX Christianın, İngiltərə Kraliçası I Viktoriya və Rus İmperatoru I Nikolayın nəticəsi sayılır.
O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb.