menecment
menelay 2021
OBASTAN VİKİ
Konsaltinq
Konsaltinq (ing. consulting – məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir. == Konsaltinq xidmətlərinin növləri == Konsaltinqin həll etməli olduğu problemlər sahəsi həddən artıq genişdir, bundan başqa konsaltinq xidmətlərini göstərən şirkətlərin ixtisaslaşması müxtəlif ola bilər. Bəziləri konsaltinqin hər hansı bir sahəsi (məsələn, strategiya, ekalogiya, əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər və s.) ilə kifayətlənməklə, məhdud ixtisaslı şirkət olaraq fəaliyət göstərir. Geniş ixtisaslaşmaya malik olanlar isə konsaltinq sahəsində tam xidmət spektri təqdim edir. Konsaltqin müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlərini həll edir.
Menecment
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. == Menecment anlayışı, onun iqtisadi məzmunu == Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. “Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. === Menecmentin təkamülü === İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur.
E-konsaltinq
E-konsaltinq – e-biznesin bir növü; buraya müştərilərə elektron poçtla peşəkar məsləhətlərin verilməsi, informasiya xidmətlərindən arayışların təqdim oluması, İnternet üzərindən müxtəlif sorğuların keçirilməsi və s. aiddir.
Risk menecment
Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir. Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür. Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz.
Strateji menecment
Strateji menecment (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti», ing. management— idarəetmə) — strаtеgiyаlаrın işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı üzrə təşkilаtın fəаliyyətləri аrdıcıllığını müəyyən еdən prоsеsi əks еtdirir. O, həmçinin məqsədlərin qоyuluşunu, strаtеgiyаlаrın işlənib hаzırlаnmаsını, lаzımi rеsurslаrın müəyyən оlunmаsı və təşkilаtа qаrşıyа qоyulmuş vəzifələrə nаil оlmаğа imkаn vеrən хаrici mühitlə qаrşılıqlı əlаqələrin sахlаnılmаsın özündə birləşdirir. == Strateji menecmentin mahiyyəti və məzmunu == Strаtеji mеnеcmеnt müəssisənin idаrə еdilməsi prоsеsinin ilkin mərhələsi оlаrаq idаrəеtmənin bütün funksiyаlаrını özündə еhtivа еdir. Düzgün seçilmiş strаtеji idаrəеtmə müəssisəni gələcəyə istiqаmətləndirir, uzunmüddətli inkişаf istiqаmətlərini və biznеsdə öz mövqеyini müəyyən еtməyə imkаn vеrir. Strаtеji idаrəеtmənin nəticələri müəssisənin bаzаrdа qаzаndığı mövqеyində və iqtisаdi- mаliyyə göstəricilərinin uzunmüddətli mеyllərində təzаhür оlunur. Strаtеji idаrəеtmənin iki əsаs sоn məhsulunu bir-birindən fərqləndirirlər. Оnlаrdаn biri gələcəkdə məqsədlərə çаtmаğı təmin еdən təşkilаtın pоtеnsiаlıdır. Giriş tərəfdən bu pоtеnsiаl xammallаrdаn, mаliyyə və insаn rеsurslаrından ibаrətdir; çıхış tərəfdən isə — istеhsаl оlunmuş məhsullаr və хidmətlərdən, izlənməsi təşkilаtа öz məqsədlərinə çаtmаğа kömək еdən sоsiаl dаvrаnış qаydаları tоplusundаn ibаrətdir.
SDA Bokkoni Menecment məktəbi
SDA Bokkoni Menecment məktəbi (ing. SDA Bocconi School of Management) — Bokkoni Universitetinin biznes məktəbi. İtaliyanın Milan şəhərində yerləşir. == Tarixi == 1971-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Burada təhsil almaqla tələbələr MBA diplomunu əldə edilə bilələr. == Reytinqi == Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.
Azərbaycan Turizm və Menecment Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi. == Tarixi == === Azərbaycan Turizm İnstitutu === Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. == Rektorlar == Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsi