MELODRAMATİZM
MEMARBAŞI
OBASTAN VİKİ
Azər Məmmədov (memar)
Azər Səfər oğlu Məmmədov (1954, Hoçaz, Laçın rayonu) — Laçın rayon İcra Hakimiyyətinin başçısı (29 may, 1992 – 9 dekabr, 1992). Azər Məmmədov 1954-cü ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1961-ci ildə Hoçaz kənd orta məktəbində 1-ci sinifə getmiş, təhsilini Sumqayıt şəhərində davam etdirmişdir. Sonradan Hoçaz kəndində və Laçın şəhər 1 №-li orta məktəbində oxumuş və həmin məktəbi bitirmişdir. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə qəbul olmuşdur. 1975-ci ildə Politexnik institutunun inşaat profilli fakultələrinin bazasında İnşaat Mühəndisləri İnstitutu yaradıldı və 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib Laçın rayon rəhbərliyinin rəsmi tələbnaməsi əsasında 1976-cı ilin oktyabr ayında Laçın rayonunun baş memarı kimi əmək fəaliyyətinə başlayıb. 1984-cü ildə Laçın Şəhər Soveti İcraiyyə Komitəsinə sədr seçilib. Sonra da Rayon İcraiyyə Komitəsi və Rayon Partiya Komitəsi ləğv edildi, yeni İcra Hakimiyyəti Aparatı yarandı və Azər Məmmədov İcra Hakimiyyətində şöbə müdiri təyin edildi. 1990–1991-ci illərdə tikinti şöbəsinin müdiri olaraq rayonun abadlığından çox, müdafiə obyektləri ilə əlaqədar müdafiə işləri ilə məşğul olmuşdur. Azər Məmmədov 29 may 1992-ci ildə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuş və 9 dekabr 1992-ci ilə qədər bu vəzifədə işləmişdir.
Ceyms Stirlinq (memar)
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Comərd Əliyev (memar)
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Abbasqulu (memar)
Abbasqulu (az-əbcəd. آبباسقولو‎ XVIII əsr – XVIII əsr) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.
Memar (1971)
Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Cerard
Meyster və ya Memar Cerard (doğum 1210/1215, ehtimal olunan doğum yeri Rayl, Almaniya - ölüm 24/25 aprel 1271, Köln, Almaniya) — Köln kafedralının birinci memarı. O həmçinin adının latınca versiyası Cerard von Ril kimi də tanınır. Ril Amyens Kilsəsi üçün model hazırlamışdı. Paul Klemen (ed.): Der Dom zu Köln (= Die Kunstdenkmäler der Rheinprovinz. Band 6, Teil III). Reprint der 2., vermehrten Auflage, Düsseldorf, 1938. Düsseldorf Schwann 1980, ISBN 3-590-32101-6 İohan Jakob Merlo: Geschichte der Kölner Dombaumeister (= Nr. 75 der Jahrbücher des Vereins von Alterthumsfreunden im Rheinlande), 1883 İohan Jakob Merlo: Nachrichten von dem Leben und den Werken kölnischer Künstler, S.133 Köln 1850 Henrix Pröhle: Meister Gerhard von Rile, des Kölner Domes Baumeister, in: Rheinlands schönste Sagen und Geschichten. Berlin 1886, S. 213-216 (E-Text) Sulpiz Boisserée: Meister Gerhard, muthmaßlicher Baumeister des Doms v. Köln.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları. Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.
