Avstraliya merinosu
Avstraliya merinosu — zərifyunlu qoyun cinsi.
Avstraliya merinosu XIX əsrin birinci yarısında Avstraliyada İngiltərə, İspaniya və Almaniyadan gətirilən merinoslardan yetişdirilmişdir. 1929-cu ildə SSRİ-yə gətirilmiş və Qroznı qoyun cinsinin yetişdirilməsində istifadə edilmişdir.
Avstraliya merinosu eksteryerinə və yun keyfiyyətinə görə fayn, medium və stronq tipləri var. Qoçların diri çəkisi 80–95 kq, doğar (anac) qoyunlarınkı 42–48 kq; qoçlar 9–10 (ən çox 20 kq-a qədər), doğar qoyunlar 4–5 kq (ən çox 10 kq-a qədər) yun verir. Təmiz yun çıxması 48–55%-dir. Əsasən, uzun, kambol növlü, sıx, zərif, çox elastik və parlaqdır. Avstraliyada bütün qoyunların 80%-i merinoslardır.
Иванов М. Ф. Полное собрание сочинений, том 4, Москва, 1964, с. 244—246.