META

\[yun. "ara, aralıq"; ital. a meta "tən, yarıbayarı"\] 1. Meta... mürəkkəb sözlərin önündə gəlib, aralıq, ümumiləşmə, vəziyyətin dəyişməsi, çevrilmə mənalarını ifadə edir. 2. kim. meta... önşəkilçi şəklində işlənib kimyəvi maddələrin müxtəlif tərkibli olmasını və izomerlərini bildirir. 3. iqt. İqtisadi subyektlərin birgə, ortaq fəaliyyəti zamanı son nəticədə mənfəətin bərabər, tən yarıdan bölünməsini nəzərdə tutan razılaşma, müqavilə.
MEŞƏ-PARK
METADİL
OBASTAN VİKİ
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Meta-Viki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir). MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər.
Meta (departament)
Meta (isp. Meta) — Kolumbiya departamentlərindən biri. Ərazi coğrafi mərkəzə yaxın, And dağlarının isə şərqində yerləşir. İnzibati mərkəzi Vilyavisensio şəhəridir. == İnzibati bölgüsü == Meta departamentinin ərazisi 4 region və 29 bələdiyyədən ibarətdir.
Meta (dəqiqləşdirmə)
Meta (departament) — Kolumbiya departamentlərindən biri. MetaViki — İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Meta İnkoqnita yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.
Meta Platforms
Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet (Google), Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir. == Tarixi == Facebook 1 yanvar 2012-ci ildə ilkin ictimai təklif (IPO) üçün müraciət etdi. İlkin prospektdə şirkətin 5 milyard dollar toplamaq istədiyi, aylıq 845 milyon aktiv istifadəçisi və gündəlik 2,7 milyard bəyənmə və şərh toplayan vebsaytı olduğu bildirilirdi. IPO-dan sonra Zukerberq Facebook-un 22% sahiblik payını saxlayaraq səsvermə hüququ olan səhmlərin 57%-nə sahib olacaqdı. Anderrayterlər səhmlərin hər birini 38 dollar dəyərində qiymətləndirərək, şirkəti 104 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da yeni açıq şirkət üçün bu günə qədərki ən böyük qiymətləndirmədir.
Meta İnkoqnita yarımadası
Meta İnkoqnita yarımadası (ing. Meta Incognita Peninsula) — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. == Coğrafi yerləşmə == Yarımadanın sahilləri dağlıqdır. Maksimal hündürlüyü 853 metrdir.Cənub-qərb sahilində eskimoslara aid Kimmirut adlı kənd vardır. == Flora və fauna == Əsasən tundra bitkiləri yayılmışdır. Yarımada bütünlüklə bu bitkilərlə örtülüdür. Burada Cırtdan tozağacı, keçə rododendron kimi bitkilər yayılmışdır. Heyvanlar aləmindən Şimal maralı, Müşk öküzü, dovşan, arktika canavarı, tüklü, ağ ayı, morj, suiti, balınalar, su quşlarına rast gəlinir. == İstinadlar == == Ədəbiyyat == Quaternary geology of western Meta Incognita Peninsula and Iqaluit area, Baffin Island, Nunavut / D.A Hodgson.
Ermal Meta
Ermal Meta (20 aprel 1981, Fieri[d]) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının Umano və Vietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür. Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar. == Bioqrafiya == Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır.
İlir Meta
İlir Rəcəb Meta (alb. Ilir Rexhep Meta; 24 mart 1969, Çorovoda[d]) — 24 iyul 2017-ci ildən etibarən Albaniya Prezidenti vəzifəsində çalışan alban siyasətçi. Daha əvvəl 1999–2002-ci illərdə Baş nazir vəzifəsində çalışıb və 30 yaşında Albaniya tarixində I Zoqdan sonra ikinci gənc Baş nazir olub. Meta ayrıca 2002–2003 və 2009–2010-cu illər arasında yenidən Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2013–2017-ci illərdə Albaniya Respublikası Parlamentinin sədri olub. Bundan əvvəl Avropa İnteqrasiyası Parlament Komissiyasına rəhbərlik edib. Meta 2004-cü ildə Sosialist İnteqrasiya Hərəkatını qurub. 28 aprel 2017-ci il tarixdə 140 millət vəkilindən 87 səs alaraq Albaniya Prezidenti seçildi. Sosial mediada Seltik klubuna olan sevgisini tez-tez nümayiş etdirir. 2020-ci ilin iyul ayında Albaniyada ilk Seltik fan-klubunu qurmuşdur.
Meta-krezol
Meta-krezol == Alınması == Meta –metilanilinin nitrat turşusu ilə reaksiyaya daxil olur və metakrezol əmələ gətirir Duzlarından spirt və fenolların sıxışdırılıb ayrılması Fenolyatların hidrolizi Turşuların parçalanması reaksiyası == Tədbiqi == Dərman maddələrində, əsasən ümumi dezinfeksiya üçün sabun məhlulları şəklində istifadə olunur . Aşağı qatılıqlarda bəzən inyeksiya üçün qoruyucu kimi istifadə olunur. Onlar papillomaların və bəzi digər dəri neoplazmalarının çıxarılmasında yerli nekrotik və mumiyalaşdırıcı vasitə kimi istifadə olunan Ferezol (tricresol) və Verrukacid (metacresol) preparatlarının bir hissəsidir. == Ədəbiyyat == 1. Tibbi ensiklopediya 2. Kузнецов Е. В., Прохорова И. П. Альбом технологических схем производства полимеров и пластических масс на их основе. Изд. 2-е. М., Химия, 1975. 74 с. 3. Кноп А., Шейб В. Фенольные смолы и материалы на их основе. М., Химия, 1983.279 с.
Meta platforms
Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet (Google), Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir. == Tarixi == Facebook 1 yanvar 2012-ci ildə ilkin ictimai təklif (IPO) üçün müraciət etdi. İlkin prospektdə şirkətin 5 milyard dollar toplamaq istədiyi, aylıq 845 milyon aktiv istifadəçisi və gündəlik 2,7 milyard bəyənmə və şərh toplayan vebsaytı olduğu bildirilirdi. IPO-dan sonra Zukerberq Facebook-un 22% sahiblik payını saxlayaraq səsvermə hüququ olan səhmlərin 57%-nə sahib olacaqdı. Anderrayterlər səhmlərin hər birini 38 dollar dəyərində qiymətləndirərək, şirkəti 104 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da yeni açıq şirkət üçün bu günə qədərki ən böyük qiymətləndirmədir.
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. == Keçid metalları == Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. == Xassələri == Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Melierax metabates
Melierax metabates (lat. Melierax metabates) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin oxuyan qırğı cinsinə aid heyvan növü.
Melodik death metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. == Tarixi == Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Melodik det metal

Mentha aquatica var. metabola
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
MetaViki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir). MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər.
Metabioz
Metabioz (yun. meta – arası, sonra) – İki və bir neçə mikroorqanizmin birgə həyat sürməsi deməkdir. == Metabioz == Bu zaman hər iki və bir neçə orqanizm üçün mühitin yaranması əlverişli olur; məs. ammonifikator bakteriyaları ammonium hasil edir ki, o, onlarla birgə yaşayan nitroz bakteriyalarının həyatı üçün lazımdır, bu həm də öz növbəsində nitrat bakteriyalarını nitritlə təmin edir.
Metabolik xəstəliklər
Metabolik xəstəliklər — maddələr mübadiləsinin (metabolizm) normal gedişatının pozulması ilə əlaqəli xəstəliklər qrupunun ümumi adı. Normal maddələr mübadiləsi katabolizm və anabolizm proseslərinin ahəngdar birləşməsindən qaynaqlanır. Metabolik xəstəliklərin səbəbləri irsi metabolik pozuntular, endokrin orqanların xəstəlikləri və ya metabolik əhəmiyyətli orqanların (məsələn, qaraciyər) fəaliyyətindəki digər pozuntular ola bilər, əksər hallarda müəyyən fermentlərin olmaması və ya onların çatışmazlığı ilə əlaqədardır. == Anadangəlmə metabolik xəstəliklər == Hal-hazırda anadangəlmə metabolik pozuntular xarakteri daşıyan xəstəliklərə piylənmə, podaqra, qəbizlik, şəkərli diabet, hiperlipoproteinemiya və bir çox başqaları daxildir. Məlumdur ki, getdikcə sayı artan çoxdan məlum olan xəstəliklər genetikdir. == Simptomları == Metabolik pozuntular zamanı baş verə biləcək bəzi simptomlara halsızlıq, kilo itkisi, sarılıq, qıcolma və s. daxildir. Metabolik xəstəliklərin simptomları metabolik pozuntunun növündən asılı olaraq dəyişiklidir. Simptomlar dörd kateqoriyaya bölünür: kəskin simptomlar, gec başlayan kəskin simptomlar, mütərəqqi ümumi simptomlar və davamlı simptomlar. == Səbəbləri == İrsi metabolik xəstəliklər qüsurlu bir gen ferment çatışmazlığı zamanı baş verir.
Metabolitlər
Metabolitlər – canlı orqanizmlərdə maddələr mübadiləsi məhsulları. == Metabolizm == Maddələr mübadiləsi – Canlı orqanizmlərdə maddələri enerjiyə çevirən biokimyəvi proseslərin məcmusu. Metabolizm bir-birinə əks nəticəli iki prosesdən (assimilyasiya və dissimilyasiya) ibarətdir. == Metabolit su == Heyvan orqanzmində oksidləşən qida (yağ, karbohidratlar) əmələ gətirən su. Metabolit su səhralarda yaşayan heyvanlar üçün ətraf mühitdə sərbəst su ehtiyatının olduqca qıt olduğu şəraitdə xüsusən əhəmiyyətlidir (dəvə, səhra gəmiriciləri, həşəratlar və s.).
Metabolizm
== Maddələr mübadiləsinin ümumi sxemi == Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. == Orqanizmin əsas karbohidratları == Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Metachirus
Metachirus (lat. Metachirus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Metacritic
Metacritic — musiqi albomları, video filmlər, videooyunlar haqqında rəylər toplayan ingilisdilli veb-sayt. Burada hər bir mal üçün verilmiş icmallar əsasında ümumi rəy verilir. Hər bir icmallın təqdim olunmuş ixtisar forması mənbələrə istinadlanır. Beləliklə, təqdim olunan malın müsbət və mənfi xüsusiyyətləri haqqında ümumi təsəvvür yaranır.
Metafaza
Metafaza — Metafaza (yunanca μετά, "bitişik" və "stageις," mərhələ ") eukariotik hüceyrə dövrəsindəki mitoz mərhələsidir ki, xromosomların ən sıx və qatlanmış ikinci mərhələsidədir (ən çox anafazada sıxlaşırlar). Genetik məlumat daşıyan bu xromosomlar, hər iki qız hüceyrəyə bölünməzdən əvvəl hüceyrənin ekvatoru ilə sürətlənir. Metafaza hüceyrə dövrü müddətinin təxminən 4% -ni təşkil edir. Hüceyrə dövrünün nəzarət nöqtələrindən biri prometafaza və metafaza zamanı baş verir . Xromosomlar hüceyrənin ekvator sahəsi boyunca düzülür. Xromatidlər yalnız setromer hissədə bir-birilə birləşmiş vəziyyətdə olur. Hər bir xromosomun sentromerinə qütüblərdən birləşmiş vətər tellərinin qalması ilə xromatidlər qütüblərə doğru çəkilməyə başlayır. Yalnız bütün xromosomlar metafaza lövhəsində düzüldükdən sonra, hər sentromerə bölünmə vətəri birləşdikdə, hüceyrə anafaza daxil olur. == Sitogenetik və xərçəng araşdırmalarında metafazalar == Metafaza xromosomlarının analizi klassik sitogenetikanın və onkoloji tədqiqatın əsas vasitələrindən biridir. Xromosomlar metafaza içərisində qatılaşmış (qalınlaşmış) və möhkəm qatlanmışdır ki, bu da onları vizual analiz üçün ən əlverişli edir.
Metafizik fəlsəfə
Metafizik fəlsəfə, fəlsəfənin bir hissəsidir. İlk dəfə fəlsəfəçilər tərəfindən fəlsəfəyə "metafizik" sözü gətirilmişdir ki, bu "təbiətdən sonra", "təbiətdən sonra gələn" mənasını verir. Onun tədqiqat sahəsi mövcudluq, varlıq, var olmaq, ümumbəşəri, əlaqələr, səbəb, məkan, zaman, tanrı, hadisə kimi anlayışlara yönəlir.
Metafizika
Metafizika (qd-yun μετά (metá)-sonra, φυσικά (physiká)-təbiət, fizika) — təbiətin və dünyanın strukturu haqqında fəlsəfənin bölməsi. Dialektikanın əksidir. Metafizika termini mənası "təbiətdən sonra", "təbiətdən sonra gələn" mənasını verir və öz başlanğıcını Aristotelin əsərlərindən götürür. Aristotelin əsərlərinin külliyatında onun fəlsəfi fikirləri təbiət elmlərinə aid hissədən sonra gəldiyi üçün şərti olaraq "metafizika-təbiətdən sonra gələn" kimi işarələnmişdir. Zaman keçdikcə yunan dilində ki meta- ("sonra") prefiksi "üstündə; yüksəkdə; hüduddan kənar" mənalarını verməyə başlamışdır. Materiya və forma probleminə Aristotel "Metafizika" əsərini həsr etmişdir. Fəlsəfəni (yaxud "birinci fəlsəfəni") Aristotel Metafizika adlandırmışdır. Aristotelin tərifinə görə, birinci fəlsəfə əvvələn, Ali haqqında təlimdir, daha dəqiq desək, ən ümumi səbəblər və yaxud başlanğıclar (xüsusi səbəbləri və başlanğıcları öyrənən xüsusi elmlərdən fərqli olaraq) haqqında təlimdir; ikincisi, bu fəaliyyəti yox, varlığı öyrənən nəzəri elmdir. Aristotelə görə, "birinci fəlsəfə" ümumilikdə varlığı, "ikinci fəlsəfələr" (məsələn, fizika və riyaziyyat) isə varlığın ayrı–ayrı tərəflərini öyrənir. Metafizika bir şeyin var olması nə deməkdir və varlığın hansı növləri vardır kimi sualları araşdırır.
Metafizika (dəqiqləşdirmə)
Metafizika: Metafizika — fəlsəfənin bölməsidir. Metafizika (jurnal) — beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı. Metafizika (albom) — musiqi albomu.
Metafizika (jurnal)
Metafizika (ing. Metafizika international journal of philosophy and interdisciplinary studies) — Azərbaycan Respublikasında çap olunan beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı. Azərbaycan və dünya fəlsəfəsi, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və sair elm sahələri ilə bağlı elmi məqalələr oxuculara təqdim edir. "Metafizika" jurnalı "AcademyGate Publishing" (ISNI: 0000000514175052) nəşriyyatının nəşri kimi nəşr olunmağa başlamışdır. == Jurnal barədə məlumat == Metafizika jurnalı 2017-ci ildə Azərbaycannın Ədliyyə Nazirliyində № 4144 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "Fəlsəfə və interdisiplinar" elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası elmi jurnaldır. Metafizika jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. "Metafizika" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə Fəlsəfə və Sosiologiya elmləri, Siyasi elmlər və Pedaqogika üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Metafizika jurnalı öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, öz əsasnaməsi və beynəlxalq standartların tələblərinə əsasən təşkil edib.
Metafizika jurnalı

Metafor
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.

Digər lüğətlərdə