Radovan (memar)
Radovan (Latınca Raduan; XIII əsr, Trоqir, Split-Dalmatiya jupaniyası[d] – XIII əsr) — XIII əsrdə Trogirdə yaşamış Xorvat heykəltaraş və memar. Radovan XIII əsrdə Xorvatiyanın Trogir şəhərində anadan olmuş və həmin şəhərdə ömür sürmüş heykəltaraş və memardır. Xorvatiyada Usta Radovan kimi tanınırdı. Trogir Kafedralında Roman portalındakı abidəsi istisna olmaqla şəxsiyyəti və bu sənətkarın fəaliyyəti barədə heç bir məlumat yoxdur. Radovan adını və əsas portalı hazırlama tarixini - 1240-cı ili girişdə Lunette üzərində qeyd etmişdir. Mətn məlumat verir ki, usta Radovan heykəltaraşlıq sahəsində ən yaxşılardan idi və layihə Tuskan, Florensiyalı Trequan Trogir yepiskopu olanda tamamlanıb. Radovan Trogirin doğma ppoğlu idi və XIII əsr Trogir arxivlərində onun adı da xatırlanır. Onu müəllifi olduuğu portal 4 hissədən ibarətdirː Qapının girişində şirlərlə birgə təsvir olunan Adam və Həvvanın üryan fiqurları; içəridə çoxsaylı barelyeflər və ov səhnələri və son olaraq mərkəzdə Məsihin həyatından səhnələri əks etdirən təsvirlər. Məsihin çağırışından Dirilişə timpanium ətrafında arkalar var. Son olaraq isə Məsihin doğum timpanimudur.
Əməkdar memar
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Todos (memar)
Todos və ya Todosak (erm. Թոդոսակ; VI əsr – VII əsr) — orta əsr erməni memarı. O, Ermənistan və Gürcüstanda bir sıra kilsələr tikmişdir. İndiki dövrdə Todosun həyatı haqqında çox az şey məlumdur. Ateni Sionu — VII əsrdə inşa edilmişdir. Avan bazilikası 588–597-ci illərdə inşa edilmişdir. Cvari monastırı — 605–642 aralığında Todos tərəfindən inşa edildiyi güman olunur.
Memar Kəmaləddin
Əhməd Kəmaləddin (türk. Ahmed Kemaleddin; 1870[…] – 13 iyul 1927, Ankara) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. Əhməd Kəmaləddin 1870-ci ildə İstanbulun Acıbadəm səmtində orta gəlirli bir ailənin tək övladı olaraq dünyaya gəlib. Atası Dəniz Donanması miralaylarından Əli bəy, anası isə Sadbərk xanım idi. O, ibtidai təhsilini 1875-ci ildə İbrahim Ağa İbtidai məktəbində alıb. Orta təhsilini isə 1881-ci ildə atasının tutduğu vəzifəsi ilə əlaqədar olaraq yaşadıqları Kritdə davam etdirib. Bir müddət sonra ailəsi ilə birlikdə İstanbula qayıdan Kəmaləddin bəy orta təhsilini Numune-i Terakkidə (İstanbul Oğlan liseyi) tamamladı. Mühəndisliyə marağı olan Kəmaləddin bəy 1887-ci ildə 17 yaşında Hendese-i Mülkiye məktəbinə (İstanbul Texniki Universiteti) daxil oldu. 1891-ci ildə mühəndislik təhsilini başa vurduqdan sonra həmin məktəbdə dərs deyən alman akademik Yaxmundun assistanı təyin edildi. Dörd il assistanlıq edən Kəmaləddin, məktəbdən kənarda da şəxsi ofisini açıb ilk işlərinin dizaynına başladı.
Elçin Əliyev (memar)
Elçin Tofiq oğlu Əliyev (18 sentyabr 1967 və ya 1967, Bakı) — Azərbaycan memarı, memarlıq üzrə elmlər doktoru (2014), Azərbaycan Dizaynerlər İttifaqının (1998-ci ildən), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin (1994-cü ildən) üzvü, Respublikaçı Alternativ Partiyasının Mədəniyyət Komitəsinin sədri. Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1974–1984-cü illərdə 160 nömrəli orta məktəbdə oxumuşdur. 1984-cü ildə daxil olub, 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirmişdir. 1987-ci ildə S. V. S. T.- də (Slovakiya Ali Texniki Məktəbi, Bratislava) istehsalat təcrübəsi keçmişdir. 1988-ci ildə Moskva şəhərində (Rusiya) Ümumittifaq Gənc Memarlar Cəmiyyətinin Zaqafqaziya şöbəsinin sədri seçilmişdir. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1998-ci ildən Azərbaycan Dizaynerlər Birliyinin üzvüdür. 1998-ci ildə "Bakı şəhərinin mərkəzində şəhər mühitinin sosial-məkan quruluşu" mövzusunda memarlıq üzrə namizədlik dissertasiyasını müdafiə etdi.
Fərəc Fərəcov (memar)
Fərəcov Fərəc Səttar oğlu (27 yanvar 1912 – 7 sentyabr 1990) — Azərbaycan SSR Əməkdar memarı.
Memar (film, 1971)
Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Əcəmi 2
Memar Əcəmi-2 — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası. Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır. Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir. "Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb.
Memar Əcəmi metrostansiyası
Memar Əcəmi metrostansiyası — Bakı metropolitenində 1985-ci ildən fəaliyyətə başlayan, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani adına metrostansiya.
Məhəmməd Təqi (memar)
Məhəmməd Təqi — Memar. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Bu memarın adı Naxçıvan şəhərindəki Came məscidinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur. Hicri 1311/1894 ildə inşası başa çatan, indi də dindarların istifadə etdikləri Came məscidinin kitabəsində memar: "Əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə özünü təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamının adı Rza, ondan sonrakı, doqquzuncu imamın adı isə Məhəmməd Təqidir. Deməli, məscidin memarının adı Məhəmməd Təqi olmuşdur.
Robert Atkinson (memar)
Robert Atkinson (ing. Robert Atkinson; d. 1 avqust 1883 – ö. 26 dekabr 1952) — İngilis memar.
Səbinə Hacıyeva (memar)
Səbinə Xalid qızı Hacıyeva (13 oktyabr 1971, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Azərbaycan Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar. Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1988-1994-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (sonra Azərbaycan İnşaat Mühəndisləri Universiteti, hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsində ali təhsil alıb. Təhsilini 1994-1998-ci illərdə həmin universitetdə aspirantura pilləsi üzrə davam etdirib. 1998-ci ildə “Orta əsr Azərbaycanın müsəlman və xristian dini memarlığının qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Memarlıq namizədi” (Memarlıq üzrə fəlsəfə doktoru), 2013-cü ildə “Azərbaycan Respublikasının Şimal-qərb regionunun memarlıq irsi, onun qorunma və istifadə problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi ilə “Memarlıq üzrə elmlər doktoru” elmi adlarını alıb. 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. Elmi Fəaliyyəti 1994-2003-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Landşaft memarlığı” kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında dosent, professor vəzifəsində çalışıb. 2016-cı ildən son təyinatınadək həmin kafedranın müdiri olub.
Uilyam Adam (memar)
Vilyam Adam (1689[…], Kerkoldi[d], Fayf[d] – 24 iyun 1748, Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu. XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı. Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms.
Vidadi Muradov (memar)
Vidadi Həbibullah oğlu Muradov (27 dekabr 1945, İlisu, Qax rayonu) — Əməkdar memar. Vidadi Muradov 27 dekabr 1945-ci ildə Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə Qax şəhər 1 saylı orta məktəbi Qızıl medalla bitirmiş, 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutu İnşaat fakultəsinin Memarlıq bölməsində təhsil almış, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.1967-ci ildə tələbə elmi işlərinin Ümumittifaq (SSRİ) müsabiqəsinin qalibi kimi "Ən yaxşı tələbə elmi işi üçün" medalı ilə təltif olunmuşdur. İnstitutu bitirdikdən sonra Bakı Şəhər Dövlət Layihə İnstitutunda memar işləmiş,1969-1971-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxumuşdur.1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək alimlik elmi dərəcəsi almışdır. 1973-1978-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi,1978-1982-ci illərdə baş elmi işçi vəzifələrində çalışmışdır.1974-cü ildən keçmiş SSRİ, hazırda Azərbaycan Memarlar İttifaqının üzvüdür.1991-1995-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi və Rəyasət heyətinin üzvü olmudur. 1982-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur: 1982-2007-cü illərdə dosent, 2007-ci ildən isə professorudur, "Memarlıq tarixi və nəzəriyyəsi","Memarlıq konstruksiyaları","Tarixi mühitin qorunması və bərpası", "Bərpa və konservasiya", "Memarlıq abidələrinin bərpasında regional xüsusiyyətlər" fənlərindən mühazirə oxuyur. Memarlıq tarixi və nəzəriyyəsinin, Azərbaycan memarlıq və şəhərsalma irsinin tədqiqi və onun istifadəsinin nəzəri məsələləri sahəsində mütəxəssisdir. Müxtəlif beynəlxalq və respublika miqyaslı elmi komfransların iştirakçısıdır. 70-dən artıq elmi əsərin,o cümlədən iki monoqrafiyanın,dörd dərs vəsaitinin,bir sıra metodik göstərişlərin, fənn proqramlarının müəllifidir. 1996-ci ildə MDB və Avropanın müsəlman ölkələri ilə Misir Texniki Əməkdaşlıq Fondunun Abidələrin bərpası və konservasiyası üzrə Qahirədə keçirilən ixtisaslaşdırılmış beynəlxalq seminarın xüsusi şəhadətnaməsini almışdır.
