MERGEL

I
сущ. геол. мергель (осадочная горная порода, состоящая из глины и карбонатных минералов)
II
прил. мергельный
MEREJKALI
MERİDİAN
OBASTAN VİKİ
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Lizbirt Mergel Yatağı
Lizbirt Mergel Yatağı — Şərur rayonu ərazisində, Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Lizbirt çayının orta axınındadır. == Haqqında == Geoloji quruluşunda Üst Tabaşirin Kampan mərtəbəsinin mergel, əhəngli mergel və gilli mergel tərkibli karbonat-terrigen süxurları iştirak edir. Yatağın tektonik quruluşunda yerli əhəmiyyət daşıyan şimal-qərb. İstiqamətli antiklinal və sinklinal qırışıqlıq qeyd olunur. Sahəsi 3,5 km2, faydalı qatın orta qalınlığı 20,5 m- dir. Mergel, bəzi əlavələr edilməklə, sement istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 169 milyon tondur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Mergellus
Kiçik pazdimdik (lat. Mergellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mergellus albellus
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Sergey Mergelyan
Sergey Mergelyan (erm. Սերգեյ Մերգելյան; 19 may 1928, Simferopol – 20 avqust 2008, Los-Anceles, ABŞ) — yaxınlaşma nəzəriyyəsinə mühüm töhfələr vermiş sovet və erməni riyaziyyatçısı. Müasir kompleks yanaşma nəzəriyyəsi Mergelyanın klassik işinə əsaslanır. O, Sovet İttifaqı Elmlər Akademiyasının müxbir üzvü (1953-cü ildən), Ermənistan Milli Elmlər Akademiyasının üzvüdür (1956-cı ildən). Doğulanda aldığı "Mergelov" soyadını riyaziyyatçı Moskvaya getməzdən əvvəl vətənpərvər səbəblərdən daha çox ermənicə səslənən "Mergelyan"a dəyişdirib. Stalin mükafatı (1952) və Müqəddəs Mesrop Maştots ordeni (2008) laureatıdır. O, SSRİ tarixində ən gənc elmlər doktoru (20 yaş) və Sovet İttifaqı Elmlər Akademiyasının ən gənc müxbir üzvü (24 yaş) olub. 20 yaşlı Mergelyan aspiranturada oxuduğu müddətdə riyazi funksiyalar nəzəriyyəsinin 70 ildən artıq həll olunmamış fundamental problemlərindən birini həll etdi. Onun mürəkkəb dəyişənlərin funksiyalarının hamar çoxhədli yaxınlaşmasının mümkünlüyü ilə bağlı teoremi klassik Mergel teoremi kimi tanınır və funksiyalar nəzəriyyəsi kursuna daxil edilir. Özü kompüter dizayneri olmasa da, Mergelyan sovet hesablama riyaziyyatının qabaqcıllarından biri idi.

Digər lüğətlərdə