Vilyam Adam (memar)
Vilyam Adam (1689[…], Kerkoldi[d], Fayf[d] – 24 iyun 1748, Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu. XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı. Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms.
Xacə Cəmaləddin (memar)
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Azərbaycan Memarlar İttifaqı
Azərbaycan Memarlar İttifaqı — Azərbaycan memarlarının təşkilatı. 1934-cü ildə SSRİ-də yaradıcılıq ittifaqlarının mərkəzləşməsi ilə bağlı müxtəlif memarlıq-yaradıcılıq ittifaqları da vahid SSRİ Memarlar İttifaqlarında birləşdirilmişdir. Azərbaycan memarları da bu cəmiyyətə daxil idi. 1934-cü ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradılmış, Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçilmişdir. Komitə, başqa respublikalarda olduğu kimi, Azərbaycanda da Memarlar İttifaqının Nizamnaməsinin, proqramının və quruluşunun yaradılması kimi böyük işlər görmüşdür. Birinci forumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini Sadıq Dadaşov seçilmişdir.. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin 50 ilə yaxın əvəzsiz sədri olmuş Mikayıl Hüseynovun da fəaliyyəti Azərbaycanda həmin illər üçün memarlıq axtarışları və inkişafı simasını təmsil etmişdir. Azərbaycan Respublikasının siyasi və sosial-iqtisadi müstəqillik əldə etməsi ilə Memarlar İttifaqı fəaliyyətində yeni sosial şəraitə, bazar iqtisadiyyatına, demokratiyanın tələblərinə cavab verən dəyişikliklər baş vermişdir. Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynamış, yaradıcılıq proseslərini istiqamətləndirmişdir. Bu illərdə onlarla memar beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüş, fəxri adlarla, orden və medallarla təltif edilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti və ya qısaca AzMİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. Hazırda ali məktəbin ümumi sahəsi 49000 m² olan 5 tədris korpusu vardır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır. Burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il tarixli, 47 saylı əmri ilə fəaliyyət göstərir. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Geodeziya və xəritəçilik; Təsviri incəsənət müəllimliyi; Dizayn; Menecment; Kommersiya; Qaynaq Metallurgiyasi ve Texnologiyasi avadavliqlarinin istehsali Bina və qurğuların tikintisi və istismarı; Tikinti məmulatları və konstruksiyaları istehsalı; Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı; Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi
İçərişəhər — xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
Azərbaycan Respublikasının əməkdar memarlarının siyahısı
"Əməkdar memar" fəxri adı Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilir. Azərbaycan Respublikasında bu fəxri adın verilməsi 19 aprel 2000-ci ildən qərara alınmışdır. Hazırda - 2013-cü il sentyabrın 1-dən "Əməkdar memar" fəxri adına görə aylıq təqaüdün məbləği 60 manatdır.
Azərbaycan Respublikasının əməkdar memarı
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Azərbaycan Teatr Memarlığı
Azərbaycanda Teatr Memarlığı- XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin srukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir. 1873-cü ildə başda görkəmli maarifçi Həsən bəy Zərdabi olmaqla bir qrup azərbaycanlı ziyalıların dahi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda – bizim ölkədə yaranması mədəniyyət tariximizin əhəmiyyətli hadisəsidir. Əslində, tam haqla demək olar ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da teatr öz kökləri etibarilə çox qədimdir. Xalqın əmək fəaliyyəti ilə əlaqədar olan qədim ayinlər, mərasimlər, oyunlar, rəqslər, dərvişlərin, kəndirbazların meydanlardakı çıxışları, eləcə də, sinkretik (oxumaq, çalmaq, oynamaq) aşıq sənəti hərəkət, xor və dialoq kimi bir sıra teatr ünsürlərinə malik olmuşdur. Zaman keçdikcə bu ünsürlər müəyyən həyat məzmunu ifadə edərək, müstəqil şəkilə düşməyə və teatr tamaşalarının yaranması üçün əsas təşkil etməyə başlamışdır. Belə ki, milli teatr düşüncəsi və teatr sənəti xalqın mövcud tarixi ilə birbaşa bağlı olub, onunla bərabər yetkinlik taleyi yaşamışdır.
Azərbaycan memarlarının siyahısı
Azərbaycan memarlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqları və ondan əvvəlki dövrdə tarixən Azərbaycan torpaqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların memarlarının siyahısı. Siyahı soyadı sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən; digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən memarlar daxildir.
Azərbaycan memarlığı
Azərbaycan memarlığı — Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur. İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir. Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilməyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır.
Azərbaycan memarlığı (film, 2009)
Azərbaycan memarlığında baştağlar (kitab)
Azərbaycan memarlığında ornamentlər
Azərbaycan memarlığında ornamentlər — Azərbaycan memarlıq abidələrində ornament sənətinin geniş yayılması və onların səthlərinin xalçaya oxşaması bu iki sənəti estetik və funksional cəhətdən bir-birinə yaxınlaşdırdı. Memarlıq elementləri xalçalar, xalça ornament- ləri isə memarlıqda öz əksini tapırdı.İki sənət arasında əlaqələrin yaranması incəsənətin bir növünün digəri üçün materiala çevrilməsinə səbəb olurdu. Memarlıq abidələri üzərində bəzək xarakterli bir çox ornament motivi vardır ki, bunlar da uzaq keçmişdə rəmzi (simvolik) məna kəsb etmiş,xalqın həyatında xüsusi rol oynamış, dır. Memarlıq abidələrimiz üzərində rast gəlinən həndəsi ornamentlər quru, statik üsulda, özü də əksər hallarda o biri bəzək növləri ilə az əlaqədə işlənsə də, orijinallığı və bədii obrazlığı ilə həmişə incəsənətimizin və o cümlədən də dekorativ sənə- tin ayrılmaz tərkib hissəsi olmuşdur. İslamiyyətdən öncə sadə həndəsi çox işlənirdisə, islamiyyət dövrü memarlıq abidələrinin bədii tər- tibatında mürəkkəb həndəsi ornamentlər geniş yayılmışdır. Bunların bir neçə nümunəsi Naxçı -van MR-in ərazisində bu günümüzə qədər qal -maqdadır.Yusif Küseyir oğlu türbəsi (1162), Möminə Xatun türbəsi (1186), Gülüstan türbəsi (XIIIəsr) buna misaldır. Azərbaycan memarlıq abidələri üzərində həndəsi ornamentlərlə yanaşı nəbati ornamentlər də geniş yayılmışdır.Bitki ornamentlərinin memarlıq abidələrində tətbiq olunması və inkişafı Atropatenlərin, Arar-Albanların, qədim türkdilli xalqların kökündə iştirak edən qəbilə birləşmələrinin mifik dünya görünüşü ilə bağlıdır. Bitki ornamentlərindən ən çox işlənəni Qədim Avropa və rus ədəbiyyatında "islimi", "arabeska" kimi tanınmışdır."İslimi" memarlıq abidələrimizdən - məscidlərin günbəzlərində,minarələrin səthlərində,giriş baştağlarında, mehrablarda,abidələrin daxili və xarici səthlərində, yaşayış evlərinin eyvanlarında,çox işlənən naxış növüdür. Orta Asiyada,Yaxın Şərqdə,eləcə də Azərbaycanda suyu həyatın ən lazımlı şərtlərindən qəbul edir,axar suyu düz və ya dalğalı xətlərlə göstərirdilər. Bu naxış zolağı "S" şəkilli elementlərdən yığılmış və elmi ədəbiyyatda "miandra" adlandırılır.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Katex kilsəsi
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Bakı Musiqi Akademiyası
Azərbaycanın memarlıq abidələri (film, 1976)
Azərbaycanın memarlıq abidələri qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmi Azərbaycan xalqının yaradıcılıq dühasını, həyat tərzini və estetik görüşlərini əks etdirən Azərbaycanın tarixi memarlıq abidələrindən danışır. Tədris filmi Azərbaycan xalqının yaradıcılıq dühasını, həyat tərzini və estetik görüşlərini əks etdirən Azərbaycanın tarixi memarlıq abidələrindən danışır.
Başqırdıstan memarlığı
Başqırdıstan memarlığı — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ərazisində mövcud olan müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. Ölkədəki ən qədim təsviri sənət abidələri Paleolit dövrünə aiddir. Bunlar Kap mağarasının qayaüstü rəsmləridir. Urqaz çayının axını boyunca yerləşən şəhər-qalalar Tunc dövrü abidələrindəndir. Soğdilərin istehsal etdiyi gümüş qablardan ibarət Avrüztamak dəfinəsi IX əsrin ikinci yarısı – X əsrin əvvəllərinə aiddir. Daş memarlığının erkən formalarına məqbərələr (keşene) (Bəndəbikə, XV–XVI əsrlər, Kuçargin rayonunun Maksyutovo kəndi yaxınlığında; Turaxana, XIV–XV əsrlər, Ufa yaxınlığında; Hüseynbəy, XIV əsr, 1911-ci ildə yenidən tikilmişdir, Çişmı rayonu) və daş mengirlər (Sterlibaşevo rayonunun Tabuldı kəndi yaxınlığında) aiddir. XVI əsrdə ağacdan dini tikililər meydana gəlmişdir (Baltaçevo rayonunun Starotuşkırovo kəndində məscid; XVI əsrin sonu – XVII əsrin əvvəli, 1891-ci ildə yenidən qurulmuşdur, usta K. Rəhmətullin). Başqırdıstan Rusiyaya ilhaq edildikdən sonra XVI əsrin ortalarından etibarən yerli ənənələrə rus memarlığının da təsiri olmuşdur. XVIII əsrdən Başqırdıstan ərazisində məscidlərin intensiv tikintisinə başlanılmışdır. Məsələn, 1701-ci ildə Starokuskuldino kəndində, 1724-cü ildə İmay-Utarovoda, 1725-ci ildə Qulyukovoda məscidlər tikilmişdir.
Beynəlxalq Memarlar İttifaqı
Beynəlxalq Memarlar İttifaqı — Dünyada milli memarlıq təşkilatlarını birləşdirmək məqsədilə yaradılan qeyri-hökumət təşkilatı. YUNESKO-da qeydə alınıb. Beynəlxalq Memarlar İttifaqı 28 iyun 1948-ci ildə İsveçrənin Lozanna şəhərində yaradılıb. Beynəlxalq Memarlar İttifaqının yaradılması haqda qərar 1946-cı ilin sentyabr ayında Londonda, Sovet Memarlar İttifaqınında nümayəndələrinin də iştirak etdiyi görüşdə qəbul edilib. Bu qeyri-hökumət təşkilatı YUNESKO-da qeydə alınmışdır. Beynəlxalq Memarlar İttifaqının tərkibinə dünyanın 124 ölkəsi və 1,3 milyondan çox memarı daxildir. Georgi Orlov — 1972 – ? Azərbaycan Memarlar İttifaqı "International Union of Architects (UIA) Professional Practice Commission". The American Institute of Architects (ingilis). aia.org.
Bizans memarlığı
Bizans memarlığı — Bizans İmperiyasının mövcud olduğu dövrdə yaranmış və inkişaf etmiş memarlıq sənəti. Bizans memarlığının ən mükəmməl nümunələrinə imperiyanın mərkəzi olan Konstantinopol şəhərində və Qərbi Avropada yaradılmışdır. Bu memarlıq sənəti Orta əsrlər və İntibah dövrü memarlıq məktəblərinə təsir göstərmiş, 1453-cü ildə Konstantinopol şəhərinin fəth olunmasından sonra isə Osmanlı memarlığının təsirlərinə məruz qalmışdır. Bizans memarlığının nümunələri əsasən kilsə və kafedrallarda yaradılmışdır. Konstantinopol Ortodoks Kilsəsinə mənsub kilsələrin divarlarında Bizans memarlığının nadir nümunələri mövcuddur. Bizans memarlığı Qədim Roma memarlıq məktəbənini davamı hesab olunur. Roma İmperiyasının imperatoru I Konstantin eramızın 330-cu ilində imperiyanın mərkəzini Romadan Bizantinə (Konstantinopol şəhərinin ilkin adı) köçürməsindən sonra gələcəkdə Bizans memarlıq məktəbi adlandırılacaq yeni bir memarlıq sənətinin əsası qoyulmuşdur. Erkən Bizans memarlığı, Qədim Roma memarlığının davamıdır. Memarlıq üslublarındakı dəyişikliklər texnoloji inkişaflar ilə siyasət və hökmranlıq sahəsindəki inkişaflar nəticəsində Yaxın Şərqin müəyyən təsiri ilə doldurulmuş və kilsə memarlığında kvadrat-xaç tipli bir plandan istifadə edilərək müstəqil bir üslub nəhayət meydana gəlmişdir. Erkən dövr Bizans memarlığının ilkin nümunələri imperator I Yustinianın hakimiyyəti zamanı yaradılmışdır.
Böyük memar (Vilyam Bleyk)
Böyük memar — ilk dəfə Uilyam Bleykin 1794-cü ildə yayımlanmış “Avropa peyğəmbərliyi” əsərinin frontispisində yayımlanmış qravürdür. Əsər adını Danielin kitabında xatırlanan tanrının adlarından birindən almışdır. Rəsmdə buludlu fon qarşısında dayanaraq sirkulla ölçü götürən Urizen təsvir edilmişdir. Onun uzanmış əli daha qaranlıq ərazi üzərində kompas tutur. Oxşar təsvir Bleykin növbəti il tamamlanmış “Nyuton” adlı əsərində də vardır. Bioqraf Aleksandr Qilkrist “Uilyam Bleykin həyatı” adlı əsərində qeyd edir ki, “Böyük memar” Bleykin ən sevimli əsəri olmuş və sənətkar onun kopyalarını yaratmaqdan həzz almışdır. Buna görə də əsərin müxtəlif kopyaları mövcuddur ki, onlardan da birini Bleyk ölümündən bir neçə həftə əvvəl Frederik Tetam üçün tamamlamışdır. Britaniya muzeyi qeyd edir ki, 1885-ci ildə aşkara çıxarılmış nüsxə, 1982-ci ildə Bleykin əsərlərinin kataloq-rezinesini yaratmış Böyük Britaniya sənət tarixçisi Martin Butlin nəzərindən yayınmışdır. Bleykin erkən tənqidçiləri rəsmin onun əsərləri arasında ən yaxşılardan biri olmaqla yanaşı, həm də sənətkarın özü tərəfindən sevildiyini qeyd etmişlər. Riçard Tompsonun Con Tomas Smitin “Nollekens və onun dövrü” təsvirində əsər haqqında deyilir ki, “qeyri-adi gözəlliyə malik incəsənət nümunəsi demək olar ki, Rafael və Mikelancelo zirvəsinə yüksəlir” və “Süleyman məsəlləri kitabı viii.
Den Kruinkşankın memarlıq macəraları (film, 2008)
Den Kruinkşankın memarlıq macəraları (ing. Dan Cruickshank's Adventures in Architecture) — BBC tərəfindən istehsal edilmiş və 2008-ci ilin aprelində "BBC Two" telekanalında efirə verilmiş sənədli film. Səkkiz seriyalı filmdə Britaniya memarlıq tarixçisi Den Kruinkşank dünyanın müxtəlif ölkələrinə səyahət edərək memarlıq abidələrini araşdırır. Cruickshank, Dan. Adventures In Architecture. Weidenfeld & Nicolson (hardcover). 3 April 2008. ISBN 978-0-297-84444-0. Dan Cruickshank's Adventures in Architecture "BBC Online"da.

Значение слова в других словарях